Prezident yeni cərimələri TƏSDİQLƏDİ

Prezident yeni cərimələri TƏSDİQLƏDİAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.

Dəyişikliyə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcəklər.

Həmçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər min manat məbləğində cərimə olunacaqlar.

Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə ediləcəklər.

Maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə olunacaqlar.

Bundan başqa, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə ediləcəklər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) formalaşdırdığı qaydada müəyyən edilmiş məhsullara dair məlumatların ildə bir dəfə verilən yazılı sorğuya əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə olunacaqlar.

Həmçinin inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslərin iki yüz manat, vəzifəli şəxslərin dörd yüz manat, hüquqi şəxslərin min manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İnzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunur.

Həmçinin inzibati xətaların törədilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən həmin xətaların törədilməsinə səbəb olan hallar 10 iş günü ərzində aradan qaldırılmalıdır.

Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Dövlət başçısı "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2861   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı - Video

Vyetnamda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Prezidenti To Lam ilə görüşərək enerji, bərpaolunan mənbələr və infrastruktur layihələri sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşün sonunda liderlər birgə bəyanat yayıb və müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalayıblar

21 noyabr
.

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Azərbaycanla Vyetnamı min kilometrlərlə məsafə ayırır. Bun

20 noyabr
.

Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - Yenilənib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Baş nazir Le Minh Hunq deyib:. - Vyetnama rəsmi səfəriniz münasibətilə Zati-aliləri Prezident

20 noyabr
.

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Vyetnamın paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısının rəsmi qarşılanma mərasimi üçün hazırlıqlar görülüb. Həmin anın görüntülərini təqdim edirik:

21 noyabr
.

Arzu və Leyla Əliyevalar Vyetnamda - Foto

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:

20 noyabr
.

Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışından paylaşım edib. Görüntüləri buradan izləyə bilərsiniz

22 noyabr
.

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri

Diplomatik münasibətlər tarixində elə əlaqələr var ki, onların möhkəmliyi zamanın sınağından keçir və müxtəlif dövrlərdə özünü təsdiqləyir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər onilliklər bundan əvvəl təməli qoyulmuş səmimi dostluğun bu gün strateji dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçü

20 noyabr
.

İlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"

"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən "Azərbayca

21 noyabr
.

Prezident Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub

20 noyabr