"IV Şuşa Qlobal Media Forumunun əsas missiyası sülhün və həqiqətin təşviqidir" - DEPUTAT

"IV Şuşa Qlobal Media Forumunun əsas missiyası sülhün və həqiqətin təşviqidir" - DEPUTATİyulun 13-də Şuşada "Sülhün təşviqində medianın missiyası:Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.Forumda 53 ölkədən 160 qonaq,o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edib.Bu stattistika göstərir ki, Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini,jurnalistləri,ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək beynəlxalq informasiya məkanında aktual məsələ və çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

IV Şuşa Qlobal Media Forumunun əsas missiyası sülhün və həqiqətin təşviqidir.Bu kontekstdə Forumun işində regional və qlobal sülhün qurulmasında medianın rolunu artırılması,obyektiv həqiqətlərin bərpa edilməsi, dünyanın müxtəlif dövlətlərindən gələn media nümayəndələri üçün effektiv dialoq mühitinin formalaşdırılması mühüm yer tutur.Bu yöndə Qarabağ həqiqətlərinin dünyaya çatdırmaq,xarici jurnalistləri, ekspertləri və media rəhbərlərini Şuşa və Qarabağ bölgəsi ilə yaxından tanış etmək, rayonda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini onlara yerində nümayiş etdirmək mühüm əhəmiyyət kəsb edir.Bu baxımdan Forum Azərbaycanın informasiya diplomatiyasının mühüm istiqamətlərindən birinə çevrilərək ölkənin müasir inkişafını, postmünaqişə reallıqlarını və Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa prosesini beynəlxalq auditoriyaya birbaşa təqdim etmək imkanı yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda iştirak edib və Forum iştirakçılarının suallarını cavablandırıb.Həmin dialoq zamanı regional təhlükəsizlik, Azərbaycan-Ermnistan sülh prosesi, Azərbaycanın ABŞ, Rusiya,Türkiyə,Pakistan, Fransa, İranla və Avropa birliyi ilə münasibətləri,Azərbaycanın milli təhlükəsizliyi,xarici siyasətin prioritetləri,nəqliyyat-tranzit imkanları, beynəlxalq proseslərə dair mühüm açıqlamalar və sair bu kimi aktual məsələlər geniş yer alıb.

Azərbaycan Prezidenti Azərbaycanla Türkiyənin münasibətlərinə dair verilən suala cavablandırarkən bildirib ki, əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız.Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu,həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən bağlantılar məsələsinin mühüm meyarıdı. Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik. "Əgər bizlərdən kiməsə xoşagəlməz və ya pis hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq."

Azərbaycan Prezidenti Azərbaycan-ABŞ münasibətlərindən danışarkən ilk növbədə 907-ci düzəlişə toxunub və 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə çox ədalətsiz addım adlandırıb. O vaxt, Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi Azadlığa Dəstək Aktını qəbul etdi və 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdür. Bu gün həmin düzəliş tamamilə köhnəlib… Həmin düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar. "Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər əladır və o əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.Xüsusən də yaratdığımız həmin işçi qruplar ticarət və sərmayələr, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və hərbi məhsulların satışı üzərində çox fəal şəkildə çalışırlar. Birləşmiş Ştatlar Azərbaycana silah təchizatına dair bütün embarqonu aradan qaldırıb və bundan dərhal sonra eyni addımları Birləşmiş Krallıq və Avropa İttifaqının digər üzvləri atıblar. Düşünürəm ki, bunlar ikitərəfli münasibətlərimizin mahiyyətini, formasını və gələcək üçün potensialını çox yaxşı xarakterizə edir."

Azərbaycan Prezidenti Azərbaycanın Rusiya ilə münasibətlərinə verilən cavab da diqqətçəkəndir: "Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir. Onlar həm ənənəvi qarşılıqlı fəaliyyət sahələrini, həm də yarana biləcək yenilərini əhatə edir. Əlbəttə, burada nəqliyyat, ticarət və humanitar əməkdaşlıq mühüm rol oynayır."

"Rusiyanın Cənubi Qafqazdakı roluna gəldikdə, Cənubi Qafqaz dəyişib, həm də əsaslı surətdə. Cənubi Qafqazda Azərbaycanın suverenliyinin tam bərpası, Ermənistanın Avropaya doğru səyləri və bu proseslə bağlı hər şeylə əlaqədar sonrakı inkişaflar - şübhəsiz ki, bütövlükdə regiondakı analitiklər və hökumət rəsmiləri tərəfindən yenidən düşünülməsini zəruri edir. Əlaqələr olmadan, sanki nəbzi duymadan bunu etmək çox çətin olacaq. Çünki Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib. Başqa sözlə, bu, yeni mərkəzləri və bir daha fərqli istiqamətlərdə səyləri olan beş il əvvəlkindən tamamilə fərqli bir regiondur. Bu regionda marağı olan, bölgədə sülhün və əməkdaşlığın olmasına maraq göstərən hər kəs Cənubi Qafqazın bütün ölkələri ilə fərdi əməkdaşlıq formatlarını inkişaf etdirməlidir."

"Ermənistanla münasibətlərin normallaşması prosesi başa çatdıqda, Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqələri başladıqda, - indiki kimi deyil, birbaşa, Zəngəzur dəhlizi və ya digər dəhlizlər vasitəsilə, - Cənubi Qafqaz siyasi cəhətdən hansısa üçtərəfli format yaratmağa hazır olduqda, onda vəziyyət fərqli olacaq. Düşünürəm ki, o vaxta qədər düzgün seçim edilməsi və sonradan məyusluq olmaması, yenə lazım olanı seçmədik deməyə ehtiyac yaranmaması üçün hər bir ölkənin potensialının, onun iqtisadi, siyasi, hərbi, demoqrafik və digər imkanlarının ayıq şəkildə qiymətləndirilməsi vacibdir. Ən əsası, əməkdaşlıq etmək istəyən hər kəs, ilk növbədə, bu regionun sülh, qarşılıqlı fəaliyyət və geosiyasi rəqabətdən tam azad bir bölgə olması lazım olduğu mövqeyindən çıxış etməlidir."

Bütün bunlar göstərir ki,Şuşa Qlobal Media Forumu,diplomatiya, informasiya siyasəti və beynəlxalq aləmdə Azərbaycanın milli maraqların təşviqini özünəməxsus şəkildə birləşdirərək, ölkmizin xarici siyasət strategiyasının əsas elementinə çevrilib.

Əli Məsimli
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 548   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr