"İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər regionun siyasi reallığında yeni mərhələni təsdiqləyir" - AÇIQLAMA
Azərbaycan və Ermənistan ticarət əlaqələri qurub, bu da əldə olunmuş sülhün uzunmüddətli olmasından xəbər verir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bildirib.
Dövlət başçısı vurğulayıb ki, Bakı və İrəvan sülhə nail olublar, "təkcə kağız üzərində deyil, o, reallığa çevrilib".
"Sərhədlərimizdə sakitlik hökm sürür. Biz ticarət əlaqələri qurmuşuq. Bu, sülhün uzunmüddətli olduğuna, əsrlər boyu davam edəcəyinə dəlalət edir", - o bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər regionun siyasi reallığında yeni mərhələni təsdiqləyir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Bakı və İrəvan arasında ticarət əlaqələrinin qurulması sadəcə iqtisadi əməkdaşlıq deyil, həm də uzunmüddətli sülhün möhkəmlənməsi üçün ən güclü zəmanətdir. Sərhədlərdə sakitliyin hökm sürməsi, qarşılıqlı asılılığın yaranması və iqtisadi inteqrasiyanın başlaması münaqişə risklərini minimuma endirir.
Azərbaycan bu addımla öz diplomatik iradəsini iqtisadi mexanizmlərlə gücləndirərək sülhün davamlılığını təmin edir. Bu, həm ölkənin regional liderliyini möhkəmləndirir, həm də beynəlxalq aləmdə Bakı üçün reputasiya üstünlüyü yaradır".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 955 Tarix: 13 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLaos prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - Foto
Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Laos prezidenti burada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önün
13 oktyabrİlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin
14 oktyabrAzərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər
Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr
13 oktyabrAzərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14 oktyabr