Bəzi insanlarda empatiya hissinin olmamasının əsas psixoloji səbəbləri nələrdir? - AÇIQLAMA
Empatiya hissi insanların bir-birinin duyğu və düşüncələrini anlamaq, sağlam münasibətlər qurmaq və sosial harmoniyanı qorumaq baxımından mühüm rol oynayır. Lakin bəzi insanlarda bu hissin zəif olduğu, hətta bəzən tamamilə müşahidə edilmədiyi görünür. Bunun səbəblərinin nədən qaynaqlandığı və sonradan inkişaf etdirilib-etdirilə bilməməsi maraq doğuran məsələlərdəndir.
Bəzi insanlarda empatiya hissinin zəif və ya demək olar ki, tamamilə olmamasının əsas psixoloji səbəbləri nələrdir?
Bu xüsusiyyət sonradan formalaşdırıla və ya gücləndirilə bilərmi?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az -a açıqlama verib:
"Empatiya yalnız "başqasının nə hiss etdiyini anlamaq" deyil, həm də həmin hissi daxildə müəyyən qədər yaşaya bilmək bacarığıdır. Bu hissin zəif olması bəzən erkən uşaqlıq dövründə uşağın emosional ehtiyaclarının qarşılanmaması, travmatik təcrübələr, sərt və ya sevgidən uzaq, yaxud soyuq davranışlı ana, ailə mühiti ilə bağlı ola bilər. İnsan əvvəlcə özü ilə səmimi olmağı, öz duyğularını tanımalıdır və özünü qəbul etmədən başqasının duyğularına da açıq ola bilmir. Amma bəzən uzunmüddətli stress, emosional tükənmə və ya depressiv vəziyyətlər də insanın emosional həssaslığını azalda bilər. Eləcə də, narsistik meyillər,antisosial davranış, və ya həddindən artıq özünüqoruma mexanizmləri insanın diqqətini daha çox özünə yönəldir və qarşı tərəfin hisslərini görməsini çətinləşdirə bilir. Vacib məqam budur ki, empatiya tamamilə sabit və dəyişməz xüsusiyyət deyil. Psixologiyada bu bacarıq sonradan inkişaf etdirilə bilər. Bunun üçün əvvəlcə insanın öz emosiyalarını tanıması, aktiv şəkildə qarşı tərəfi dinləməyi, fərqli baxış bucaqlarını anlamağa çalışması kimi terapiyalarla seanslarda öyrədilir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Natiq Fərzəliyev əməliyyat olundu
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü