Ərzaq təhlükəsizliyi və regional inkişafın yeni mərhələsi

Ərzaq təhlükəsizliyi və regional inkişafın yeni mərhələsiPrezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər Azərbaycanın aqrar siyasətinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji yanaşma kimi diqqət çəkir. Dövlət başçısının çıxışı göstərdi ki, kənd təsərrüfatı yalnız iqtisadi sektor deyil, həm də milli təhlükəsizlik, sosial rifah, məşğulluq və ərzaq təminatı baxımından dövlətin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanda kənd təsərrüfatına göstərilən diqqət sistemli və uzunmüddətli dövlət siyasətinə əsaslanır. Dövlət başçısı xatırlatdı ki, 2004-cü ildə ilk dəfə Prezident seçildikdən sonra irəli sürdüyü ilk təşəbbüslərdən biri regional inkişaf proqramlarının qəbul edilməsi olmuşdur. Həmin proqramların əsas məqsədi regionların sosial-iqtisadi inkişafını təmin etmək, kəndlərdə yaşayış səviyyəsini yüksəltmək və kənd təsərrüfatını inkişaf etdirmək idi.

Məhz bu proqramların nəticəsində Azərbaycanın bölgələri tamamilə yeni sima qazandı. Bir vaxtlar infrastruktur problemləri ilə üzləşən rayon və kəndlərdə genişmiqyaslı layihələr həyata keçirildi. Qazlaşdırma səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldi, elektrik enerjisi ilə təminat tam bərpa olundu, yollar yenidən quruldu, su təchizatı layihələri icra edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın ümumi inkişafını həmin infrastruktur layihələri olmadan təsəvvür etmək mümkün deyil.

Kənd təsərrüfatının inkişafında su infrastrukturunun xüsusi rolu olmuşdur. Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər su anbarlarının tikintisi, kanalların yenidən qurulması aqrar sahədə məhsuldarlığın artırılmasına mühüm təsir göstərmişdir. Dövlət başçısı qeyd etdi ki, bu proses hazırda da davam etdirilir və xüsusilə azad edilmiş ərazilərdə yeni su layihələri həyata keçirilir.

Prezident İlham Əliyev çıxışında aqrar sahədə dövlət proqramlarının uğurlu nəticələr verdiyini xüsusi vurğuladı. Üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər istiqamətlər üzrə qəbul edilmiş proqramlar kənd təsərrüfatının inkişafına böyük təkan verib. Xüsusilə pambıqçılıq sahəsində əldə olunan nəticələr diqqətəlayiqdir. Bir vaxtlar istehsalın kəskin azalaraq 20 min tona düşdüyü pambıqçılıq bu gün yenidən dirçəlib və istehsal 360 min tondan çoxdur.

Dövlət başçısı qeyd etdi ki, pambıqçılıqda məhsuldarlığın artması kənd rayonlarında yaşayan insanların sosial rifahına da mühüm təsir göstərmişdir. Eyni zamanda baramaçılığın bərpası və ipəkçiliyin inkişafı da kənd yerlərində məşğulluğun artırılması baxımından mühüm rol oynayır.

Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatında subsidiyaların əhəmiyyətinə də toxundu. Dövlət başçısı bildirdi ki, Azərbaycan genişmiqyaslı subsidiya mexanizmləri tətbiq edən nadir ölkələrdəndir. Gübrə və yanacaq subsidiyaları, güzəştli kreditlər və fermerlərə göstərilən metodiki dəstək aqrar sahənin inkişafına ciddi stimul verir. Bununla yanaşı, subsidiyaların daha çevik və müasir tələblərə uyğun şəkildə tənzimlənməsinin vacibliyi də vurğulandı.
Müşavirənin əsas mövzularından biri kənd təsərrüfatında son illərdə müşahidə olunan durğunluq idi. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, mövcud dinamika onu qane etmir və məhz buna görə yeni Dövlət Proqramının hazırlanması barədə tapşırıq verilib. "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" aqrar sahədə yeni inkişaf mərhələsinin əsas sənədi olacaq.

