"Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son 5 ildə 43,3 %-dən 52 %-ə yüksəlib" - NAZİR
Maliyyə naziri: Büdcənin neftdən asılılığının azaldılması dövlətin əsas prioritetlərindən biridir
Son illər Azərbaycanda aparılan ardıcıl islahatlar qeyri-neft sektorunun davamlı inkişafını şərtləndirib.
Sonxeber.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə qeyri neft-qaz sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) dəyəri 92,3 milyard manat təşkil etməklə, ümumi ÜDM-in 71,5 %-nə bərabər olub: "Bu, 2024-cü illə müqayisədə 2,7 % real artım deməkdir".
Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2 %-ə, qeyri-neft-qaz vergilərinin payı isə 25 %-ə çatıbki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz bəndi və 2 faiz bəndi çoxdur.
"Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son 5 ildə 43,3 %-dən 52 %-ə yüksəlib. 2026-cı ilin dövlət büdcəsində qeyri-neft-qaz gəlirlərinin xüsusi çəkisinin 57,4 %-ə çatdırılması nəzərdə tutulur. Həmçinin qeyd edilməlidir ki, hesabat dövründə cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə örtülmə nisbəti 92 % təşkil edib. Bu, proqnozla müqayisədə 7 5 faiz bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz bəndi çoxdur. Ortamüddətli dövrün sonuna, yəni 2029-cu ilə hədəfimiz bu göstəricinin 100 %-ə çatdırılmasıdır. Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft-qaz sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft-qaz sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır", - deyə S.Babayev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Natiq Fərzəliyev əməliyyat olundu
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü