"2026-2028-ci illər üzrə ilkin səhiyyənin profilaktik və erkən diaqnostika funksiyalarının gücləndirilməsi nəzərdə tutulur" - Maliyyə naziri
Azərbaycanda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, bu istiqamətdə tibbi xidmətlərin əhatəliliyinin artırılması, tibbi xidmətlər zərfinin genişləndirilməsi və ailə həkimi institutunun formalaşdırılması istiqamətində tədbirlər görülür.
Sonxeber.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
O, qeyd edib ki, 2026-2028-ci illər üzrə ilkin səhiyyənin profilaktik və erkən diaqnostika funksiyalarının gücləndirilməsi nəzərdə tutulur: "Bu da öz növbəsində ümumi səhiyyə sisteminin yükünü azaltmaqla yanaşı, uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyini artıracaq. Səhiyyə sahəsi üzrə digər məsələ irsi və nadir uşaq xəstəliklərinin müalicəsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasıdır. Hazırda icbari tibbi sığorta fondu hesabına irsi və nadir uşaq xəstəliklərinin müalicəsi, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyadan keçirilməsi və uşaqlarda kistoz fibroz genetik xəstəliyinə qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi təmin olunur. Həmçinin bildirmək istərdim ki, dövlət büdcəsinin vəsaiti hesabına uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına cari ildə hesabat ili ilə müqayisədə 6 % çox vəsait proqnozlaşdırılıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 791 Tarix: 30 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30 oktyabrİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabr