Qəssabda ürəkbulandıran görüntülər! Hamısını insanlara satacaqdılar
Antalyada qida qalmaqalı: 55 kilo yararsız ət satışda aşkarlanıb, obyekt bağlanıb
Türkiyənin Antalya vilayətinin Serik rayonunda aparılan yoxlamalar zamanı ciddi qida təhlükəsizliyi pozuntusu üzə çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir qəssab dükanında istehlaka yararsız 55 kiloqram ətin satışa çıxarıldığı müəyyən edilib.
Serik Bələdiyyəsinin Zabıta İdarəsinin əməkdaşları Cumhuriyet Mahallesi ərazisində həyata keçirdikləri planlı reydlər zamanı sözügedən faktı aşkarlayıb. Yoxlama zamanı obyekt daxilində kəskin qoxu və antisanitar şəraitin hökm sürdüyü qeyd olunub.
Araşdırma zamanı vitrindəki ətlərin böyük hissəsinin xarab olduğu və qoxmağa başladığı müəyyən edilib. Eyni zamanda, obyektin gigiyena qaydalarına ciddi şəkildə əməl etmədiyi və mövcud tələblərdən xeyli geri qaldığı bildirilib.
Serik Bələdiyyə başçısı Kadir Kumbulun göstərişi ilə obyekt möhürlənərək fəaliyyəti dayandırılıb. Sağlamlıq üçün təhlükəli olan məhsullar isə məhv edilməsi üçün götürülüb.
Rəsmi qurumlar rayon ərazisində qida təhlükəsizliyinin təmin olunması məqsədilə yoxlamaların davam etdiriləcəyini açıqlayıb. Bildirilib ki, vətəndaşların sağlamlığını riskə atan heç bir obyektə qarşı güzəşt edilməyəcək və qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 785 Tarix: 10 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrBakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabr