"Azərbaycanın ev sahibliyi etməsi ölkənin Türk dünyasında artan nüfuzunu və birləşdirici rolunu nümayiş etdirir" - Bəhruz Quliyev
""Türk Dünyası Həftəsi" təkcə yubiley xarakterli tədbir deyil, bu, Türk dünyasının ortaq tarixi yaddaşının, elmi irsinin və gələcəyə hesablanmış strateji əməkdaşlığının nümayişidir. Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirilməsinin 100 illiyinin qeyd olunması Azərbaycanın Türk dünyasının intellektual və mədəni mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir."
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, bir əsr əvvəl Bakıda keçirilən Türkoloji Qurultay türk xalqlarının ortaq dil, əlifba, tarix və mədəniyyət məsələlərinin elmi əsaslarla müzakirə olunduğu ən mühüm platformalardan biri idi. Bu gün həmin ideyaların yenidən gündəmə gətirilməsi göstərir ki, Türk dünyasında inteqrasiya artıq təkcə mədəni deyil, həm də siyasi, iqtisadi, elmi və geostrateji məzmun qazanıb.
Diqqətçəkən məqamlardan biri də tədbirlərin yalnız Bakıda deyil, Şuşa, Xankəndi və Ağdamda keçirilməsidir. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin nümayişidir, həm də Qarabağın Türk dünyasının ortaq mədəni məkanının ayrılmaz hissəsi olduğunu göstərən mühüm siyasi mesajdır.
"Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi və "Türk Dünyası - 2040" baxışının irəli sürülməsi göstərir ki, yüz il əvvəl səsləndirilən ideyalar artıq praktik müstəvidə reallaşmağa başlayıb. "Türk Dünyası Həftəsi" bu baxımdan elm, təhsil, mədəniyyət və humanitar əlaqələrin daha da dərinləşməsinə xidmət edən mühüm platformadır.
Azərbaycanın bu prosesə ev sahibliyi etməsi ölkənin Türk dünyasında artan nüfuzunu və birləşdirici rolunu nümayiş etdirir. Xüsusilə, qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yubileyin dövlət səviyyəsində qeyd olunması da məhz bu strateji yanaşmanın tərkib hissəsidir.
Hesab edirəm ki, "Türk Dünyası Həftəsi" təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə yönəlmiş siyasi və mədəni baxışın ifadəsidir. Bu tədbir ortaq kimliyin möhkəmlənməsinə, elmi əməkdaşlığın genişlənməsinə və Türk dövlətləri arasında həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verəcək."-deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Natiq Fərzəliyev əməliyyat olundu
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü