Avropa İttifaqında Xarici Fəaliyyət Xidmətinin ləğvi müzakirə olunur
Avropa İttifaqının (Aİ) bir qrup məmuru Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) fəaliyyətinin dayandırılmasını tələb edir.
Oxu.Az xəbər verir ki, bu məlumatı Avropanın "Politico" nəşri öz mənbələrinə əsaslanaraq yayıb.
"Həm Avropa Şurasında, həm də Avropa Komissiyasında Avropa Xarici Fəaliyyət Xidmətini ləğv etmək istəyən bir qrup var. Qurumun fəaliyyətini davam etdirməsini istəyənlər də var, lakin onlar azlıq təşkil edirlər", - adının açıqlanmasını istəməyən Aİ rəsmisi bildirib.
Nəşr vurğulayır ki, EEAS-ın bir çox funksiyası tədricən Avropa Komissiyasının (AK) səlahiyyətinə verilir. Bir diplomatın fikrincə, müasir dövrdə diplomatiyanı sənaye, texnologiya və ticarət siyasətindən ayrı təsəvvür etmək mümkün deyil, "bütün bu rıçaqlar isə Avropa Komissiyasında cəmləşib". Bildirilir ki, reallıqda AK və diplomatik xidmət arasındakı vəzifə bölgüsü kifayət qədər qeyri-müəyyəndir. Bundan əlavə, AK-nın sədri Ursula fon der Lyayenin qərarlar verməsi üçün mütləq yekdil səs çoxluğuna ehtiyacı yoxdur.
Məqalədə Ursula fon der Lyayenlə Avropanın baş diplomatı Kaya Kallas arasında mövcud olan şəxsi gərginliyə də diqqət çəkilib. Kimliyini açıqlamayan mənbənin sözlərinə əsasən, Kallas qeyri-rəsmi mühitlərdə fon der Lyayenin idarəçilik metodlarını kəskin tənqid edərək, onu diktator adlandırıb.
Bununla belə, qəzet yazır ki, Kaya Kallas da rəhbərlik etdiyi xidmətdəki struktur problemlərinin fərqindədir. Avropalı məmurun sözlərinə görə, o, yay aylarının sonunda qurum daxilində islahatlar həyata keçirəcəyini vəd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 328 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30 oktyabrİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabr