Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaqNepalda aparılan genişmiqyaslı araşdırma Everest bölgəsində fəaliyyət göstərən bələdçilər, tur operatorları və səhiyyə işçilərindən ibarət şəbəkənin alpinistləri aldadaraq, milyonlarla dollar qazandığını üzə çıxarıb.

"Qafqazinfo" xəbər verir ki, polisin məlumatına görə, 2022-2025-ci illər arasında ən azı 4782 xarici alpinist bu sxemin qurbanı olub.

Saxtakarlıq nəticəsində əldə edilən gəlirin təxminən 20 milyon dollar olduğu bildirilir.

İstintaq çərçivəsində müəyyən edilib ki, şəbəkə alpinistləri lazımsız və ya saxta xilasetmə əməliyyatlarına cəlb edərək, beynəlxalq sığorta şirkətlərini aldadıb. İş üzrə ümumilikdə 32 nəfər ittiham olunub, onlardan 11-i həbs edilib.

Araşdırma zamanı ortaya çıxan faktlar isə xüsusilə diqqət çəkib. Bildirilir ki, bəzi hallarda alpinistlər qəsdən xəstələndirilib. Onların yeməklərinə mədə pozğunluğu yaradan maddələr, o cümlədən, çörək sodası və digər kimyəvi qarışıqlar əlavə edilib. Hətta bəzi hallarda yeməklərə çiy toyuq və siçovul peyini qatıldığı iddia olunur.

Bu üsullarla ürəkbulanma, başgicəllənmə və digər simptomlar yaşayan alpinistlər "təcili vəziyyət" adı ilə bahalı helikopter təxliyələrinə razı salınıb.

Saxtakarlıq prosesi bununla da bitməyib. Məlumata görə, operatorlar eyni helikopterlə bir neçə nəfəri daşısalar da, sənədlərdə hər bir uçuşu ayrı-ayrılıqda göstərərək, xərcləri şişirdiblər. Xəstəxanaların isə müalicə olunmayan turistlər üçün belə saxta tibbi sənədlər hazırladığı bildirilib.

Qeyd edilib ki, Everestdə oxşar saxtakarlıq şəbəkələri 2018-ci ildə ifşa olunsa da, cəza mexanizmlərinin zəifliyi bu kimi halların davam etməsinə şərait yaradıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1141   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19 sentyabr
.

Süni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı

Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın

19 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü

Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara

18 sentyabr
.

ABŞ İranın 104 ticarət gəmisini ələ keçirib

İranın dəniz blokadası bərpa olunandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya çıxan 104 ticarət gəmisini saxlayıb. xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib. "ABŞ qüvvələri qaydalara tam uyğunluğunu təmin etmək üçün 104 ticarət gəmisin

18 sentyabr
.

Rusiyada ayılara görə komendant saatı tətbiq edildi

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla

19 sentyabr
.

Avropa Komissiyası 13 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan etməyi təklif edib

Avropa Komissiyası internetdə uşaqların müdafiəsi üçün yeni qaydaları, o cümlədən sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətlərini nəzərdə tutan "EU KIDS Act" reqlament layihəsini təqdim edib. "Report"-un Avropa bürosu xəbər verir ki, sənədə əsasən, 13 yaşından kiçik uşaqlar

17 sentyabr
.

Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr

19 sentyabr
.

Bu ölkə kitab oxuyanlara pul verəcək

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali

17 sentyabr
.

Almaniya və Oman Hörmüz və Bab-əl-Məndəb boğazlarındakı vəziyyəti müzakirə ediblər

Almaniyanın xarici işlər naziri Yohan Vadeful omanlı həmkarı Bədr əl-Busaidi ilə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. "Report" xəbər verir ki, bu barədə Vadeful "X" sosial şəbəkəsində yazıb. "Mənim həmkarım, Omanın xarici işlər naziri Bədr əl-Busaid

19 sentyabr