"Haqqını halal et" deyib məni yola saldı…MÖVLUDUN ÖLÜMÜNDƏN SONRA...

"Haqqını halal et" deyib məni yola saldı…MÖVLUDUN ÖLÜMÜNDƏN SONRA...Taleh Şahsuvarlı

Lap qabaqlar, hələ "Gündəlik Teleqraf" açılmazdan öncə onunla tez-tez görüşərdim. Qəzənfər Əhmədli, Valeh Mirzəyev, bəzən Şərif Ağayar, Paşa Yaqub və digər dostlarla birgə süfrə arxasında oturar, saatlarla maraqlı söhbətlər edərdik. Elə bir işi-gücü olmazdı, ara-sıra müxtəlif qəzetlərə, saytlara yazılar yazar, qonorarla keçinərdi. Hamı onun "istedadlı" olmasından danışar, amma heç kim yaxasına çəkməzdi…
"Gündəlik Teleqraf" açılan gün ümumi dəvətimizlə "Təbriz" küçəsində yerləşən redakisiyaya gəlmişdi. Aynur Camal, Aynur xanımın yoldaşı İlqar gəlişindən məlumatlı idi. Həmin redaksiyanın fəaliyyətinin ilk günü idi, hərə özünə yer tapmaqla məşğul idi. Hər kəs özünə bir masa tapıb arxasında əyləşirdi. Birdən yanıma gəldi: "mən özümə yer tapmadım" dedi. Arxasınca istehza ilə əlavə etdi: "Guya həmişə yerim olub, indi tapammıram"…
Tərəddüd eləmədən, "gəl otur" dedim, yerimi ona vermək istədim. Çünki mən redaksiyada rəhbər şəxs qismində çalışacaqdım. Yəni, necə olsa, oturmağa bir masa, bir stulum olacaqdı. Amma onun yersiz-yurdsuz qalmasını istəmirdim. İşləməsini, həm də yanımda işləməsini istəyirdim. Elə bir istedadlı adama sadəcə sahib çıxmaq və relsə salmaq lazım idi, qalanını özü bacaracaqdı. Amma heç cür oturmaq istəmədi, "yaxşı, get mətbəxdən-filandan bir stul tap, otur, heç hara tərpənmə, qoy ara sakitləşsin, bir yer tapacağıq" deyərək bərk-bərk tapşırdım. Amma aradan çıxdı və elə o gedən getdi, uzun müddət yenə işsiz-gücsüz ortalıqda dolaşdı. Əvvəlki kimi sıx görüşə bilmirdik, amma hər dəfə bir araya gələndə bu əhvalatı xatırlayır, gülürdük. Hər dəfə onun özünəməxsus gülüşü "Guya həmişə yerim olub, indi tapammıram" sözünü də qulaqlarımda cingildədirdi…
İş elə gətirdi ki, "Gündəlik Teleqraf" qəzetinin rəhbərliyi tamamilə mənə həvalə olundu. Kollektiv yenidən formalaşanda ilk işim onu aramaq oldu. "Bizim mədəniyyət bölməmizə rəhbərlik edəcəksən" dedim. Başqalarının müxbir götürmək istəmədiyi adama birbaşa redaktorluq təklif edirdim. Aynur Camalı bu təyinatın uğurlu olacağına inandırmışdım. Eləcə də oldu. Özü də təyinata xeyli təəccüblənmişdi. Bir az da etimadı doğrultmaq, reputasiyasını dəyişmək, uzun illərin ağır havasından çıxıb işgüzar mühitə girməkdən ötrü əlindən gələni əsirgəmirdi. Yəqin o illərdə yazdığım statusları izləyənlər onu nə qədər diqqətdə saxladığımı, motivasiya etdiyimi özləri də görə bilər. Onu nə qədər himayə etdiyimi, hər fürsətdə uğurlarına təkan verdiyimi hamıdan çox və yaxşı bilən adamlardan biri Aynur Camaldır. İnsafən, Aynur Camal da ona sadəcə müdir, patron olmadı, dost, ana, bacı oldu. Həm maddi, həm də mənəvi cəhətdən kimsənin etməyəcəyi qədər dəstək oldu ona… Özünü xeyli dərəcədə "Gündəlik Teleqraf"da tapdı, sevdi, ailə qurdu, ağırbaşlı bir adam oldu.
Hər zaman deyirdim ki, sən Azərbaycanın Doğan Hızlanı olmalısan. Əslində, tam səmimi deyirəm, Doğan Hızlandan qat-qat istedadlı, fəhmi, erudisiyası daha yüksək adamdı. Azərbaycan dilini, dünya ədəbiyyatını çox mükəmməl bilirdi. Ölkə daxilində və xaricində gedən prosesləri yaxından izləyir, təhlil edirdi. Bir neçə ideya vermişdim, ağlına batmışdı. Özünün də bəzi planları vardı, əminəm ki, arxasına düşsəydi, başa çatdırsaydı, çox fərqli əsərlər ortaya qoya bilərdi. Amma Doğan Hızlan olmaq istəmədi, zarafatla deyirdim ki, o kəpənəyi taxmayanca səndən əl çəkən deyiləm.
Bir gün yanımdan getmək istədi. Mən onu başa düşür, haqq verirdim. Cavan oğlan idi, sevməli, görüşməli, özəl həyatına vaxt ayırmalı idi. Mən isə onu nəzarətdə saxlayır, aradan çıxmağa macal vermirdim. Bir neçə dəfə işə "paxmel" gəlmişdi, ərkyana möhkəm danlamışdım. Amma son nəticədə "mənim kurasiyamdan" çıxdı, holdinqdəki digər sayta keçdi. Doğrusu, ona orada ehtiyac da vardı. Amma bu məsələyə görə aramız sərinlədi. Özünə də dedim, Aynur Camala da, bizim digər uşaqlara da: "Daş düşdüyü yerdə möhkəm olur. Mən onun düşdüyü yerdə bərkiməsini, möhkəmlənməsini istəyirəm". Bu sözümü çox bəyənmişdi, hər dəfə kollektiv dəyişdikcə, qeyri-sabit çevrələrin birindən-digərinə keçdikcə zəng edir, yaxud rastlaşanda "abi sən düz deyirmişsən, daş düşdüyü yerdə möhkəm olur" deyərək bir növ üzrxahlıq edirdi. Son dəfə çalışdığı "Aydın yol" qəzetində də işləri düz getməyəndə də onun yenidən "Gündəlik Teleqraf"a qayıtmasına dəstək verdim. Özü bilirdi, bilmirdi, heç maraqlanmadım. Amma yadımdadır, mən həmin redaksiyadan ayrıldığım, işdən çıxdığım gün kövrəldi, ağlamsındı, "haqqını halal et" deyib məni yola saldı… Ondan sonra demək olar ki, görmədim, arada Facebookda yazar, qısaca hal-əhval tutardıq. Bəzən dözməyib sitəm edərdim, "Doğan Hızlan olmadın, ay əclaf…" deyərdim…
Və o intihar etdi. Özünü yüksək mərtəbəli yeni tikilinin başından atdı. Hər kəs kimi mən də şok keçirərək qarşıladım bu xəbəri, amma o qədər də təəccüblənmədim. Çünki o, əslində iradəli adamdı və onun özünü atmağa cəsarəti çatardı… Heyf, min təəssüf ki, o cəsarətini və iradəsini heç kimin dəstəkləməyəcəyi bir addım üçün sərf etdi…
O can atan adamdı…
Dostluğa, sevgiyə, yaxşılığa, xeyirxahlığa, işıqlı gələcəyə və nəhayət əbədiyyətə can atan adam…
Axırda canını atdı…
Azərbaycanda ədəbiyyat anlayışını kökündən dəyişdirə biləcək bir gənc özünü göylərdən yerə atdı.
Heç vaxt tapmadığı yerə…
Və onun adı artıq MÖVLUD deyil, İNTİHARdır!


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1976   Tarix: 16 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

TRT-nin canlı yayımında qadın "Bəsdir!" deyə qışqıraraq pencəyini cırdı - VİDEO

TRT Haber kanalında studiyadan kanal mərkəzinə qurulan canlı bağlantı zamanı arxa planda olan bir qadının yaşadığı əsəb gərginliyi efirdə də əks olunub. İdarə mərkəzi hadisənin fərqinə vardıqdan sonra görüntünü dərhal yayından çıxarıb. türk mediasına istinadən xəbər verir ki, canlı bağlantı zamanı qadını

19 dekabr
.

Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmət

17 dekabr
.

Qocalar evinin işçisi yaşlı kişini döyərək öldürüb - VİDEO

İstanbulun Böyükçəkməcə rayonunda fəaliyyət göstərən Özəl Böyük Marmara Qocalar evində 2023-cü ilin iyul ayına aid olduğu bildirilən görüntülər cəmiyyətdə böyük rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, görüntülərdə yaşlı kişinin "Səhərdən bəri məni döyürlər" dediyi, bir şəxsi

17 dekabr
.

Qəzada ölən dostlarını avtomobildə qoyub qaçdılar

Ədirnədə baş verən yol-nəqliyyat hadisəsində 18 yaşlı gənc həyatını itirib. Hadisə Edirnə mərkəzinə bağlı Üyüklütatar kəndi ərazisində qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 18 yaşlı İsa Özerin idarə etdiyi 16 APR 045 dövlət nömrə nişanlı avtomobil güclü duman səbəbində

18 dekabr
.

16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində

17 dekabr
.

Hindistanda fil sürüsü kənd sakinlərinə hücum etdi: 4 nəfər həlak oldu - VİDEO

Hindistanın Jharkhand ştatının Ramgarh bölgəsində 42 filin iştirak etdiyi sürü kəndlərə girərək sakinlərə hücum edib və bir neçə saat ərzində 4 nəfərin həyatına son qoyub. xarici mediaya istinadən xəbər verir ki, Ramgarh bölgəsindəki kəndlərdə vəhşi fil sürüsünün ardıcıl hücumları panikaya səbəb olub

18 dekabr
.

Buğanı bəsləmək istəyən gənc təhlükəli vəziyyətlə üz-üzə qaldı - VİDEO

Buğanı bəsləmək məqsədilə onun saxlanıldığı əraziyə daxil olan gənc gözlənilməz hadisə ilə üzləşib. Gəncin buğanın üzərinə çıxmasında sonra heyvan onu ayağının altına salıb. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı gənc böyük panik yaşayıb və buğanın ayağı altından çıxmaq üçün ciddi mübariz

18 dekabr
.

Baş örtüyü ilə üzlərini gizlədən ana və qız evdən qızıl oğurladılar - VİDEO

Adana şəhərində baş örtüyü ilə üzlərini gizlədən ana və qız iki evə daxil olaraq 670 min lirə dəyərində qızıl, zinət əşyası və pul oğurlayıblar. xəbər verir ki, hadisə ilə əlaqədar 3 şübhəlidən Yeter U. tutularaq həbs edilib. Təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən Yeter U. ittihamları rəd

18 dekabr
.

Silahlı dava: ata öldü, oğlu və qardaşı oğlu yaralandı - VİDEO

Türkiyənin Kayseri şəhərində baş verən silahlı insidentdə bir nəfər həyatını itirib, iki nəfər isə yaralanıb. türk mediasına istinadən xəbər verir ki, hadisə saat 15:30 radələrində Organize Sənaye Bölgəsinin 22-ci küçəsində, boş bir ərazidə qeydə alınıb. Ethem Tatlı, oğlu M.T. və qardaşı oğlu V.T. il

18 dekabr