Prezidentin Şuşa forumunda səsləndirdiyi mühüm mesajlar
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal informasiya məkanında artan rolunu, medianın sülhün təşviqi, həqiqətin bərpası və etimadın yenidən qurulmasındakı əhəmiyyətini bir daha nümayiş etdirir. Forumun rəsmi açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə media nümayəndələri üçün deyil, həm də diplomatlar, siyasətçilər və beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar idi.
Forumda 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunur ki, bu da forumun beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev forumun rəsmi açılış mərasimində media nümayəndələrinin suallarını cavablandırarkən bir daha yüksək siyasi hazırlığını, beynəlxalq münasibətlər sistemini necə dərindən bildiyini və beynəlxalq hüququn müasir dövrdəki əhəmiyyətinə verdiyi önəmi nümayiş etdirdi.
Azərbaycan Prezidenti təkcə güclü dövlət başçısı deyil, həm də güclü natiq və peşəkar müsahibdir. Bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsi dövründə gördük. Həmin vaxt Prezident İlham Əliyev xarici media orqanlarına 30-dan çox müsahibə verdi və bu müsahibələr vasitəsilə Azərbaycanın informasiya blokadasını yararaq beynəlxalq ictimaiyyətə ölkəmizin haqlı mövqeyini çatdırdı. Xarici jurnalistlərin bəzən təxribat xarakterli sualları dərin erudisiyası, yüksək məntiqi və faktlara əsaslanan arqumentləri ilə cavablandıraraq onları susdurdu.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu forumun əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələri arasında açıq dialoq mühiti yaratmaq, onları Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış etmək, regionun yeni reallıqlarını yerində göstərməkdir.
Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma proseslərini öz gözləri ilə görür və bu reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı əldə edirlər. Bu, həm də media nümayəndələrinin qarşısında duran mühüm vəzifələrdən biridir. Prezident İlham Əliyev çıxışı zamanı qlobal informasiya məkanındakı proseslər, dezinformasiyaya qarşı mübarizə, medianın məsuliyyəti, regional və beynəlxalq gündəmdə baş verən geosiyasi dəyişikliklər, eləcə də Azərbaycanın xarici siyasət prioritetləri ilə bağlı mühüm mesajlar səsləndirdi. Bu baxımdan, Azərbaycanın sülhə çağırışları və münaqişələrin siyasi-diplomatik yollarla həllinə verdiyi dəstək olduqca mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü təşəbbüsləri də xatırlatdı. Xüsusilə BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının təmsil olunması və Afrika ölkələrinin daha geniş təmsilçiliyinin təmin edilməsi ilə bağlı irəli sürülən təkliflər Azərbaycanın beynəlxalq münasibətlər sistemində ədalətli yanaşmanın tərəfdarı olduğunu göstərir. Bütün bunlar ölkəmizin beynəlxalq siyasətdə artan nüfuzunun və fəal mövqeyinin göstəricisidir.
Prezident İlham Əliyev Azərbaycanın yerləşdiyi coğrafiyada həm cənubda, həm də şimal istiqamətində münaqişələrin davam etdiyini xatırladaraq, bunun ölkəmiz üçün də müəyyən risklər yaratdığını diqqətə çatdırdı. Dövlət başçısı qlobal miqyasda münaqişələrin dayandırılmasının vacibliyini vurğulamaqla yanaşı, İran ilə ABŞ arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan səyləri dəstəklədiyini, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində ABŞ Prezidenti Donald Trampın təşəbbüslərinə də müsbət yanaşdığını bildirdi.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı və media nümayəndələrinin suallarına verdiyi əhatəli cavablar beynəlxalq mətbuatın diqqət mərkəzində olacaq. Bu çıxış bir daha Azərbaycanın sülhpərvər dövlət olduğunu, beynəlxalq hüquqa söykənən siyasət həyata keçirdiyini və qlobal sülhə töhfə verməyə çalışdığını nümayiş etdirir.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu