"Süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində mühüm addımlar atılır"- DEPUTAT

"Süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində mühüm addımlar atılır"- DEPUTAT"Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir".

Bunu Sonxeber.az-a danışan deputat Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib:

"Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir. Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır.

Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir. Bununla da, rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir. Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqamət üzrə qurulub. Sənədin icrasını dəstəkləyən əsas amillər kimi infrastruktur, tənzimləmə, insan kapitalı və idarəetmə istiqamətləri müəyyən edilib.Eyni zamanda, ölkə başçısının müvafiq tapşırığına əsasən, dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinin icrasına rəhbər müavini səviyyəsində cavabdeh şəxslər təyin edilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları,təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə edildi.

İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası Şuranın əsas fəaliyyət istiqaməti olduğunu qeyd edən Mehriban xanım Əliyeva Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsi olmasını da söyləyib. Şura sədri süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.

Bugün vətəndaş və bizneslər dövlət xidmətlərinə çıxış üçün mobil telefonunda bir neçə mobil tətbiqdən istifadə edir. Bəzən xidmətləri hansı tətbiqdən alacağını müəyyən etməkdə çətinlik çəkir. Dövlət xidmətlərini vətəndaşlara və bizneslərə daha yaxın etmək, vətəndaş-məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını və vətəndaş məmnuniyyətini təmin etmək məqsədilə "mygov" və "mygov biznes" platformaları üzərində işlər davam etdirilir.

Belə ki, ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya ediləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
Vətəndaşlara münasibətdə dövlət xidmətlərinin təqdim edilməsində əsas hədəf pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş ekosistemə keçiddir. Bu məqsədlə bütün rəqəmsal dövlət xidmətləri və elektron sənədlər vətəndaşlar üçün "mygov", sahibkarlar üçün isə "mygov Biznes" platformaları vasitəsilə təqdim olunacaq.
Artıq bu prosesə başlanılmışdır. Qısa müddət ərzində "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bundan əlavə, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidmətləri artıq inteqrasiya edilib və ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə "mygov" üzərindən təqdim edilməsi planlaşdırılır".

Deputat vurğulayıb rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlıdır:

"Planın uğurlu icrası nəticəsində proaktiv xidmətlərin payının 50 faizə çatdırılması hədəflənir. Bu yanaşma çərçivəsində bəzi xidmətlər vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək. Eyni zamanda, "Yalnız bir dəfə" prinsipinin tətbiqi ilə təkrar sənəd tələbi minimuma endirilərək bürokratik maneələr aradan qaldırılacaq. Artıq yaşa görə əmək pensiyası təyin edilərkən vətəndaşın ayrıca müraciət etməsinə ehtiyac qalmır. Müvafiq şərtlər ödənildikdə dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında pensiya proaktiv qaydada təyin olunur.Eyni yanaşma uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsində də tətbiq olunacaq. Doğum faktı dövlət sistemlərində qeydə alındıqdan sonra valideynin əlavə sənəd təqdim etməsinə və ya müraciət etməsinə ehtiyac olmadan müvafiq ödəniş proaktiv şəkildə həyata keçiriləcək.
Vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmazdan əvvəl avtomatik şəkildə məlumatlandırılacaqlar. Bu, sənədlərin vaxtında yenilənməsini asanlaşdıracaq və əlavə inzibati çətinliklərin qarşısını alacaq.

Səfərbərlik üzrə hərbi xidmətə tibbi müayinəyə çağırışlar da rəqəmsal formada həyata keçiriləcək. Müvafiq şəxslər dövlət informasiya sistemləri vasitəsilə vaxtında məlumatlandırılacaq və çağırış prosesi daha operativ və şəffaf şəkildə təşkil olunacaq. Əsas məqsəd vətəndaşın dövlət xidmətlərinə məsafədən çıxışını təmin etmək, bu xidmətlərin vətəndaş müraciəti olmadan, proaktiv təqdim edilməsinə nail olmaqdır.

Son üç ayda bu istiqamətdə əldə edilmiş bəzi nəticələr:

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət tam şəkildə "mygov" üzərindən həyata keçirilə bilir. Yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi, passport kimi sənədlərin əldə edilməsi və dəyişdirilməsini də tam şəkildə mygov üzərindən etmək mümkün olacaq.

Artıq ali təhsil müəssisələrinə qəbul olan şəxslər qeydiyyatı onlayn tamamlaya bilər (cəmi ~75 min nəfər). Həmçinin, övladlarını məktəbəqədər təhsil müəssisələrinə qəbul etdirmək istəyən 225 min validyen də bunu "mygov" veb üzərindən edə biləcək.

Ədliyyə Nazirliyi üzrə notariat xidmətləri olan azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin əldə edilməsi, eləcə də tərcümə sənədlərinin təsdiqi mygov üzərindən aparılması mümkün olan yeni xidmətlərdir. Bütün bunların nəticəsində "mygov" platformasından istifadənin sürətlə artdığını müşahidə edirik: son 3 ay ərzində istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksələrək 30 faiz artıb.

Rəqəmsallaşma istiqamətində digər mühüm hədəf vətəndaşa onun məlumatları əsasında fərdiləşmiş xidmətlərin göstərilməsi ilə bağlıdır. Bugün ayrı-ayrı dövlət qurumlarında vətəndaş haqda fərqli formatlarda toplanılan məlumatlar vətəndaşa fərdiləşmiş xidmətlərin göstərilməsini əngəlləyir. Bu məqsədlə, dövlətə məxsus datanın dürüstlüyünü, tamlığını və dəqiqliyini təmin edən mərkəzləşdirilmiş dövlət məlumat hövzəsinin (data lake) yaradılması istiqamətində işlərə başlanılmışdır. Bu platforma dövlət qurumlarında toplanan məlumatlara analitika və süni intellekt texnologiyalarının tətbiqi ilə vətəndaşın ehtiyaclarını əvvəlcədən müəyyən etməyə, ona fərdiləşdirilmiş və proaktiv xidmətlərin göstərilməsinə imkan verəcək.

Dövlətlə biznes arasında vahid pəncərə rolunu oynayacaq "mygov Biznes" platforması isə artıq test mühitində uğurla yoxlanılıb və bir sıra dövlət qurumlarının xidmətlərinin platformaya inteqrasiyasına başlanılıb. Bu platforma sahibkarlar üçün bütün dövlət xidmətlərinin vahid məkandan təqdim edilməsini təmin edəcək".

Deputat söyləyib ki, müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası Fəaliyyət Planının əsas strateji prioritetlərindən biridir:

"Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi və süni intellektin milli strateji prioritet kimi inkişaf etdirilməsi nəzərdə tutulur.
Bu məqsədlə həm "mygov" platforması, həm də digər dövlət qurumları üzrə tətbiq ediləcək süni intellekt həlləri müəyyənləşdirilmiş və onların mərhələli icrasına başlanılır. Belə ki, 2026-cı il ərzində "mygov" platformasında 4, digər dövlət qurumlarında isə 9 süni intellekt həllinin həyata keçirilməsi planlaşdırılır.

Artıq "mygov" platformasında vətəndaşlara 24/7 rejimində xidmət göstərəcək virtual vətəndaş köməkçisinin ilkin versiyası istismara verilib. Bununla yanaşı, səhiyyə, gömrük və təhsil sahələrini əhatə edən, digər dövlət qurumları ilə birgə həyata keçirilməsi nəzərdə tutulan potensial süni intellekt həlləri də müəyyən edilib. Bu yanaşmanın əsas məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, bir dövlət qurumunda uğurla tətbiq olunan süni intellekt həllərinin digər dövlət qurumlarında da təkrar istifadəsini təşviq etməkdir.

Süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Milli hesablama gücünün yaradılması məqsədilə 64 qrafik prosessorun (GPU) təchizatçısının seçimi yekunlaşdırılıb və avadanlıqların ilin sonunadək quraşdırılması nəzərdə tutulur.
Eyni zamanda, innovativ həllərin təhlükəsiz və çevik şəkildə tətbiqini təmin etmək məqsədilə süni intellekt üzrə "Tənzimləyici test mühiti" (Regulatory Sandbox) yaradılır. Müvafiq hüquqi akt layihəsi və əməliyyat modeli üzrə işlər artıq yekun mərhələdədir.Bu çərçivədə uğurla sınaqdan keçmiş süni intellekt həllərinin ölkə miqyasında tətbiqi üçün hüquqi baza formalaşdırılacaq və onların dövlət xidmətlərinə tam inteqrasiyası təmin ediləcək. Qanunvericilik işləri ilə paralel olaraq, avtonom nəqliyyat həllərinin tətbiqi istiqamətində də araşdırmalara başlanılıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 181   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ukraynada enerji obyektlərimizin və diplomatik nümayəndəliklərinin vurulmasının heç bir bəhanəsi ola bilməz" - Deputat

"Azərbaycanın Ukraynadakı enerji obyektləri və digər mülkiyyətinin təhlükəsizliyi təmin edilməlidir. Enerji obyektlərimizin və Azərbaycanın diplomatik nümayəndəliklərinin vurulmasının heç bir bəhanəsi ola bilməz". Bunu -a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib. Deputat qey

7 iyul
.

İflic həyat yoldaşına görə milçəklərlə mübarizə aparan qadın yardım istədi

Türkiyənin Aydın vilayətinin Koçarlı rayonunda yaşayan 57 yaşlı Öznur Evren milçək və həşərat probleminin həyatlarını kabusa çevirdiyini bildirərək aidiyyəti qurumlardan ərazidə dərmanlama aparılmasını istəyib. xarici mediaya istinadla xəbər verir ki, Şenköy məhəlləsində yaşayan qadın yatağa bağlı ifli

7 iyul
.

Telman Salahov VƏFAT ETDİ

Sumqayıt idman tarixində xüsusi xidmətləri olan tanınmış futbolçu, SSRİ idman ustası, Əməkdar məşqçi, "Tərəqqi" medallı Telman Həsən oğlu Salahov 89 yaşında vəfat edib. "Unikal"a istinadən xəbər verir ki, Telman Salahov 1937-ci il fevralın 1-də Gəncə şəhərində anadan olub. O, Gənc

6 iyul
.

Uşaq pulu yenidən bərpa ediləcəkmi? - AÇIQLAMA

Bu gün insanların ən çox müzakirə etdiyi məsələ uşaq pulunun nə zaman yenidən bərpa ediləcəyidir. Bu məsələ Milli Məclisdə də dəfələrlə müzakirə olunub və hətta bəzi deputatlar uşaq pulunun bərpası ilə bağlı öz təkliflərini mediada səsləndiriblər. Ümumiyyətlə yaxın vaxtlarda uşaq pulu yenidən bərpa ediləcəkmi?

7 iyul
.

Bakıda və rayonlarda külək güclənəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 7-8-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən

6 iyul
.

İyulun 9-na qədər yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensi

6 iyul
.

"Azərbaycan hər zaman Aİ ilə öz milli maraqlarına, hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əməkdaşlıq qurur" - DEPUTAT

Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, 40% ixracımız bu ölkələrin payına düşür. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. 10 Aİ üzvü olan ölkəyə Azərbayca

7 iyul
.

Bəzi rayonlara leysan yağır

Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub. Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 9:00-a olan məlumatını təqdim edir:. Düşən yağıntının miqdarı Balakəndə 11 (aylı

7 iyul
.

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir. xəbər verir ki, iclasın gündəliyində "Kraudfandinq haqqında" yeni hazırlanmış qanunun layihəsi daxil olmaqla ümumilikdə 17 məsələ var. İclasa spiker Sahibə Qafarova sədrlik edir

7 iyul