İlham Əliyev Vladimir Putini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Sonxeber.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf etməsini, regionlararası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edirəm.
Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 776 Tarix: 12 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Azərbaycanla Vyetnamı min kilometrlərlə məsafə ayırır. Bun
20 noyabrPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - Yenilənib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Baş nazir Le Minh Hunq deyib:. - Vyetnama rəsmi səfəriniz münasibətilə Zati-aliləri Prezident
20 noyabrPrezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Vyetnamın paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısının rəsmi qarşılanma mərasimi üçün hazırlıqlar görülüb. Həmin anın görüntülərini təqdim edirik:
21 noyabrArzu və Leyla Əliyevalar Vyetnamda - Foto
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:
20 noyabrİlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən "Azərbayca
21 noyabr