Gələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...
Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmış Ev təsərrüfatları altsistemi vasitəsilə tam elektron qaydada həyata keçiriləcək.
Milli.Az xəbər verir ki, uçot məlumatları vahid informasiya sistemində cəmləşdiriləcək, Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq.
Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli bildirib ki,ev təsərrüfatlarının uçotunun yenilənməsi ölkədə bu sahədə yeni rəqəmsal platformanın yaranmasına imkan yaradacaq. Bu da gələcəkdə həm iqtisadi risklərin hesablanmasına, həm əhalinin real iqtisadi gəlirlərinin müəyyən edilməsinə, digər tərəfdən isə hədəfli sosial siyasətin həyata keçirilməsinə, sosial müavinətlərin daha ünvanlı və hədəfli ayrılmasına şərait yaradacaqdır:
"Uçot məlumatları yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsini, demoqrafik proseslərin öyrənilməsini təmin edəcək. Həmçinin məşğulluq imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının inkişafı və regional infrastruktur layihələrinin real tələbat əsasında planlaşdırılması üçün mühüm informasiya mənbəyi rolunu oynayacaq".
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, ev təsərrüfatlarının uçotu bu sahədə dövlətin məlumatlılıq səviyyəsini artıracaq:
"O cümlədən, regionların inkişafı baxımından regionlarda əhalinin təsərrüfatlarının sosial-iqtisadi vəziyyəti, real işsizlik və işaxtaranların vəziyyəti haqqında məlumat əldə etməyə imkan verəcək. Kənd təsərrüfatında vətəndaşların torpaq sahələrindən və fərdi təsərrüfatlarından necə və hansı formada istifadə etmələri ilə bağlı məlumatlar real vəziyyətin qiymətləndirilməsinə şərait yaradacaq.
Uçotun MyGov platforması üzərindən elektronlaşdırılması isə məlumatların keyfiyyətinin yüksəldilməsinə, dövlət informasiya sistemlərində mövcud olan məlumatlardan istifadə etməklə vətəndaşlardan eyni məlumatların təkrar tələb olunmasının azaldılmasına xidmət edəcək".
Qeyd edək ki, bu, uçot prosesinin daha operativ, şəffaf və səmərəli təşkilinə imkan verəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 100 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına 2027-ci il yanvarın 1-dən etibarən yeddi il müddətinə əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməyəcək. Trend-in araşdırmasına görə, güzəştin qüvvədə olması üçün avtomobillərin istehsalı müəyyən texnoloji mərhələləri əhatə etməlidir. Belə ki, nəzərd
28 noyabrVilyam Hacıyevin azadlıqda ilk fotosu
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ötən gün azadlığa buraxılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vilyam Hacıyev həbsdən çıxdıqdan sonra ilk dəfə açıqlama verib. O, xəstəliyi ilə bağlı müraciətinə müsbət qərar verilməsinə, humanizmə görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkü
28 noyabrHava ilə bağlı - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
27 noyabrKÜLƏK SƏNGİYİR, BƏS QIŞ NECƏ KEÇƏCƏK? - Dekabrın hava proqnozu açıqlandı
Azərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib. Bəs güclü külək nə vaxta qədə
29 noyabrİslam Rzayevlə bağlı qərar verildi
Balakən Rayon İcra Hakimiyyətinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq başçısı İslam Rzayevin məhkəməsi başlayıb. -ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq İbrahimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib
27 noyabrGələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...
Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmı
29 noyabrQəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?
Son vaxtlar Azərbaycanda qəfil ölüm halları ilə bağlı yayılan xəbərlər diqqət çəkir. Gözlənilmədən baş verən bu ölümlər bir sıra suallar doğurur. İnsanların qəfil vəfat etməsinə hansı amillər səbəb nədir?. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə bütü
28 noyabr