"Azərbaycan hər zaman Aİ ilə öz milli maraqlarına, hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əməkdaşlıq qurur" - DEPUTAT
Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, 40% ixracımız bu ölkələrin payına düşür. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. 10 Aİ üzvü olan ölkəyə Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunur. Yaşıl enerjinin ixracı üzrə də Aİ ilə ölkəmiz arasında anlaşma mövcuddur və bir neçə layihə üzərində hazırda çalışılır ki, Türkiyə və Gürcüstan tranziti vasitəsilə elektrik enerjisi Avropa bazarlarına çatdırıla biləcək.
Azərbaycan qazının Avropa bazarına ixracının artması, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti və enerji təhlükəsizliyinə verilən töhfələr əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilmişdir.
Azərbaycan ilə yalnız enerji sahəsində deyil, nəqliyyat-logistika, yaşıl enerji, rəqəmsal transformasiya və regional bağlantılar istiqamətində əməkdaşlıq etmək Avropa İttifaqına maraqlıdır. Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur. Buna görə də, Aİ, məhz, Azərbaycanı Cənubi Qafqazda strateji əhəmiyyətli tərəfdaş sayır.
Avropa İttifaqı yeni Tərəfdaşlıq Prioritetlərinin qəbuluna, yeni saziş üzrə danışıqların davam etdirilməsinə, enerji və nəqliyyat sahələrində dialoqun dərinləşdirilməsinə, eləcə də insanlar arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu bəyan etmişdir. Bununla yanaşı, minalardan təmizləmə, yaşıl nəqliyyat, su ehtiyatlarının idarə olunması və rəqəmsallaşma sahələrini dəstəkləmək məqsədilə 13,5 milyon avro həcmində maliyyə paketi ayrılmışdır.
Yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlar əhəmiyyətli irəliləyiş əldə etmiş, onların 2026-cı ildə yekunlaşdırılması və ilin sonlarında Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir.
Bütün bunlarla yanaşı, Azərbaycan hər zaman Aİ ilə öz milli maraqlarına, qarşılıqlı fayda, hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əməkdaşlıq münasibətləri qurur.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 369 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabrNazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi
31 oktyabrBakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr
30 oktyabrBakı-Balakən qatarının hərəkəti bərpa olunur
20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada
30 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrKəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub
31 oktyabrAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabr