Azərbaycan - Avropa əlaqələrində yeni istiqamət
Azərbaycanın Avropadakı tərəfdaşlıq xəritəsi sürətlə genişlənir və bu prosesdə Mərkəzi Avropanın mühüm dövlətlərindən biri olan Slovakiya xüsusi yer tutur. NATO və Avropa İttifaqının üzvü kimi Slovakiya müasir sənaye potensialı, dinamik iqtisadiyyatı, regional və qlobal təhlükəsizlik məsələlərində aktiv mövqeyi ilə seçilir. Azərbaycanla bu ölkə arasında formalaşmış qarşılıqlı etimad, dərin diplomatik dialoq və praktiki əməkdaşlıq Cənubi Qafqaz-Mərkəzi Avropa xəttində strateji tərəfdaşlıq konturlarını daha da aydınlaşdırır.
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlər, Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri, enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika şəbəkələri və post-münaqişə mərhələsinin sosial-iqtisadi layihələri baxımından xüsusi geosiyasi əhəmiyyət daşıyır.
Slovakiya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra 1993-cü ildə diplomatik əlaqələr rəsmiləşdirilmiş və münasibətlər ardıcıl, sistemli, bərabərhüquqlu əməkdaşlıq əsasında inkişaf etmişdir. Son illərdə bu dinamika daha da güclənmiş, 2019-cu ildən Slovakiyanın Bakıda, 2023-cü ildən isə Azərbaycanın Bratislavada səfirliyinin fəaliyyət göstərməsi qarşılıqlı siyasi əlaqələri daha da canlandırmışdır. 2024-cü ildə Baş nazir Robert Fitsonun Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı əlaqələri yüksək səviyyəyə qaldırmış və bu sənəd faktiki olaraq müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan siyasi yol xəritəsinə çevrilmişdir.
Qarabağın dilbər guşəsi olan Şuşada keçirilən təkbətək və geniştərkibli görüşlər zamanı Slovakiya Prezidenti Peter Pellegrini bu səfərin ölkəsi üçün xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirərək, münasibətlərin dostluq müstəvisindən sistemli strateji tərəfdaşlıq mərhələsinə keçdiyini vurğuladı. O bildirib ki, "Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır". Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
Görüşlərdə əsas müzakirə istiqamətlərindən biri enerji təhlükəsizliyi oldu. Avropa İttifaqının Rusiya qazının Slovakiya istiqamətində idxalını məhdudlaşdırdığı şəraitdə alternativ mənbələrə artan ehtiyac Azərbaycanın regional və pan-Avropa enerji arxitekturasındakı rolunu daha da ön plana çıxarır. Slovakiya Prezidentinin Azərbaycan qazını ölkəsi üçün strateji enerji həllinin mühüm elementi kimi dəyərləndirməsi Bakının Avropadakı etibarlı tərəfdaş statusunu daha da gücləndirir. 2024-cü ildən Slovakiyaya qaz ixracına başlayan Azərbaycan bu xəttin genişləndirilməsi ilə Avropanın enerji şaxələndirilməsi siyasətinə töhfə verir, Slovakiyanın uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir və Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ilə enerji inteqrasiyasını daha da dərinləşdirir.
İqtisadi əməkdaşlıq sahəsində Slovakiya ilə əlaqələr strateji mahiyyət daşıyır. Avropa şirkətləri, xüsusən "Concago j.s.a" və onun tərəfdaşı "IMA ENERGY MMC" Qarabağ bölgəsində - Ağdamın Baş Qərvənd kəndində fərdi evlərin tikintisini həyata keçirir.
Mətbuata bəyanatında ölkə başçısı deyib: Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. "Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti "ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq", - deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib.
Bu layihələr post-münaqişə dövründə regionun bərpasına, bölgədə sosial-iqtisadi canlanmaya mühüm töhfə verir. Slovakiyanın Avropa İttifaqındakı mövqeyi və sənaye potensialı Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirir, beynəlxalq şirkətlərin sərmayələri isə texnoloji transfer, müasir idarəetmə standartları və istehsal mədəniyyətinin tətbiqi ilə yanaşı yeni iş yerlərinin yaradılmasına şərait yaradır.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da xüsusi önəm daşıyır. Slovakiyanın baş naziri və müdafiə nazirinin 2025-ci ildə Bakıda Vətən müharibəsinin Zəfər paradında iştirakı ikitərəfli etimadı və strateji yaxınlaşmanı nümayiş etdirir. Hərbi əməkdaşlıq, təhlükəsizlik sahəsində məlumat mübadiləsi və NATO-Azərbaycan çərçivəsində koordinasiya Cənubi Qafqaz-Mərkəzi Avropa xəttində etimadın artmasına və sabitliyin möhkəmlənməsinə xidmət edir.
Avropa İttifaqı Azərbaycan üçün əsas enerji və ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin son bir ildə Avropa İttifaqı rəhbərliyi ilə intensiv təmasları, yüksək səviyyəli görüşlər və ardıcıl dialoq münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Slovakiya isə bu çərçivədə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyən, enerji təhlükəsizliyi sahəsində prioritet tərəfdaş və Azərbaycan - Avropa əlaqələrinin inkişafında strateji körpü rolunu yerinə yetirən dövlətlərdən biridir. Bu səbəbdən Bratislava səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin güclənməsi üçün də siyasi və praktiki əhəmiyyət daşıyır.
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini təsdiqləməklə yanaşı enerji, müdafiə, nəqliyyat, sənaye və innovasiya sahələrində yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Bu səfər post-münaqişə dövründə Qarabağın bərpasına Avropa dəstəyinin institusionallaşmasını təmin etməklə yanaşı Azərbaycan-Slovakiya qarşılıqlı etimadını ən yüksək siyasi-diplomatik səviyyəyə yüksəldir.
Beləliklə, həm regional, həm də Avropa müstəvisində yeni reallıq formalaşır: Azərbaycan enerji, təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində Mərkəzi Avropanın mühüm tərəfdaşına, Slovakiya isə Azərbaycanın Avropa İttifaqı ilə genişlənən əməkdaşlığında strateji dayaqlardan birinə çevrilir. Güclənən tərəfdaşlıq Cənubi Qafqazda sabitlik, Avropada enerji təhlükəsizliyi və hər iki ölkə üçün davamlı inkişaf perspektivləri yaradır.
Gülər Baxışova,
Pedaqogika üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu