Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, şəhərdə XIX əsrin sonu və XX əsrin əvvəllərində inşa edilmiş çoxsaylı binalar mövcuddur. Lakin bu tikililərin hamısına eyni yanaşmaq olmaz:
"Belə ki, onların arasında mühüm memarlıq və tarixi əhəmiyyət daşıyan nümunələr var. Xüsusilə İçərişəhərdə, Səbail rayonunda və Bakının mərkəzi hissəsində yerləşən bir sıra tarixi binalar dövlət tərəfindən qorunur. Bu tikililərin sökülməsi məqsədəuyğun hesab edilmir. Hətta onların bərpası və təmiri zamanı belə müvafiq dövlət qurumlarından icazə alınması tələb olunur.
100 ildən artıq yaşı olan binalara İçərişəhərdəki orta əsrlərdən və XIX əsrdən qalma yaşayış evlərini, Fəvvarələr meydanı ətrafında neft milyonçuları dövründə inşa edilmiş tikililəri, İstiqlaliyyət küçəsindəki tarixi yaşayış və inzibati binaları, eləcə də Nizami küçəsində yerləşən XIX-XX əsr memarlıq nümunələrini aid etmək olar. Dilarə Əliyeva, Yüzbəy Mürsəlov küçələrində və Neftçilər prospektində də həmin dövrdən qalan binalar mövcuddur".
AQC sdəri əlavə edib k, Bakıda vaxtilə neft sənayesində çalışan fəhlələr üçün inşa edilmiş, lakin tarixi və memarlıq baxımından xüsusi əhəmiyyət daşımayan, istismar müddətini başa vurmuş binalar da var:
"Belə tikililərə xüsusilə neft hasilatı aparılan ərazilərdə, o cümlədən Ramana ətrafında rast gəlinir. Onların bir qismi artıq sökülüb, digərlərinin də mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Bu binaların texniki vəziyyətinin qənaətbəxş olmaması və yaşayış üçün yararlılığını itirməsi yenilənməni zəruri edir.
Baş plan çərçivəsində köhnəlmiş yaşayış fondunun yenilənməsi əsas hədəflərdən biri olsa da, bu proses tarixi-memarlıq irsinin qorunması prinsipi ilə uzlaşdırılmalıdır. Yəni binanın yaşı onun sökülməsi üçün yeganə meyar deyil. Əsas məsələ tikilinin tarixi və memarlıq dəyəri, texniki vəziyyəti və mühafizə statusudur. Tarixi əhəmiyyət daşımayan, istismar müddətini başa vurmuş və yaşayış üçün yararsız binaların isə yenilənməsi nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Ən faydalı və ən zərərli balıq növləri
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
"Sevgi təkbaşına kifayət etmir"
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı