"Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilib" - Deputat

"Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilib" - DeputatŞuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilib. Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artırBu gün Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdi.

Prezident İlham Əliyev Forum zamanı regional və beynəlxalq məsələlərə dair geniş çıxış etdi. Onun bir çox fikirləri forum vasitəsilə hər zaman beynəlxalq səviyyədə çox diqqət çəkir.
Çıxışında bir çox mühüm məsələlərə toxunan ölkə başçısının çıxışı onun necə uzaqgörən və müdrik siyasətçi olmasını sübut etdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqların bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Şuşaya ilk dəfə gəldikləri zaman, qonaqlar yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürdülərdusə bu gün amma yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir. Müxtəlif mediadan olan bir çox insanlar Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.

Ölkə başçısı çıxışında qeyd etdi ki, Qonşularla qarşılıqlı əlaqələr olmadan, heç zaman tranzit ölkəyə çevrilmək mümkün deyil. Bilirsiniz, biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. 10 ildən artıq çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir. Beləliklə, eyni yanaşmanı bağlantılara da tətbiq edirik. Söylədiyim kimi, fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq, çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır. Əlbəttə, bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi.

Cənab prezident İlham Əliyevin söylədiyi kimi bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik. Hazırda biz öz imkanlarımızı artırırıq.

Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq.Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir. Burada, Şuşada, Media Forumda bəhs etdiyim mühiti bir çox beynəlxalq iştirakçılar arasında yaratmağa çalışırıq və ümid edirəm ki, yaratmağa nail olmuşuq.

Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır.Düşünürəm və əminəm ki, Türkiyə və Azərbaycanda da insanlar sizinlə həmfikirdir. Onlar dünyanın bütün ölkələrini götürsək belə, ən yaxın ölkələrdir. Əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız.Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı.

Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik. Əgər bizlərdən kiməsə xoşagəlməz və ya pis hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır. Əminəm ki, bilirsiniz, çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar.

Dövlət başçısı çıxışında bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyi barədə də danışıb. Qeyd edib ki, Beynəlxalq Məhkəmənin keçmiş hakimi Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı.Avropa təsisatları, o cümlədən Avropa Komissiyası və Avropa Şurasının Parlament Assambleyası ilə münasibətlərimizdə bir sıra vacib məqamları qeyd etdiniz. Bildiyiniz kimi, onlarla münasibətlərdə böyük fərq var. Avropa Komissiyası ilə əvvəlki Komissiya zamanı, xüsusən də Avropa diplomatiyasının əvvəlki rəhbəri cənab Borrelin dağıdıcı rolu səbəbindən asan vaxtlarımız olmayıb. O, əslində, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı. İndi isə səbəbi məlumdur, çünki o, korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş hakimi cənab Okampo ilə qəti şəkildə əlbir olmuşdur. Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı. Bununla belə, cənab Okampoya pul hazırda Ermənistanda ev dustlaqlığında olan rus-erməni oliqarxından gəlirdi. Bu, Avropa Komissiyasında mövcud olmuş anti-Azərbaycan qrupunun uzun zənciridir. Yaxşı haldır ki, cənab Borrel hazırda siyasətdə deyil. Ümid edirik, əbədi gedib.

Bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu.Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı. Bu, xüsusən də əlaqələrin yenidən baxılması üçün qarşılıqlı böyük marağı gördüyümüzdən sonra baş verdi və biz bunları dəstəklədik. Sizə sadəcə deyə bilərəm ki, bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana gəldilər.Təsvir etdiyiniz tərəfdaşlıq sahələri, əlbəttə, nəinki ikitərəfli, o cümlədən daha geniş çərçivə üçün vacibdir.

Avropa Şurasının Parlament Assambleyasına gəldikdə isə əfsuslar ki, biz tamamilə başqa mənzərəni görürük. Cənab prezident İlham Əliyev 2001-ci ildə Parlament üzvü olanda Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri olub və iki il orada işləyib. Bildiyiniz kimi, il ərzində orada dörd sessiya olur.Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. Bir sözlə, yaranmış vəziyyət bizim üçün xoşagələn deyil, lakin onun baş verməsinin səbəbi sualınıza cavab vermək üçün çox vacibdir. Dalandan çıxmaq üçün nə edilməlidir? 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik.

2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?

Ən önəmlisi isə Biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir. Biz buna səs verməmişik. İki ildən artıqdır ki, ayrı-seçkiliyə məruz qalırıq. Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq.Lakin Avropa Şurasının Baş katibi cənab Alen Berse ölkə başçısına yaxınlaşaraq bunu etməməyi xahiş etdi ki, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılsın.Lakin əfsuslar ki, həmin vaxtdan etibarən heç nə baş vermir;

AŞPA-dan Azərbaycana qarşı çox müəmmalı və ultimatum formasında bəzi tələblər var ki, onlar tamamilə qəbuledilməzdir. Əlaqələri biz pozmamışıq, onlar pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil! Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Ölkə başçısının söylədiyi kimi orada olmaq və ya olmamaq çox şeyi dəyişmir. Biz toqquşma axtarmırıq və xüsusən də bir vaxtda ki, nəinki Avropa Şurası Parlament Assambleyası, o cümlədən Avropa Parlamenti dövri olaraq bizə yenə də hər hansı əsas olmadan hücum çəkir.

AŞPA-nın Azərbaycana bir növ qərəzi var. Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir. Beləliklə, əlbəttə, həmin təsisatlarla toqquşma deyil, normal münasibətlərin olması daha yaxşıdır.

Ölkə başçısı 907-ci düzəlişin 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə çox ədalətsiz addımı olduğunu da bildirib. O vaxt, Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi Azadlığa Dəstək Aktını qəbul etdi və 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdür. Yeri gəlmişkən, Prezident Bayden onlardan biri idi. Həmin vaxt o, senator idi və ola bilsin, bu göstərir ki, nəyə görə bizim Bayden administrasiyası ilə bu qədər çox çətinliklərimiz oldu. Buna səbəb təsvir edildiyi kimi, Azərbaycanın Ermənistana qarşı blokadası idi. İlk olaraq bu, düz deyil. Biz Ermənistanı blokadaya almamışıq. Ermənistan ərazimizi işğal edib və işğal olunmuş ərazilər məhz Ermənistan ilə Azərbaycan arasında yerləşir. Beləliklə, işğal olmasaydı, blokada, həmçinin olmazdı. Bunu həmin vaxt görmək bizim üçün, əlbəttə, ağrılı idi, çünki ölkə çox yoxsul idi.

Azerbaycan yeganə keçmiş sovet respublikası idi ki, ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qaldı.Bu gün həmin düzəliş tamamilə köhnəlib. Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı.

İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar.Bir sözlə, bütün bunlar göstərir ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir. Prezident Trampın qəti mövqeyinə baxmayaraq, əfsuslar ki, vəziyyət olduğu kimi qalır. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı Ağ Evdə Prezident Tramp mənim iştirakımla həmin düzəlişin qüvvəsinin növbəti bir il üçün dayandırılması ilə bağlı sənədi imzaladı və o, hazırda işləmir, lakin onun rəmzi mənası, siyasi mənası hələ də qalır.

907-ci düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar. Çünki biz artıq ayrı-seçkiliyə məruz qalmayacağıq və ABŞ Konqresi isə məsuliyyəti, səhvləri etiraf etmək bacarığını, cari geosiyasi vəziyyətə uyğun hərəkət etdiyini göstərə biləcək. Ümid edirik, bunlar baş verəcək. Amma yenə də sizə deyə bilərəm ki, bu günün Administrasiyası ilə həmin 907-ci düzəliş hər hansı mənfi təsirə malik deyil.

Ölkə başçısının söylədiyi kimi bu gün Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.
Ötən ilin avqust ayında cənab prezident İlham Əliyevin Vaşinqtonda Prezident Trampla tarixi görüşü və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.

Xüsusən də yaratdığımız həmin işçi qruplar ticarət və sərmayələr, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və hərbi məhsulların satışı üzərində çox fəal şəkildə çalışırlar. Birləşmiş Ştatlar Azərbaycana silah təchizatına dair bütün embarqonu aradan qaldırıb və bundan dərhal sonra eyni addımları Birləşmiş Krallıq və Avropa İttifaqının digər üzvləri atıblar. Düşünürəm ki, bunlar ikitərəfli münasibətlərimizin mahiyyətini, formasını və gələcək üçün potensialını çox yaxşı xarakterizə edir.

Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi qürurvericidir.Orta güclə bağlı ikinci sualınıza gəldikdə, bəli, mən bəzi analitik yazıları oxuyuram və həmçinin Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam. Bununla belə, düşünürəm ki, bu cür toplantı ölkənin orta güc olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər. Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib. Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur.

Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir.
Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib.

Cənab prezident İlham Əliyev çıxışında Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcəyini də vurğulayıb. Bu gün ölkələrimiz arasında əlaqələr də çox sıxdır. Bundan sonra da Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcək, çünki artıq böyük iş həcmi görülüb;

Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib.Biz gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Xüsusilə indiki təlatümlü dövrdə bu, bizim üçün böyük məsuliyyətdir. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib. Zirvə Toplantısınadək hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Təəssüf ki, bu gün biz bir o qədər həmrəyliyin şahidi olmuruq. Əksinə, biz gərginliyin artdığını, qarşılıqlı ittihamları, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu isə olduqca məyusedicidir. Çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Daha çox həmrəylik və qarşılıqlı anlaşma olduğu təqdirdə, çətin dönəmlərin də sayı azalacaq.

Dövlət başçısının söylədiyi kimi bizim rolumuz hər zaman konstruktiv və nəticəyönümlü olmuş, gərginliyin azaldılmasına hesablanmışdır. Azərbaycanın rolu hər zaman yüksək qiymətləndirilib. Biz müxtəlif dövrlərdə müxtəlif aktorların iştirakı ilə vacib rol oynamışıq. Yeri gəlmişkən, biz bu imkanlarımızı Qoşulmama Hərəkatına sədrliyimiz dövründə nümayiş etdirdik. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının üzvləri həm də Qoşulmama Hərəkatının üzvləridir. 120 ölkəni birləşdirən Hərəkat Azərbaycanın sədrliyini tam dəstəklədi. Biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçildik. Üstəlik, sədrliyimizin müddəti də bütün ölkələrin yekdil qərarı ilə daha bir il uzadıldı. Bu, bir-birindən uzaq mövqelərdə dayanan tərəfləri yaxınlaşdırmaq istiqamətində oynadığımız müsbət rolun yüksək qiymətləndirilməsinin bariz nümunəsi idi. Məhz bu potensial COP29-a sədrliyimiz dövründə mühüm qərarların razılaşdırılmasında da bizə böyük dəstək oldu. Bu, daha mürəkkəb bir proses idi. Çünki tamamilə fərqli baxışlar, ziddiyyətli mövqelər və ciddi fikir ayrılıqları mövcud idi. Lakin buna baxmayaraq, biz buna nail olduq.

Cənab prezident İlham Əliyev çıxışı və IV Şuşa Qlobal Media Forumunda iştirak edən beynəlxalq media qurumlarının nümayəndələrinin və ekspertlərin mövcud reallıqları birbaşa ölkə rəhbərinin dilindən eşitmələri xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, forum çərçivəsində müzakirə olunan mövzular beynəlxalq medianın diqqət mərkəzində olacaq, burada səsləndirilən fikirlər isə qlobal informasiya gündəliyində mühüm yer tutacaq.

Vüqar İskəndərov
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 191   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntıl

13 iyul
.

Şuşa Media Forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək

İyulun 13-də Şuşa şəhərində keçirilən Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda ənənəvi IV Şuşa Qlobal Media Forumu müstəqil milli mətbuatımızın 151 illiyi ərəfəsində keçirilməsi baxımından həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir. B

13 iyul
.

"IV Şuşa Qlobal Media Forumunun əsas missiyası sülhün və həqiqətin təşviqidir" - DEPUTAT

İyulun 13-də Şuşada "Sülhün təşviqində medianın missiyası:Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.Forumda 53 ölkədən 160 qonaq,o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyə

14 iyul
.

IV Şuşa Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun növbəti təzahürüdür

Azərbaycan bu gün yalnız Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzlərindən biri deyil, həm də beynəlxalq dialoq, qlobal əməkdaşlıq və informasiya təhlükəsizliyi sahəsində mühüm təşəbbüslərin müəllifi kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsind

13 iyul
.

Ölkə başçısının Şuşadan verilən mesajları

İyulun 13-də Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun aşılışında iştirak edərək, sualları cavablandırıb. Dövlət başçısının söylədikləri təkcə media nümayəndələri qarşısında edilən ənənəvi çıxış kimi deyil, həm də Azərbaycanın hazırkı xarici siyasət kursunu, regional prioritetlərini və qloba

13 iyul
.

Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı - VİDEO

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb. xəbər verir ki, bu barədə -in "qaynar xətti"nə görüntülər daxil olub. Vətəndaşlar bildirirlər ki, nə vaxt xəstəxanaya rentgenə gəlsələr xeyli müddət növbədə gözləməli olurlar. Xəstəxana işçiləri bun

14 iyul
.

2 yaşlı qız binadan yıxılıb sağ qaldı

Nərimanov rayonunda iki yaşlı qız üçüncü mərtəbədən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Ə.Orucəliyev küçəsində baş verib. 2024-cü il təvəllüdlü A.Rəhimli eyvandan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlının vəziyyəti ağırdır

13 iyul
.

Azərbaycan Slovakiya üçün strateji tərəfdaşdır

Xarici siyasətimizin prioritet istiqaməti olan ikitərəfli əməkdaşlıq sahəsində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Bunun üçün dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, həmin ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyinə diqqət yetirmək kifayətdir. Hə

14 iyul
.

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ölkəmizi Şərqlə Qərbi birləşdirən etibarlı tərəfdaşa çevirib

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın nəqliyyat bağlantıları və qonşu dövlətlərlə münasibətləri barədə səsləndirdiyi fikirlər ölkəmizin son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu gün Azərbaycan əlverişli coğrafi mövqeyini güclü siyas

13 iyul