Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edir

Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edirAzərbaycan son illərdə regional və qlobal proseslərdə mühüm aktora çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu, tərəfdaşlıq şəbəkəsi və iqtisadi-siyasi çəkisi günü-gündən artmaqdadır. Bu yüksəliş Prezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu, praqmatik siyasəti və qlobal trendlərə adekvat yanaşması ilə birbaşa bağlıdır. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Slovakiya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Ölkə başçısı İlham Əliyevin Slovakiyalı həmkarı ilə Şuşa şəhərində keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır. Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir. Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər. Slovakiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim hörmətlə yanaşan ölkələrdən biridir. Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı bunun növbəti bariz nümunəsidir.

Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib: "Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır". Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
Azərbaycan son illər enerji sahəsində fəaliyyətini genişləndirərək həm bölgədə, həm də Avropada mühüm qaz ixracatçısına çevrilib. 2024-cü il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının da genişləndiyini və Azərbaycanın Avropa bazarında mövqeyinin gücləndiyini göstərir. Ölkəmiz həm də boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlər arasında ön sırada dayanır. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 16-a çatıb. Bizim ümumi qaz ixracımız isə 25 milyard kubmetrdir. Bunun da yarısı Avropaya göndərilir. Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı alır. Azərbaycanın qaz sənayesi inkişaf etdikcə ölkəmizin ixrac imkanları və beynəlxalq əməkdaşlığı daha da genişlənir. Bu proses Azərbaycanın regionda və Avropada həm də etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir.

Ölkə başçısı bundan sonra da bu münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu bildirib. Çünki biz konkret işlərin tərəfdarıyıq. "Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri bir daha onu göstərdi ki, Azərbaycan müasir geosiyasi reallıqlar şəraitində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi qəbul edilir. Beləliklə, Bakıdakı görüşlər, aparılan danışıqlar və səslənən mesajlar həm Azərbaycan-Slovakiya əlaqələrinin inkişafına yeni impuls verir, həm də ölkəmizin xarici siyasət xəttinin effektivliyini bir daha nümayiş etdirir. Hesab edirəm ki, bu əməkdaşlıq modeli qarşıdakı dövrdə müdafiə, iqtisadi, siyasi, enerji, nəqliyyat və humanitar sahələrdə daha geniş perspektivlərin açılacağına əminlik yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət sayəsində Azərbaycan beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir və tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 470   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr