Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimə olundu
Bakıda Bulvar ərazisində skuterlərin icarəsi və satışı ilə məşğul olan sahibkar saxlanılıb.
Sonxeber.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü Ələkbər Kərim oğlu Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində protokol tərtib olunub. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, Ələkbər Allahverdiyev işçilərinə Səbail rayonu, Bül-bül prospektində küçəyə skuterləri düzdürərək piyadaların hərəkətinə maneə törədib. Polis əməkdaşları ona yaxınlaşaraq irad bildiriblər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onların tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Bu səbəbdən həmin şəxs şöbəyə dəvət olunub, lakin sahibkar bundan imtina edib.
Ələkbər Allahverdiyev məhkəmədə əməlindən səmimi peşman olduğunu bildirib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Ələkbər Allahverdiyev 150 manat cərimə olunub və iclas zalından azad edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 448 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30 oktyabrİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabr