Şəki Xan Sarayının yerləşdiyi ərazidə məskunlaşma tarixinin daha qədim imiş

Şəki Xan Sarayının yerləşdiyi ərazidə məskunlaşma tarixinin daha qədim imişŞəki Xan Sarayının yerləşdiyi ərazidə məskunlaşma tarixinin indiyədək düşünüldüyündən xeyli qədim olduğu elmi cəhətdən təsdiqlənib.

Bu barədə Qaynarinfo-ya AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində 2023-2025-ci illərdə Şəki şəhərində yerləşən "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində, Şəki Xan Sarayının ətrafında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş müxtəlif arxeoloji laylardan götürülən kömür nümunələri dünyanın ən nüfuzlu elmi mərkəzlərindən biri olan Yaponiyanın Tokio Universiteti Muzeyinin Radiokarbon Tarixləndirmə Laboratoriyasında yüksəkdəqiqlikli AMS Radiokarbon (C14) analizinə cəlb olunub.

Bununla Şəki Xan Sarayının yerləşdiyi ərazidə XIII əsrə aid yaşayış sübut edilib. Radiokarbon analizlərinin nəticələri göstərib ki, qazıntılar zamanı əldə edilən ən qədim nümunə 1255-1288-ci illərə, daha yüksək ehtimalla isə 1263-1288-ci illərə aiddir. Bu nəticə ilk dəfə olaraq Şəki Xan Sarayının yerləşdiyi ərazidə XIII əsrdə insan fəaliyyəti və yaşayışın mövcud olduğunu elmi şəkildə təsdiqləyir.

Analizlər, həmçinin göstərir ki, həmin ərazi sonrakı əsrlərdə də tərk edilməyib. Tədqiqat nəticələrinə əsasən, XIII əsrdə burada yaşayış və ya insan fəaliyyəti mövcud olub, XVI-XVII əsrlərdə ərazi yenidən və ya fasiləsiz şəkildə istifadə edilib, XVIII əsrdən XIX əsrin əvvəllərinədək burada intensiv insan fəaliyyəti davam edib.

Beləliklə, radiokarbon tarixləndirməsi təxminən yeddi əsri əhatə edən ardıcıl yaşayış və istifadə tarixini ortaya qoyur.

Əldə olunan elmi nəticələr göstərir ki, Şəki Xan Sarayının inşa yeri təsadüfi seçilməyib. Belə ki, XVIII əsrdə tikilmiş mövcud Şəki Xan Sarayı boş və yeni seçilmiş ərazidə deyil, artıq yüzilliklər boyu əhəmiyyətini qoruyan qədim yaşayış və inzibati məkanda inşa edilib.

Bu fakt ehtimal etməyə əsas verir ki, xan sarayının yerləşdiyi sahə daha əvvəlki dövrlərdə bölgənin hakim təbəqələrinə və ya yerli siyasi elitalara məxsus iqamətgahların yerləşdiyi strateji mərkəz olub. Şəki Xan Sarayı həmin məkanın siyasi və inzibati ənənəsinin davamı kimi meydana çıxıb.

Radiokarbon analizləri göstərir ki, saray kompleksi altında və ətrafında daha qədim mədəni qatların mövcudluğu yüksək ehtimalla davam edir. Bu isə hazırda qazılmamış sahələrdə daha qədim tikili qalıqlarının, yaşayış komplekslərinin və yeni arxeoloji materialların aşkar edilə biləcəyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu ərazidə arxeoloji tədqiqatların davam etdirilməsi Şəkinin orta əsr şəhərsalma tarixinin, siyasi mərkəz kimi formalaşmasının və regionun yaşayış dinamikasının daha dolğun şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Beləliklə, araşdırma nəticələri Şəki Xan Sarayının yerləşdiyi ərazidə məskunlaşma tarixinin indiyədək qəbul ediləndən daha qədim olduğunu göstərməklə yanaşı, bu məkanın XIII əsrdən başlayaraq XIX əsrə qədər müxtəlif mərhələlərdə davamlı insan fəaliyyəti ilə seçilən mühüm yaşayış və inzibati mərkəz olduğunu elmi şəkildə ortaya qoyur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 372   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr