İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi
"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli İsrail təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb. İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin baş direktoru Yossi Karadi bildirib ki, 2025-ci ilin iyun ayında İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı səlahiyyətlilər 1600-ə yaxın kiber müdaxilə qeydə alıblar. Onun sözlərinə görə, 2026-cı ilin eyni ayında bu insidentlərin sayı təxminən 4800-ə çatıb.
"Bəzi qruplar çox təcrübəlidir. Biz onlarla mübarizə apara bilərik, lakin bu məsələyə ciddi yanaşmalıyıq. Kinetik sahədən fərqli olaraq, kiberməkanda atəşkəs mövcud deyil", - deyə direktor qeyd edib. Karadi hücumların İsrailin kritik infrastrukturu, mərkəzi təşkilatlar, kiçik və orta müəssisələr, eləcə də əhali tərəfindən istifadə edilən sistemlərə yönəldiyini bildirib. O, zərərçəkənlər arasında hüquq və mühasibat şirkətlərinin də olduğunu vurğulayıb.
"Ümid edirəm ki, bu, gələcəkdə də belə davam edəcək - biz mühüm infrastruktura yönəlmiş hücumları dəf edə bilmişik", - deyə o əlavə edib.
Y.Karadinin sözlərinə görə, nüfuz edilməsi daha asan olan şirkətlər çox vaxt nəticədə öz kompüter sistemlərinə çıxışı itirirdilər. Bununla belə, o, hər hansı bir konkret ad çəkməyib.
İran adətən digər ölkələrə qarşı kiberhücumları həyata keçirdiyini inkar edir, lakin eyni zamanda özünə qarşı edilən hücumlar barədə məlumat verir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 325 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
1 noyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrŞəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30 oktyabrBakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr
30 oktyabrİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabr