"Uşaqlarların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət onları kiberzorakılıqdan və yarana biləcək digər risklərdən qoruyacaq" - DEPUTAT
"Yeni qanun layihəsinə əsasən, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab açmasına icazə verilməyəcək. Eləcə də 16-18 yaş arası yeniyetmələr üçün valideyn nəzarəti və əlavə təhlükəsizlik tədbirləri tətbiq olunacaq. 16 yaşa qədər uşaqların sosial şəbəkələrdə qeydiyyatına qoyulan məhdudiyyətlə bağlı qanun artıq bir çox ölkələrdə qəbul olunub. Bu qanun layihəsinin qəbulu birbaşa uşaqların mənfi informasiyalardan qorumaq məqsədi daşıyır".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, bu qanun sosial şəbəkələrin uşaqlar üçün yarada biləcəyi əsas risklər qoruyacaq:
"İlk olaraq kiberzorakılıqdan. Təhqir, hədələmə, lağ etmə və sosial təzyiq uşağın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Bundan əlavə sosial şəbəkələrdə paylaşılan, uşaqlar yaşlarına uyğun olmayan zorakılıq, pornoqrafiya, narkotik və ya özünə zərər verməyi təşviq edən məzmunla qarşılaşa bilərlər. Bu gün sosial şəbəkələrdə insanlardan inamindan istifadə edib onu istismar etməyə çalışır. Eləcə də də uşaqları. Fırıldaqçılar və ya pis niyyətli şəxslər saxta profillərlə uşaqlarla əlaqə yarada, onların etibarını qazana və istismar etməyə çalışa bilərlər. Belə ki, uşaqlar bilmədən ünvan, məktəb, telefon nömrəsi və ya şəkillərini paylaşaraq öz təhlükəsizliklərini riskə ata bilərlər. Ona görə də düşünürəm ki? 16 yaşa qədər uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması doğru qərardır".
Deputat vurğulayıb ki, sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına və davranışına da mənfi təsir göstərir:
"Sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək dərsə, yuxuya, fiziki fəaliyyətə və ailə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı həm də başqaları ilə özünü müqayisə etmək özünəinamın azalmasına, narahatlıq və depressiya əlamətlərinin artmasına səbəb ola bilər.
Uşaqlar internetdə yayılan yalan məlumatları həqiqət kimi qəbul edirlər. Ona görə də bu riskləri azaltmaq üçün valideyn nəzarəti, uşaqlarla internet təhlükəsizliyi barədə açıq söhbətlər, məxfilik ayarlarının düzgün qurulması və sosial şəbəkələrdən yaşa uyğun, məhdud istifadə mühüm rol oynayır. Ən önəmlisi isə uşaqlar sosial şəbəkələrdə itirdikləri vaxtı artıq təhsilə və digər onlar üçün xeyirli olan sahələrə yönəldə bilərlər. Bunun üçün də düşünürəm 16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması sağlam gələcəyin formalaşması üçün verilən ən doğru addımdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...