CGE SUSTAINABILITY EVALUATION AND SOFTWARE SERVICES AZERBAIJAN ROTAS CONSULTİNG İLƏ BİRGƏ TƏQDİMAT KEÇİRDİ

CGE SUSTAINABILITY EVALUATION AND SOFTWARE SERVICES AZERBAIJAN ROTAS CONSULTİNG İLƏ BİRGƏ TƏQDİMAT KEÇİRDİ14 may 2026-cı il tarixində Ritz Carlton otelində keçirilən təqdimat CGE Azerbaijan və Rotas Consulting şirkəti ilə birgə təşkil olunmuş, dövlət və özəl sektordan 50-yə yaxın nümayəndənin iştirakı ilə baş tutmuşdur.

Tədbirdə CGE Azerbaijan şirkətinin təsisçi ortağı olan CGE Evaluation Türkiye idarə heyətinin üzvləri Prof. Dr. Recep Bildik və B. Tülin Seçen, həmçinin əməkdaş tərəfdaş olan Rotas Consulting şirkətinin Rəhbərliyi Azərbaycan iqtisadiyyatında mühüm yer tutan sektorların həm ölkənin yaşıl transformasiya və karbonsuzlaşma hədəflərinə uyğun inkişafı, həm də beynəlxalq ticarətdə rəqabət qabiliyyətinin davamlı şəkildə qorunması istiqamətində sektor əsaslı həll yanaşmalarını interaktiv təqdimat formatında iştirakçılarla bölüşdülər.

Tədbir çərçivəsində çıxış edən nümayəndələr ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsiplərinin artıq yalnız korporativ məsuliyyət deyil, həm də beynəlxalq bazarlarda rəqabət üstünlüyü və investisiya cəlbediciliyinin əsas elementlərindən birinə çevrildiyini vurğuladılar.
Proqramda iştirak edən qurum nümayəndələri mövcud tətbiqlər və bazar ehtiyacları barədə fikirlərini, eləcə də davamlılıq mövzusuna verdikləri önəmi ifadə etdilər.

Xüsusilə ixrac yönümlü sektorlar və maliyyə institutları başda olmaqla, ESG məsələlərinin qurum və dəyər zənciri çərçivəsində ele alınmasının əhəmiyyətindən bəhs edən çıxışçılar, davamlılıq analitikası və texnologiyaları sahəsində 30 ildən artıq təcrübələrini Azərbaycanın bölgədəki strateji mövqeyi, eləcə də iki ölkə arasındakı güclü əlaqələr və əməkdaşlıqlar çərçivəsində Bakı mərkəzli olaraq region ölkələrinə təqdim etməyi hədəflədiklərini bildirdilər.

Təqdimatda həmçinin qeyd olundu ki, Rotas Consulting son illərdə strateji məsləhət, rəqəmsal həllər, investisiya təşviqi və iqlim siyasəti istiqamətlərində fəaliyyət göstərən, xüsusilə COP və yaşıl iqtisadiyyat gündəmi üzrə layihələrdə aktiv iştirak edən yerli konsaltinq şirkətlərindən biridir. Şirkət dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlıq platformalarının qurulmasına dəstək verir və Azərbaycanın davamlı inkişaf gündəminə töhfə göstərir.

Bu çərçivədə şirkət nümayəndələri aşağıdakı istiqamətlərdə dövlət və özəl sektor qurumlarına dəstək göstərməyi planlaşdırdıqlarını və bu xidmətləri yerli səviyyədə təqdim etmək imkanlarına malik olduqlarını vurğuladılar:
• Qurumların mövcud ESG tətbiqlərinin təhlili və reytinqləndirilməsi (rating), SWOT analizi və yol xəritəsinin hazırlanması
• Korporativ strategiyaların və davamlılıq strategiyalarının hazırlanması
• Korporativ davamlılıq üzrə təşkilati struktur və proseslərin qurulması
• Davamlılıq hesabatlılığı
• Karbon izi hesabatlılığı və azaldılma hədəflərinin müəyyən edilməsi
• CBAM, CDP, SBTI və EPD hesabatlılığı
• Təchizat zəncirinin davamlılıq qiymətləndirilməsi və auditləri
• ESG Rating istiqamətində dövlət və özəl sektor qurumlarına dəstək göstərilməsi

Tədbir iştirakçıları Azərbaycanın COP29 sonrası dövrdə regionda yaşıl transformasiya və dayanıqlı iqtisadiyyat istiqamətində artan rolunu nəzərə alaraq, bu kimi təşəbbüslərin ölkədə korporativ idarəetmə və ESG ekosisteminin inkişafına mühüm töhfə verəcəyini qeyd etdilər.

CGE SUSTAINABILITY EVALUATION AND SOFTWARE SERVICES AZERBAIJAN ROTAS CONSULTİNG İLƏ BİRGƏ TƏQDİMAT KEÇİRDİCGE SUSTAINABILITY EVALUATION AND SOFTWARE SERVICES AZERBAIJAN ROTAS CONSULTİNG İLƏ BİRGƏ TƏQDİMAT KEÇİRDİCGE SUSTAINABILITY EVALUATION AND SOFTWARE SERVICES AZERBAIJAN ROTAS CONSULTİNG İLƏ BİRGƏ TƏQDİMAT KEÇİRDİCGE SUSTAINABILITY EVALUATION AND SOFTWARE SERVICES AZERBAIJAN ROTAS CONSULTİNG İLƏ BİRGƏ TƏQDİMAT KEÇİRDİ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 433   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr