Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal dialoq təşəbbüslərinin mühüm göstəricisidir

Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal dialoq təşəbbüslərinin mühüm göstəricisidirMüasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü və nüfuzu artıq yalnız iqtisadi imkanlar, hərbi potensial və siyasi təsir imkanları ilə ölçülmür. Qlobal proseslərdə dövlətlərin mövqeyini müəyyən edən mühüm amillər sırasında onların beynəlxalq imici, mədəni cəlbediciliyi, humanitar təşəbbüsləri, dəyərləri və etimad yaratmaq qabiliyyəti xüsusi yer tutur.

Harvard Universitetinin professoru Cozef Nay tərəfindən irəli sürülən "yumşaq güc" (Soft Power) konsepsiyası müasir diplomatiyada dövlətlərin təsir imkanlarının yeni ölçülərini ortaya qoyur. Dövlətlər artıq yalnız güc nümayiş etdirməklə deyil, həm də öz dəyərlərini, baxışlarını və təşəbbüslərini beynəlxalq ictimaiyyətə qəbul etdirmək, əməkdaşlıq üçün cəlbedici tərəfdaş olmaqla qlobal mövqelərini möhkəmləndirir. Bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biridir. Forum təkcə media nümayəndələrinin görüş platforması deyil, həm də müasir dünyanın informasiya çağırışlarının, beynəlxalq təhlükəsizliyin, rəqəmsal transformasiyanın, süni intellektin, informasiya müharibələrinin və sülhün təşviqində medianın rolunun müzakirə edildiyi qlobal platformadır. İnformasiya diplomatiyası bu gün dövlətlərin xarici siyasətində xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən birinə çevrilib. Birbaşa dialoqa, açıq kommunikasiyaya və qarşılıqlı etimada əsaslanan bu model dövlətlərin beynəlxalq ictimaiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə imkan yaradır. IV Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni diplomatik yanaşmanın mühüm tərkib hissəsidir. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəallığı, qlobal məsələlərin həllinə verdiyi töhfələr, humanitar təşəbbüsləri və sülh gündəliyi ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.

Bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu xüsusilə mühüm aktuallıq daşıyır. Çünki müasir dövrdə informasiya məkanı təkcə xəbərlərin yayıldığı sahə deyil, eyni zamanda, geosiyasi rəqabətin, ictimai rəyin formalaşmasının və beynəlxalq münasibətlərin əsas istiqamətlərindən biridir. Forumda dünyanın 53 ölkəsindən 160-dək media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakının gözlənilməsi tədbirin beynəlxalq əhəmiyyətini göstərir. İndiyədək keçirilən Şuşa Qlobal Media Forumları çərçivəsində 81 ölkədən 600-dək nüfuzlu iştirakçının bir araya gəlməsi isə Azərbaycanın qlobal media dialoqu üçün mühüm platformaya çevrildiyini nümayiş etdirir.

İnformasiya əsrində medianın missiyası yalnız obyektiv məlumat yaymaqla məhdudlaşmır. Media, eyni zamanda, xalqlar arasında anlaşmanın gücləndirilməsi, stereotiplərin aradan qaldırılması və etimad mühitinin yaradılması baxımından strateji rol oynayır. Bu gün media sülh quruculuğu prosesinin vacib iştirakçılarından biridir. Həqiqətin bərpası, düzgün informasiyanın yayılması və cəmiyyətlər arasında dialoqun təşviqi davamlı sülh üçün mühüm şərtlərdəndir. Müasir beynəlxalq münasibətlərdə "orta güc" (Middle Power) anlayışı da getdikcə daha çox aktuallaşır. Orta güc dövlətləri yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də regional və qlobal məsələlərin həllində fəal iştirak edir, vasitəçilik imkanlarından istifadə edir, çoxtərəfli əməkdaşlıq platformaları yaradır.

Azərbaycan son illərdə həyata keçirdiyi siyasət nəticəsində bu modelə uyğun gələn dövlətlər sırasında özünəməxsus yer qazanıb. Azərbaycanın orta güc modeli bir neçə mühüm strateji istiqamət üzərində formalaşır. Bunlara milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasət, Şərqlə Qərbi birləşdirən geostrateji mövqedən səmərəli istifadə, enerji və nəqliyyat diplomatiyası, humanitar və mədəni diplomatiya, parlament diplomatiyası, rəqəmsal transformasiya və innovasiya sahəsində təşəbbüslər, eləcə də beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək daxildir.

Azərbaycanın son illərdə müxtəlif qlobal tədbirlərə ev sahibliyi etməsi ölkənin beynəlxalq etimadının göstəricisidir. Bakı və Şuşanın beynəlxalq siyasi, humanitar və media platformalarına çevrilməsi Azərbaycanın qlobal dialoqda rolunun artdığını nümayiş etdirir.

Azərbaycanın orta güc kimi formalaşması ölkənin potensialının, milli maraqlarını müdafiə etmək imkanlarının və beynəlxalq proseslərə təsir qabiliyyətinin tanınması deməkdir. Qarabağda əldə olunan tarixi Zəfərdən sonra Azərbaycan qarşısında yeni imkanlar açılıb. Ölkəmiz artıq yalnız öz təhlükəsizliyini təmin edən dövlət deyil, həm də regional sülhün, əməkdaşlığın və inkişafın təşviqinə töhfə verən aktora çevrilib. Şuşadan dünyaya verilən əsas mesaj ondan ibarətdir ki, davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, həm də etimad, açıq kommunikasiya, qarşılıqlı hörmət və humanitar əməkdaşlıqla mümkündür. Azərbaycan bu dəyərləri təşviq edən məsuliyyətli və etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 362   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr