"Valideyinin vəzifəsi övlad üçün həyat ssenarisi yazmaq deyil, onun potensialını kəşf etməsinə şərait yaratmaqdır" - AÇIQLAMA
Valideynlər övladlarının uğurlu, xoşbəxt və təminatlı gələcəyini arzulayır. Lakin bəzən bu istək sağlam dəstək olmaqdan çıxaraq valideynin vaxtilə həyata keçirə bilmədiyi arzuların uşağın üzərinə qoyulmasına çevrilir.
Peşə seçimindən hobbilərə, təhsil istiqamətindən həyat tərzinə qədər bir çox qərarda uşağın yox, valideynin istəkləri ön plana keçir.
Bəs bu yanaşma uşağın psixoloji inkişafına necə təsir edir?
Mövzu ilə bağlı psixoloq Gülsər Qədirli Sonxeber.az -a açıqlama verib:
"Valideynin öz arzularını övladının həyatı üzərindən gerçəkləşdirməyə çalışması ilk baxışdan qayğı və sevgi kimi görünə bilər. Ancaq burada əsas məsələ uşağın fərdi maraqlarının, qabiliyyətlərinin və seçim hüququnun nəzərə alınıb-alınmamasıdır. Uşaq davamlı olaraq "mən nə istəyirəm?" sualını deyil, "valideynim məndən nə gözləyir?" sualını düşünməyə başlayır.
Belə uşaqlarda zamanla öz kimliyini formalaşdırmaq çətinləşir. Onlar öz istəklərini tanımaqda və müstəqil qərar verməkdə tərəddüd edirlər. Çünki uzun illər ərzində qəbul etdikləri qərarlar şəxsi seçimlərindən deyil, valideynlərinin gözləntilərindən qaynaqlanıb.
Digər mühüm təsirlərdən biri özünəinamın zəifləməsidir. Uşaq valideynin müəyyən etdiyi hədəflərə çata bilmədikdə özünü uğursuz hesab edir və "mən kifayət qədər yaxşı deyiləm" düşüncəsi formalaşa bilər. Bu hisslər gələcəkdə narahatlıq pozuntuları, depressiv əlamətlər, özünü davamlı başqaları ilə müqayisə etmə və mükəmməlçilik meyllərini gücləndirə bilər.
Belə uşaqların bir qismi valideynlərini məyus etməmək üçün daim yüksək nəticə göstərməyə çalışır. Onlar öz dəyərlərini yalnız uğur üzərindən qiymətləndirirlər. Digər qisim isə əksinə, etiraz etmək məqsədilə bütün gözləntilərdən uzaqlaşır və valideynlə münasibətlərdə emosional məsafə yaranır.
Yetkin yaşlarda da bunun təsirləri davam edə bilər. İnsan sevmədiyi peşədə çalışa, başqalarının fikrinə həddindən artıq önəm verə və həyatında mühüm qərarlar qəbul edərkən daim təsdiq axtara bilər. Bəzən isə illərlə yaşadığı narazılığın səbəbini belə anlaya bilmir.
Valideynlərin vəzifəsi övlad üçün həyat ssenarisi yazmaq deyil, onun potensialını kəşf etməsinə şərait yaratmaqdır. Dəstək göstərmək, istiqamət vermək vacibdir, lakin son seçim uşağın maraqları, bacarıqları və şəxsiyyət xüsusiyyətləri nəzərə alınaraq edilməlidir. Uşağın öz yolunu seçməsinə imkan vermək onun həm psixoloji sağlamlığı, həm də gələcəkdə xoşbəxt və özünə güvənən fərd kimi formalaşması üçün ən sağlam yanaşmadır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Natiq Fərzəliyev əməliyyat olundu
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü