Böyük itki: ChatGPT üçün yolun sonu gəlir?

Böyük itki: ChatGPT üçün yolun sonu gəlir?Tək oyunçulu süni intellekt dövrləri geridə qalır. Bir vaxtlar sənayedə qabaqcıl hesab edilən "OpenAI" bazara ilk dəfə daxil olduğu zaman sahib olduğu mütləq dominantlığı qorumaq üçün mübarizə aparır. İstifadəçilərin internetdə axtarış aparmaq əvəzinə ChatGPT-yə müraciət etdiyi dövr daha şiddətli rəqabət mühitinə yol açıb.

Qaynarinfo xəbər verir ki, son bazar analizlərinə görə, şirkət hələ də lider olsa da, əvvəlki üstünlüyünü itirib. İlin əvvəlində bazarın yarıdan çoxuna sahib olan platformanın payı 46,4 faizə qədər geriləyib.

"Google" tərəfindən hazırlanan "Gemini" 27,7 faiz bazar payı ilə ən yaxın rəqib kimi önə çıxır. "Anthropic" şirkətinin "Claude" modeli isə 10,3 faizlik paya çataraq sürətli yüksəlişi ilə diqqət çəkir. Bildirilir ki, "Claude" illik aktiv istifadəçi sayını 640 faiz artırıb.

Digər alternativlər - "Perplexity", "Grok" və sosial media əsaslı süni intellekt sistemləri isə ümumilikdə 5 faizlik pay uğrunda mübarizə aparır.

"OpenAI" ətrafında yaranan gərginliklər də istifadəçi bazasına təsir edib. Şirkətin Pentaqon ilə bağlı hərbi əməkdaşlıq iddiaları bəzi istifadəçilər arasında narazılığa səbəb olub və "QuitGPT" adlı boykot dalğasının yayıldığı bildirilir.

Eyni zamanda, platformaya reklamların inteqrasiya edilməsi də istifadəçi reaksiyalarını gücləndirib. Şirkətin bəzi məhsul inkişaf layihələrini təxirə saldığı və biznes modelində dəyişikliklərə getdiyi qeyd olunur.

Məlumata görə, "OpenAI" daxilində strategiya dəyişiklikləri və daha korporativ yönümlü yanaşma şirkətin imicinə mənfi təsir göstərib. Rəqiblər isə bu boşluqdan istifadə edərək daha sürətli inkişaf edir.

Bununla belə, şirkət hələ də bazarda ən böyük oyunçu olaraq qalır, lakin artan rəqabət onun mövqeyini ciddi şəkildə zəiflədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 369   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021