AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI

AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların siyahısına Xankəndi şəhəri başçılıq edib. Burada göstərici 1 658,8 manat təşkil edib. Daşkəsən rayonu 1 543,6 manatla ikinci, Bakı şəhəri isə 1 479,4 manatla üçüncü yerdə qərarlaşıb.

Bu barədə 2026-cı il oktyabrın 1-nə olan vəziyyətə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərin sayı, orta aylıq nominal əməkhaqqı və qeydiyyata alınmış işsiz şəxslərin sayına dair statistik məlumatlarda bildirilir.

Məlumata əsasən, ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat olub. Bu göstərici Xankəndidə ölkə ortalamasından 486,1 manat, Daşkəsəndə 370,9 manat, Bakıda isə 306,7 manat yüksəkdir.

Orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu ilk 10 şəhər və rayon aşağıdakı kimidir:

Xankəndi şəhəri - 1 658,8 manat
Daşkəsən rayonu - 1 543,6 manat
Bakı şəhəri - 1 479,4 manat
Şuşa rayonu - 1 144,7 manat
Xocalı rayonu - 1 138,8 manat
Zəngilan rayonu - 1 089,8 manat
Gədəbəy rayonu - 1 023 manat
Sumqayıt şəhəri - 981,6 manat
Naxçıvan şəhəri - 953,9 manat
Şirvan şəhəri - 953 manat.
Siyahıdan görünür ki, paytaxtdan sonra ən yüksək göstəricilər əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşən inzibati vahidlərdə və Daşkəsən rayonunda qeydə alınıb. Bununla belə, həmin ərazilərdə muzdla çalışanların sayı Bakı ilə müqayisədə xeyli azdır. Məsələn, Xankəndidə 1,9 min, Daşkəsəndə 4,7 min, Bakıda isə 1 milyon 4,6 min nəfər muzdla çalışıb.

Digər tərəfdən, orta aylıq nominal əməkhaqqının ən aşağı olduğu ərazilər də məlum olub. Ən aşağı göstərici Qax rayonunda qeydə alınıb - 586,4 manat. Xızı rayonunda bu məbləğ 655,7 manat, Ağstafada 657,1 manat, Balakəndə 659 manat, Ağcabədidə 660,5 manat, Masallıda isə 660,8 manat təşkil edib.

İqtisadi rayonlar üzrə göstəricilərə gəlincə, Bakı şəhəri ayrıca nəzərə alınmadıqda, ən yüksək orta aylıq nominal əməkhaqqı Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb - 912,9 manat. Naxçıvan iqtisadi rayonunda bu göstərici 864,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 845,4 manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 823,5 manat olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə üzrə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər təşkil edib. /Trend


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 87   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə rəqəmsal yeniliklər həyata keçirir. xəbər verir ki, bunu "Report"un sualına cavabında BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvi

28 noyabr
.

Hava ilə bağlı - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

27 noyabr
.

Milyondan çox pensiyaçının gözlədiyi xəbər - PENSİYALAR ARTIRILIR...

Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliye

28 noyabr
.

Azərbaycan asfalt istehsalını 32 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 167,3 min ton asfalt istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur. Təkcə oktyabrda isə ölkədə 25,9 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətə

28 noyabr
.

Gələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...

Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmı

29 noyabr
.

Nazir pensiya artımı ilə bağlı rəqəmləri AÇIQLADI

Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək. ƏƏSMN-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosia

29 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək

27 noyabr
.

Vilyam Hacıyevin azadlıqda ilk fotosu

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ötən gün azadlığa buraxılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vilyam Hacıyev həbsdən çıxdıqdan sonra ilk dəfə açıqlama verib. O, xəstəliyi ilə bağlı müraciətinə müsbət qərar verilməsinə, humanizmə görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkü

28 noyabr
.

Bayramda neçə gün evdə olacağıq? - TARİXLƏR

Azərbaycanda 2027-ci ilin Yeni il bayramı ilə əlaqədar neçə gün ardıcıl istirahət ediləcəyi maraq doğurur. -ın məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1-i və 2-si isə Yeni il bayramı kimi qeyd olunur. 2027-ci ildə yanvarın 2-si şənbə gününə təsadüf edir. Əmə

28 noyabr