Dövlət başçısı çıxışında qlobal çağırışlara da xüsusi diqqət ayırdı. Müharibələr, münaqişələr, enerji böhranı, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişiklikləri dünya ərzaq bazarında ciddi risklər yaradır. Prezident İlham Əliyev bildirdi ki, bu şəraitdə hər bir dövlət ərzaq təhlükəsizliyini təmin etmək üçün konkret addımlar atmalıdır.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri idxaldan asılılığın azaldılmasıdır. Prezident İlham Əliyev buğda istehsalı ilə bağlı mövcud vəziyyəti xüsusi narahatlıq doğuran məsələ kimi qiymətləndirdi. Hazırda Azərbaycanın buğda üzrə özünü təminetmə səviyyəsi 55 faizdir və idxalın həcmi yüksək olaraq qalır. Dövlət başçısı bu göstəricinin qəbuledilməz olduğunu vurğulayaraq bu sahədə ciddi tədbirlərin görüləcəyini bildirdi.
Bununla yanaşı, tərəvəzçilik, meyvəçilik, bostançılıq və fındıqçılıq kimi sahələrdə yüksək nəticələr əldə olunub. Azərbaycan artıq bir sıra məhsullar üzrə ixracatçı ölkəyə çevrilib. Xüsusilə qoz-fındıq istehsalı sahəsində Azərbaycanın dünya üzrə qabaqcıl mövqelərdən birini tutması ölkənin aqrar potensialını nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında kəndlərdən şəhərlərə miqrasiyanın qarşısının alınmasının vacibliyini də vurğuladı. Dövlət başçısı qeyd etdi ki, əsas məqsəd şəhərlərdən kəndlərə qayıdış prosesinin başlamasıdır. Bunun üçün kəndlə şəhər arasındakı fərqlər minimuma endirilməli, kənd yerlərində yüksək həyat şəraiti yaradılmalıdır.
Bu istiqamətdə Regional İnkişaf proqramlarının mühüm nəticələr verdiyi qeyd olundu. Rayonlarda müasir xəstəxanalar, məktəblər, sosial obyektlər tikilib, xidmət sektoru genişləndirilib. Prezident İlham Əliyev bildirdi ki, insanların doğma torpaqlarında yaşaması və işləməsi üçün bütün şərait yaradılmalıdır.

Müşavirədə torpaqlardan səmərəli istifadə məsələsinə də xüsusi diqqət ayrıldı. Dövlət başçısı vurğuladı ki, hər bir torpaq sahəsinin elektron xəritəsi və "pasportu" hazırlanmalıdır. Müasir texnologiyalar, peyk sistemləri və süni intellekt imkanlarından istifadə etməklə hansı torpaqda hansı məhsulun daha səmərəli yetişdirilə biləcəyi müəyyən olunmalıdır.
Prezident İlham Əliyev kənd təsərrüfatı texnikası ilə təminat sahəsində görülən işləri də yüksək qiymətləndirdi. Son 20 ildə Azərbaycanın texnika parkı tamamilə yenilənib, hətta ölkədə kənd təsərrüfatı texnikasının istehsalına başlanılıb. Dövlət başçısı qeyd etdi ki, gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq.
Çıxışda gübrə istehsalı məsələsinə də toxunuldu. Karbamid zavodunun fəaliyyəti nəticəsində Azərbaycan artıq azot gübrələri üzrə həm özünü təmin edir, həm də ixrac həyata keçirir. Bununla yanaşı, digər növ gübrələrin istehsalının artırılması və xarici şirkətlərlə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev soyuducu anbarların yaradılmasını da aqrar sahənin inkişafında mühüm amil kimi qiymətləndirdi. Son illərdə Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb və qarşıdakı dövrdə bu tutumun daha da artırılması nəzərdə tutulur.

Müşavirədə su təminatı məsələsi xüsusi yer tutdu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Şirvan və Qarabağ kanallarının yenidən qurulması, yeni su anbarlarının tikintisi yüz minlərlə hektar torpağın su ilə təmin olunmasına imkan verəcək.

Prezident İlham Əliyev intensiv bağçılıq və istixana təsərrüfatlarının inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirdi. Qarşıya qoyulan məqsədlərdən biri 20 min hektar yeni intensiv bağların salınması və istixana sahələrinin genişləndirilməsidir.

Dövlət başçısı çıxışında yerli və xarici investorları aqrar sahəyə sərmayə yatırmağa çağırdı. Bildirildi ki, 2026-2030-cu illər Dövlət Proqramının icrası üçün dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya yatırılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı artıq yeni mərhələyə qədəm qoyur. Qarşıya qoyulan məqsədlər yalnız istehsalın artırılması deyil, həm də kəndlərin dirçəldilməsi, ərzaq təhlükəsizliyinin tam təmin olunması, ixrac potensialının genişləndirilməsi və aqrar sektorun müasir texnologiyalar əsasında inkişaf etdirilməsidir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 448   Tarix: 27 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb

"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

8 sentyabr
.

Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

9 sentyabr
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

9 sentyabr
.

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı

9 sentyabr
.

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağını

8 sentyabr
.

Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmə

8 sentyabr
.

Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?

"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı

8 sentyabr
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

8 sentyabr
.

AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir

Sentyabrın 15-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edəcək. Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə

8 sentyabr