Həyatını itirən gəlinin anası danışdı: "Onlardan şikayətçiyəm" - VİDEO

Həyatını itirən gəlinin anası danışdı: "Onlardan şikayətçiyəm" - VİDEOBərdədə dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilən 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva hadisə ilə bağlı bir sıra iddialar səsləndirib.

"Qafqazinfo"ya danışan Ş. Quliyeva hadisə barədə gecə saat 03:00 radələrində xəbər tutduğunu bildirib. Ona qızının və kürəkəni Kənan İmaməliyevin dəm qazından zəhərləndiyi deyilib.

Ananın sözlərinə görə, xəbər tutan kimi yola düşüb. Lakin qızının ona zəng etməməsi şübhələrini artırıb və başına pis hadisə gəldiyini düşünüb:

"Yolda qaynıma, baldızıma zəng edib dedim ki, Pərvanəgil qazdan zəhərlənib, mən də ora gedirəm. Sonra yolda mənə zəng edib dedilər ki, deyəsən, Pərvanə ölüb. Deyəsən, baldızım idi, tam yadımda deyil. Dedim ki, mən elə bilirdim, ürəyimə dammışdı ki, Pərvanə ölüb".

Ş. Quliyeva xəstəxanaya çatanda qızının nəşinin morqda olduğunu öyrənib. Günorta saatlarına qədər gözlədikdən sonra Pərvanənin nəşini görə bilib. O, qızının bədənində bəzi izlər müşahidə etdiyini də bildirib:

"Bütün bədəninə baxdım. Sağ böyründə sivri bir iz, qan yığılması kimi bir şey var idi. Amma onun dəqiq nədən öldüyünü deyə bilmərəm. Bunu ekspertiza müəyyən edəcək".

Şəlalə Quliyeva, həmçinin qızının mobil telefonundakı "WhatsApp" yazışmalarının və zəng tarixçəsinin silindiyini iddia edərək bunun araşdırılmasını istəyib:

"Pərvanə ailə həyatında problemlər yaşayıb. Hadisədən əvvəl gecə saatlarında mənə zəng edərək pul istəyib. Daha sonra isə ərinin onu qayçı ilə hədələdiyini və öldürməklə qorxutduğunu deyib".

Ş. Quliyeva məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, qızının qayınanasından, qaynından və həyat yoldaşından şikayətçi olduğunu deyib.

Xatırladaq ki, Bərdənin Əliyanlı kəndində baş verən hadisə zamanı 2003-cü il təvəllüdlü Kənan İmaməliyevin və həyat yoldaşı Pərvanə Hüseynovanın dəm qazından zəhərləndiyi bildirilmişdi. Nəticədə P. Hüseynova həyatını itirib, K. İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 447   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. -ın məlumatına görə, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağl

10 noyabr
.

Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu

Ağcabədidə kişi arvadını döyüb. -a istinadən xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Bağırovu

22 noyabr
.

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Gəncə şəhərinin Ş. İ. Xətai prospektində yol qəzası qeydə alınıb. "Report"un Qərb bürosunun məlumatına görə, "Ford" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2010-cu il təvəllüdlü G.Məmmədova, 2012-ci il təvəllüdlü M. Əlili xəsarət alıb. Yaralılar xəstəxanay

22 noyabr
.

Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib. Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır

22 noyabr
.

Bakıda yaşayış binasında yanğın - Fotolar

Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələr

26 noyabr
.

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıql

21 noyabr
.

Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir. xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birg

22 noyabr
.

Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi

Bakıda tanış olduğu kişiləri şantaj edən qadın həbs edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Billurə Quliyeva (ad-soyad şərtidir) təsadüfən tanış olduqları kişilərdən əvvəlcə görüş üçün pul istəyib. Pulu ala bilmədikdə isə müxtəlif üsullarla şantaja başlayıb. Polisin saxlayıb istinta

28 noyabr
.

Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı

Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib

21 noyabr