Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir"
Bakının mərkəzi küçələrindən birinin - Sübhi Salayev küçəsinin bərbad vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən və Səməd Vurğun küçəsini Ziyarbəy Əhmədbəyov küçəsi, eləcə də Zabitlər Parkı ilə birləşdirən Sübhi Salayev küçəsi uzun müddətdir təmir olunmur.
"Yolun 300-500 metrlik hissəsində onlarla çala-çuxur var. Bu da həm avtomobillərin hərəkətini çətinləşdirir, həm də nəqliyyat vasitələrinə ziyan vurur", - deyə şikayətdə bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) və Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu küçələrin asfalt örtüyünün dəyişməsi onların səlahiyyətində deyil.
Nəsimi Rayon İcra Hakimiyyətində isə heç bir səlahiyyətli şəxslə əlaqə yaratmaq mümkün olmadı - zənglərimiz və mesajlarımız cavabsız qaldı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 188 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən
29 iyunVenesuela növbəti dəfə silkələndi
Venesuela sahilləri yaxınlığında 4,6 bal gücündə yeraltı təkan qeydə alınıb. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbiət hadisəsinin episentri ölkənin 3 milyondan çox əhalisi olan paytaxt Karakas şəhərindən 42 kilometr şimal istiqamətində yerləşib. Zəlzələni
29 iyun"Demokratiya TV"nin rəhbəri həbs edildi
"Demokratiya TV" internet kanalının rəhbəri həbs edilib. -ın məlumatına görə, Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib. Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəl
29 iyunHörmüz boğazında gəmiçiliyin tam bərpası nə vaxt mümkün olacaq?
"İranla ABŞ arasında atəşkəs əldə olunsa belə, Hörmüz boğazında gəmiçiliyin tam bərpa edilməsi aylarla vaxt aparacaq". xəbər verir ki, bunu "Financial Times" qəzetinə Yaponiyanın "NYK Line" gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa deyib. Qeyd olunur ki, həllini gözləyə
29 iyunBakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Paytaxtda Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası çərçivəsində Hövsan qəsəbəsində dəmir yolunun mühafizə zonasına düşən tikililərin sökülməsi prosesinə başlanılıb. -a istinadən xəbər verir ki, söküntü işləri Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dənizkənarı küçəsində aparılır. Məlumata əsasən
29 iyunAlpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı federasiyadan AÇIQLAMA
Bazardüzü zirvəsi istiqamətində alpinist Altay Cəfərovun sıldırımdan yıxılaraq xəsarət alması ilə bağlı Azərbaycan Alpinizm Federasiyası məsələyə münasibət bildirib. Federasiyanın baş katibi Sənan Rəsulov -a açıqlamasında bildirib ki, sözügedən yürüş federasiya tərəfindən təşkil edilməyib:. "Yürü
29 iyunBakı-Qazax yolunda qəza: Bir nəfər xəsarət aldı
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 14:07-də Bakı-Qazax yolunun 1-ci kilometrliyində qeydə alınıb. Belə ki, sürücü Ramal Anar oğlu Abbasov idarə etdiyi KIA markalı 77-GR-68
29 iyun