Yüzlərlə vətəndaşı aldadan mebel mağazası sahibi yoxa çıxıb - VİDEO
Türkiyənin Aydın vilayətində fəaliyyət göstərən mebel mağazasının sahibinin yüzlərlə müştərini aldadaraq topladığı pullarla yoxa çıxdığı iddia olunur. Hadisə nəticəsində təxminən 500 nəfərin zərərçəkən olduğu bildirilir.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, sifariş etdikləri mebellərin təhvil veriləcəyini gözləyən vətəndaşlar mağazanın bağlandığını və tamamilə boşaldıldığını gördükdən sonra aldadıldıqlarını anlayıblar. Hadisə şəhərdə böyük rezonans doğurub.
Zərərçəkənlər arasında yaxın vaxtlarda toy etməyə hazırlaşan bir gəncin yaşadığı sarsıntı isə diqqət çəkib. Mağazanın qarşısına gələn gənc bütün yığımlarını mebel sifarişinə xərclədiyini bildirərək göz yaşlarını saxlaya bilməyib.
"Bir aydan sonra toyum olacaqdı. Evlənməyə hazırlaşırdım. Hər şeyin pulunu son qəpiyinə qədər ödəmişdik. İndi mağaza bomboşdur, heç kim yoxdur. Mən indi nə edim?" - deyə o bildirib.
Hadisə yerinə toplaşan digər zərərçəkənlər də narazılıqlarını ifadə edərək hüquq-mühafizə orqanlarına şikayət etdiklərini söyləyiblər.
Məlumata görə, yüzlərlə şəxsin müraciəti əsasında polis genişmiqyaslı araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları çoxsaylı vətəndaşı zərərə saldığı iddia edilən mebel mağazasının sahibinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 756 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabr