Azərbaycanda orqan nəqli niyə inkişaf etmir? - Adil Qeybulla səbəbləri açıqladı

Azərbaycanda orqan nəqli niyə inkişaf etmir? - Adil Qeybulla səbəbləri açıqladı"Azərbaycanda orqan nəqli və transplantasiyanın inkişafı üçün müasir infrastruktur yaradılmalıdır. Bunun üçün ilk növbədə donor bankı formalaşdırılmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Professorun sözlərinə görə, donor bankı vahid səhiyyə sistemi kimi fəaliyyət göstərməlidir ki, ölkənin istənilən bölgəsində donor orqanı yarandığı anda onun qısa müddətdə ehtiyacı olan xəstəyə çatdırılması mümkün olsun:

"Belə bir sistem hələlik mövcud deyil. Düzdür, bununla bağlı müəyyən mərkəz yaradılıb və Etika Komissiyası fəaliyyət göstərir. Lakin həmin komissiyanın əsas vəzifəsi orqan verən və qəbul edən şəxslərin yaxın qohum olub-olmadığını, eləcə də prosesdə hər hansı kriminal halın mövcudluğunu araşdırmaqdan ibarətdir".

Professor bildirib ki, ölümündən sonra orqan bağışlanması ilə bağlı tətbiq olunan mexanizm də problemi tam həll etmir:

"Birincisi, həmin şəxslərin nə vaxt vəfat edəcəyi məlum deyil. İkincisi, ölüm anında orqanların transplantasiya üçün yararlı olub-olmayacağı da sual altındadır. Bu, müsbət tendensiyadır, lakin hələlik problemin həllində çox məhdud rol oynayır. Məsələn, dializ xəstələri gözləyə bilmir. Onların vəziyyəti günbəgün ağırlaşır. Kiminsə nə vaxtsa vəfat edəcəyi və həmin orqanın konkret xəstəyə uyğun gəlib-gəlməyəcəyi əvvəlcədən bilinmir. Ona görə də bu, praktik baxımdan real çıxış yolu deyil".

Adil Qeybullanın fikrincə, əsas diqqət beyin ölümü baş vermiş şəxslərin donor kimi istifadəsinə yönəldilməlidir:

"Bu gün belə hallar kifayət qədərdir. Məsələn, ağır yol-nəqliyyat hadisəsi nəticəsində beyin ölümü baş vermiş şəxslərin orqanlarının götürülməsinə hüquqi və tibbi baxımdan operativ icazə verilməlidir. Təəssüf ki, valideynlərin və ümumilikdə cəmiyyətin böyük hissəsi psixoloji baxımdan buna hazır deyil. Bu problem həllini tapmalıdır. Axı niyə qardaş, bacı, ata və ya ana öz orqanını başqa şəxsə verməyə məcbur olmalıdır? İnsanlar bunu çox vaxt çıxılmaz vəziyyətdə edirlər və bununla öz sağlamlıqlarını da riskə atırlar. Dünyada bu məsələ hansı mexanizmlərlə tənzimlənirsə, Azərbaycanda da həmin təcrübə tətbiq edilməlidir".

Professor hesab edir ki, problemin həlli üçün hüquqi baza da tam təkmilləşdirilməlidir:

"Hüquqi prosedurlar elə qurulmalıdır ki, bu sahədə kriminal hallara heç bir imkan qalmasın. Bu, son dərəcə vacib məsələdir. Hələ də orqan transplantasiyası ilə bağlı müxtəlif kriminal söhbətlər dolaşır. Vaxtilə Azərbaycanda orqan qaçaqmalçılığı halları mövcud idi. Milli Təhlükəsizlik Nazirliyi bunun qarşısını aldı. Ancaq yenə də hesab edirəm ki, bu sahədə kriminal risklər tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətin bu məsələyə münasibəti də beynəlxalq humanizm prinsiplərinə və yüksək mərhəmət hissinə əsaslanmalıdır".

Adil Qeybulla qeyd edib ki, hazırda dünyada heyvan orqanlarının, xüsusilə də donuz orqanlarının insanlara transplantasiyası istiqamətində ciddi elmi araşdırmalar aparılır:

"Donuzun genotipi gen mühəndisliyi vasitəsilə insan genotipinə mümkün qədər yaxınlaşdırılır. Məqsəd transplantasiyadan sonra orqanizmin həmin orqanı rədd etməsinin qarşısını almaqdır. Çünki orqan köçürülməsi əməliyyatın sonu demək deyil. Ən böyük problemlərdən biri transplantasiya edilmiş orqanın immun sistemi tərəfindən rədd edilməsidir. Bəzən köçürülmüş orqan orqanizmdə fəaliyyət göstərə bilmir və bədən onu qəbul etmir. Bu proses birbaşa immun sisteminin xüsusiyyətlərindən asılıdır. Ona görə də transplantasiyadan sonra da çoxsaylı tibbi problemlər qalır. Hazırda molekulyar biologiyanın nailiyyətləri sayəsində donuz orqanlarının insanlara uğurla köçürülməsi istiqamətində ciddi elmi işlər aparılır və gələcəkdə bu sahədə mühüm nəticələrin əldə olunacağı gözlənilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 379   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr