Mentor, "yaşam koçu", motivasiya təlimçisi: Dəstək, yoxsa bahalı trend? (VİDEO)

Mentor, "yaşam koçu", motivasiya təlimçisi: Dəstək, yoxsa bahalı trend? (VİDEO)Mentor, motivasiya təlimçisi, "yaşam koçu": son illər həm sosial şəbəkələrdə, həm də gündəlik həyatımızda bu adlara tez-tez rast gəlirik. Onlar insanlara ən yaxşı liderlik, münaqişələrin həll edicisi, şirkət təmsilçiliyi, üstün zəka qazanmaq vədləri verirlər. Bir vaxtlar yalnız psixoloq və ya təlimçi kimi tanınan şəxslər bu gün daha fərqli adlarla çıxış edir və geniş auditoriyaya xitab edirlər.

Bəs sözügedən şəxslərə maraq niyə bu qədər artıb?

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, insan resursları üzrə mütəxəssis Aytən Şıxəliyeva bu sahələrin ölkədə geniş yayılmasının səbəbinin insanlardakı daxili boşluqların artması, dəstək ehtiyacının çoxalması olduğunu deyib.

"Statistika göstərir ki, 2023-cü ildən indiyə qədər insanların mentorluq alma faizləri 15% artıb. "Koçluq" daha çox insanın potensialını aydınlaşdırmasına, öz probleminə həll yolu tapmasına kömək edir. Bu yolda "koç" nə edir? Onun yanında olduğu nöqtədən çatmaq istədiyi hədəfi müəyyənləşdirir və o hədəfə gəlməkdə həmin şəxsə kömək edir. Mentorlar bir sahənin mütəxəssisləridir. Hər hansısa sahənin peşəkarı olan bir insan o sahədə irəliləmək, inkişaf etmək istəyən birinə öz təcrübəsindən yol göstərir. Peşəkar motivatorlar insanı öz daxili gücü ilə əlaqələndirərək onu uzunmüddətli həvəsləndirməyə çalışmalıdırlar", - deyə o qeyd edib.

A.Şıxəliyeva vurğulayıb ki, mentor, motivasiya təlimçisi, "yaşam koçu" kimi sahələrin peşəkarına çevrilmək üçün beynəlxalq akkreditasiyalı məktəblərdə təhsil alınmalıdır.

"Bu sahədə təhsil alan şəxslərin həmin sahədə mütləq şəkildə təcrübələri çox önəmlidir ki, aldıqları nəzəri bilikləri praktikada tətbiqini bacara bilsinlər. Sosial şəbəkədə qarşımıza çıxan, bu sahə üzrə fəaliyyət göstərən, özünü "yaşam koçu", mentor adlandıran bir çox şəxslər bu sahədə təhsil almayan, daha çox fundamental dəyərlər, standartlar çərçivəsində deyil, kurslarla təhsil alanlardır. Həmin şəxslər insanların inkişafından daha çox onlara neqativ təsir göstərirlər".

Psixoloq Gülnar Orucova bildirib ki, müasir həyat sürətlidir, stresslidir, rəqabətlidir. Bu səbəbdən bir çox insan isə nə edəcəyini, necə motivasiya tapacağını, özünü necə inkişaf etdirəcəyini bilmir və bu cür şəxslərə ehtiyac duyurlar:

"Cəmiyyətin tanınmış üzvləri öz uğur hekayələrini danışırlar və insanlar onlardan motivasiya alırlar. Bəzən həmin insanlar özləri motivator kimi fəaliyyət göstərirlər. Bəziləri həqiqətən peşəkar təhsil alır, xüsusi proqramlarda iştirak edirlər. Bəziləri isə təhsilləri olmadan pul qazanmaq üçün bu sahəyə əl atırlar. Təlimlər var ki, onların, elmi əsasları yoxdur, hər hansı bir nəticəyə dayanmır. Bunlar "Access Bars", "Teta Healing" təlimləridir. Yəni bu təlimlərə qatılıb cəmiyyətdə özlərini "yaşam koçu", hətta psixoloq kimi göstərirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 406   Tarix: 29 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr