Bakı və İrəvanın mühüm anlaşması: İranın "zəif halqa" olduğu üzə çıxandan sonra... - VİDEO
İndiyə qədər Ermənistanın əsas internet trafiki Gürcüstandan keçirdi. İkinci tranzit istiqaməti İran idi. Ermənilər trafikin 20 faizinə qədərini oradan alırdılar.
Baku TV-nin məlumatına görə, Yaxın Şərq münaqişəsindən sonra bu məsələdə İranın zəif halqa olduğu üzə çıxdı. İnternet trafikinin diversifikasiyası isə dövlət üçün son dərəcə vacib olan kibertəhlükəsizlik məsələsidir.
İrəvanla razılaşmaya görə, "Azərtelekom" öz şəbəkəsi vasitəsilə Ermənistana beynəlxalq internet trafikinin tranzitini təmin edəcək. Bu qərar əvvəlcə Ermənistan ictimaiyyətində müəyyən çaşqınlıq, hətta etirazlar doğurdu. Lakin tezliklə cəmiyyətə izah olundu ki, internet trafiki ilə təmin etmək heç də internet əlaqəsinin məzmununa nəzarət etmək demək deyil. Azərbaycanın bu funksiyanı yerinə yetirməsi ermənilərin şəxsi informasiya təhlükəsizliyinə nəinki heç bir təhdid yaratmır, hətta əksinə, təhlükəsizliyini artırır.
Üstəlik, bu, qarşılıqlı prosesdir. Razılaşmaya görə, həmçinin Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən internet trafiki də Ermənistandan keçəcək. Saniyədə 100 giqabayt ötürücülük qabiliyyəti olan kabel Gorus rayonunun Kornidzor kəndi ərazisində Ermənistana daxil olacaq. Ermənilərin Yerasx dedikləri Arazdəyən kəndindən isə Naxçıvana keçəcək. Öz növbəsində, ermənilərin də təbii ki, bizim dataya nəzarət imkanı olmayacaq. Göründüyü kimi, bu razılaşma praktik olaraq Zəngəzur dəhlizinin məntiqi ilə həyata keçirilib. Azərbaycan Ermənistana gedən trafikin yolunu açır, Ermənistan isə Azərbaycanla Naxçıvan arasında rabitəni təmin edir. Demək, Zəngəzur dəhlizinin məntiqi artıq işləməyə başlayıb. Hələ ki onlaynda. Qalır oflaynda da tətbiqi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 261 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bulvarda yeni xidmət: Elektrik mühərrikli retro faytonlar istifadəyə verildi
Dənizkənarı Milli Parkda Bakının tarixi ənənələrini müasir yanaşma ilə yaşadan faytonlar ziyarətçilərin istifadəsinə verilib. xəbər verir ki, klassik fayton görünüşünü müasir elektrik mühərriki ilə birləşdirən nəqliyyat vasitələri bulvar ərazisində xüsusi tarixi marşrut üzrə hərəkət edir. Marşrut Dənizkənar
29 iyunBakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
Bakıda ata mülkünün bölgüsü ilə bağlı qardaşlar arasında yaranan mübahisə məhkəmə hökmü ilə nəticələnib. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ilin iyun ayında paytaxt ərazisində yerləşən kafelərdən birində baş verib. Təqsirləndirilən şəxs qardaşı ilə görüşərək ata mülkünü
29 iyun"Dənizə gedənin ağlı yoxdur"
Aytən Səfərova iyunun sonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı fikirlərini bölüşüb. -a istinadən xəbər verir ki, aparıcı iyunun sonlarında belə hava şəraitini sonuncu dəfə 1996-cı ildə olduğunu xatırlayıb:. "Doğrudan elə bil havaya nəsə olub və ya biz insanlar etmişik. İyunu
29 iyunSükan arxasında telefonla danışan 11 mindən çox sürücü aşkarlandı
Sükan arxasında telefondan istifadə həyatınızın ən ağır səhvinə çevrilə bilər. xəbər verir ki, müşahidələr göstərir ki, təkcə bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb. Bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıra
29 iyunAzərbaycan tikinti materiallarına dair yeni dövlət standartlarını qəbul edib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tikinti materialları sahəsinə dair 23 yeni dövlət standartı qəbul edib. xəbər verir ki, bu barədə dövlət agentliyi məlumat yayıb. Məlumata görə, yeni dövlə
29 iyunUnikal yeraltı şəhərcik - Başçı aşkarlanan tunelləri təqdim etdi - VİDEO
2023-cü ildə Göygöl şəhərində almanların saldığı 6 küçədən biri olan Hummel küçəsində yeraltı şəhərcik aşkarlanıb. Yeddi tuneldən ibarət olan və vaxtilə şərab anbarı kimi istifadə edilən bu tarixi tikilinin əhəmiyyəti və keçmişi barədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ARB Televiziyasın
29 iyun