Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcəkİş adamı Xəlil Göyüşova məxsus olduğu bildirilən "Körpü-Bina-Tikinti" şirkəti Xankəndi şəhərində və Kərkiçahan qəsəbəsində söküntü işləri həyata keçirəcək.

Qaynarinfo xəbər verir ki, layihə işğal dövründə qanunsuz inşa olunmuş bir sıra tikinti obyektlərini əhatə edəcək.

Sifarişçi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətidir.
Qurumla şirkət arasında bununla əlaqədar satınalma müqaviləsi imzalanıb.

Müqavilənin maliyyə dəyəri 1 171 605,17 manat təşkil edir. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib ki, bu fakt şəffaflığa dair müəyyən suallar yaradır.

Qanunvericiliyə əsasən dövlət satınalmalarında birmənbə metodunun tətbiqi aşağıdakı hallarda keçərlidir:

* 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
* 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
* 49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;
* 49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
* 49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;
* 49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində həyata keçiriləcək söküntü işləri üçün bu hallardan hansı birinin uyğun olduğu aydın deyil. "Körpü-Bina-Tikinti" MMC inşaat sektorunda fəaliyyət göstərir və bu sferada alternativsiz deyil.

Bölgədə hər hansı fövdəqladə hal baş verməyib, mövcud layihənin hər hansı bir satınalmanın davamı olduğuna dair fakta rast gəlinmir və nəhayət satınalma predmeti əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid deyil.

"Körpü-Bina-Tikinti" MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 40 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. 2016-cı ildə isə nizamnamə kapitalı 300 000 manata çatdırlıb. "Körpü-Bina-Tikinti" MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Xaliq Göyüşov Xəlil Göyüşovun qardaşıdır. Şirkətin Xəlil Göyüşova məxsus olduğu iddiaların kökündə də bu fakt dayanır.

"Körpü-Bina-Tikinti" MMC bir neçə il əvvəl Sabunçu rayonunda yerləşən tuneldə baş verən faciə ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən və su basdığı üçün 2 nəfərin öldüyü tuneli 2019-cu ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə "Körpü Bina Tikinti" MMC tikib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 226   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb. OLAY yazır ki, şairin köməkçisi Arif Mehmandost EDnews-a açıqlamasında bildirib ki, hazırda Nəriman Həsənzadənin vəziyyətində əvvəlki günlərlə müqayisədə ciddi müsbət irəliləyiş var. Onun sözlərinə görə, xalq şairi hələ də sün

30 iyun
.

İyulun ilk gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanı

30 iyun
.

Sükan arxasında telefonla danışan 11 mindən çox sürücü aşkarlandı

Sükan arxasında telefondan istifadə həyatınızın ən ağır səhvinə çevrilə bilər. xəbər verir ki, müşahidələr göstərir ki, təkcə bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb. Bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıra

29 iyun
.

Bəzi insanlarda empatiya hissinin olmamasının əsas psixoloji səbəbləri nələrdir? - AÇIQLAMA

Empatiya hissi insanların bir-birinin duyğu və düşüncələrini anlamaq, sağlam münasibətlər qurmaq və sosial harmoniyanı qorumaq baxımından mühüm rol oynayır. Lakin bəzi insanlarda bu hissin zəif olduğu, hətta bəzən tamamilə müşahidə edilmədiyi görünür. Bunun səbəblərinin nədən qaynaqlandığı və sonrada

30 iyun
.

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək

İş adamı Xəlil Göyüşova məxsus olduğu bildirilən "Körpü-Bina-Tikinti" şirkəti Xankəndi şəhərində və Kərkiçahan qəsəbəsində söküntü işləri həyata keçirəcək. Qaynarinfo xəbər verir ki, layihə işğal dövründə qanunsuz inşa olunmuş bir sıra tikinti obyektlərini əhatə edəcək. Sifarişçi Fövqəlad

30 iyun
.

7 marşrutun hərəkət sxemi dəyişdirilir

Paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Bu barəd

30 iyun
.

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində "Metrik Konvensiya"nın ratifikasiyası, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi daxil olmaqla ümumilikd

30 iyun
.

"Dənizə gedənin ağlı yoxdur"

Aytən Səfərova iyunun sonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı fikirlərini bölüşüb. -a istinadən xəbər verir ki, aparıcı iyunun sonlarında belə hava şəraitini sonuncu dəfə 1996-cı ildə olduğunu xatırlayıb:. "Doğrudan elə bil havaya nəsə olub və ya biz insanlar etmişik. İyunu

29 iyun
.

Emindən ev istəyən UFC döyüşçüsünə hədiyyə - Video

Xalq artisti Emin Ağalarov "UFC Fight Night Baku" turnirində braziliyalı Mişel Pereyranı məğlub edən rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedovlə görüşüb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. Emin döyüşdən sonra oktaqonda ondan ev istəyən idmançıya saa

30 iyun