"Xüsusilə enerji sahəsində qurulmuş strateji tərəfdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir" - DEPUTAT
"Möhtərəm Cənab Prezident İlham Əliyev ilə Antonio Costa arasında keçirilən görüş və səsləndirilən fikirlər Azərbaycan ilə European Union arasında münasibətlərin strateji və çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirdi. Dövlət başçımızın vurğuladığı kimi, bu gün tərəflər müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir və bu əməkdaşlıq iqtisadiyyat, enerji, investisiya və nəqliyyat kimi mühüm sahələri əhatə edir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilməsi ölkəmizin qlobal iqtisadi sistemdə artan rolunun göstəricisidir:
"Xüsusilə enerji sahəsində qurulmuş strateji tərəfdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir. Bu gün Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynaması ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr, qaz hasilatının artırılması və yeni enerji marşrutlarının formalaşdırılması Azərbaycanın Avropa enerji bazarında mövqelərini daha da gücləndirir.
Bununla yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq yeni mərhələnin başlanğıcını göstərir. Azərbaycanın Günəş və külək enerjisi potensialının böyük olması, bu sahəyə iri sərmayələrin yatırılması ölkəmizin gələcəkdə həm də "yaşıl enerji" ixracatçısına çevrilmək niyyətini ortaya qoyur. Bu istiqamətdə Avropa tərəfdaşları ilə həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətinin uzunmüddətli və strateji xarakter daşıdığını təsdiqləyir. Ölkə başçımız Cənab İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də regionda sülh və əməkdaşlıq məsələləri oldu. Azərbaycan Ermənistanla münasibətlərdə sülhün təmin olunması istiqamətində siyasi iradəsini dəfələrlə nümayiş etdirib. Nəqliyyat əlaqələrinin açılması, tranzit imkanlarının genişləndirilməsi və iqtisadi əməkdaşlıq üçün yaradılan şərait regionda yeni reallıqların formalaşdığını göstərir.
Azərbaycan həm regional sabitliyin, həm də Avropa ilə enerji və iqtisadi əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilir. Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz həm Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş, həm də regionda sülh və əməkdaşlığın təşəbbüskarlarından biri kimi çıxış edir. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin getdikcə daha da artdığını göstərir".
Vüsalə İbrahmli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video