Azərbaycan-Slovakiya əlaqələri sürətlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Azərbaycan-Slovakiya əlaqələri sürətlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlirAzərbaycan və Slovakiya münasibətləri son illərdə sürətlə yüksələn strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Slovakiya Azərbaycanı regionun ən böyük iqtisadiyyatı və enerji təhlükəsizliyində əsas ortaqlardan biri kimi görür.
Slovakiya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra 1993-cü ildə diplomatik əlaqələr rəsmiləşdirilmiş və münasibətlər ardıcıl, sistemli, bərabərhüquqlu əməkdaşlıq əsasında inkişaf etmişdir.

Son illərdə bu dinamika daha da güclənmiş, 2019-cu ildən Slovakiyanın Bakıda, 2023-cü ildən isə Azərbaycanın Bratislavada səfirliyinin fəaliyyət göstərməsi qarşılıqlı siyasi əlaqələri daha da canlandırmışdır. 2024-cü ildə Baş nazir Robert Fitsonun Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı əlaqələri yüksək səviyyəyə qaldırmış və bu sənəd faktiki olaraq müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan siyasi yol xəritəsinə çevrilmişdir.

Bakı üçün Slovakiya Avropa İttifaqı daxilində həm enerji xəritəsinin şaxələndirilməsi, həm də nəqliyyat-logistika layihələrində yeni bağlantı imkanları təqdim edən mühüm tərəfdaşdır. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri formal siyasi dialoq səviyyəsindən çıxararaq, siyasi, iqtisadi, təhlükəsizlik və innovasiya sahələrində daha sistemli və praktiki əməkdaşlıq yolunu açıb. Bu bəyannamə çərçivəsində tərəflər bir-birinin maraqlarını dəstəkləyən, uzunmüddətli perspektivləri nəzərdə tutan fəaliyyət xətti müəyyənləşdiriblər. Hazırda əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Slovakiyanın müdafiə sənayesi üzrə inkişaf etmiş yüksək texnologiyalarının Azərbaycana transferi, həmçinin birgə istehsal sahələrinin yaradılması, müdafiə təyinatlı məhsulların üçüncü ölkələrə ixracı kimi məsələlər gündəlikdə duran əsas istiqamətlərdəndir. Bu, tərəfdaşlığın təkcə enerji və iqtisadi çərçivədə deyil, daha geniş təhlükəsizlik və sənaye ölçüsündə dərinləşdiyini göstərir.

Bundan başqa, nəqliyyat və tranzit əlaqələri, xüsusilə Orta Dəhliz kontekstində Slovakiyanın rolu getdikcə artır. "Rəqəmsal transformasiya", "ağıllı şəhər və kənd" layihələri, eləcə də təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq isə iki ölkənin cəmiyyətlərarası əlaqələrini də gücləndirir. Slovakiya universitetlərinin Azərbaycan tələbələri üçün yeni təqaüd proqramları təqdim etməsi və ikili diplom layihələrinin müzakirə olunması gələcək humanitar əlaqələrə də müsbət təsir göstərir. Bratislava görüşü bir daha nümayiş etdirdi ki, Azərbaycan-Slovakiya münasibətləri təsadüfi yaxınlaşma deyil, qarşılıqlı ehtiyaclara, real maraqlara və uzunmüddətli strateji vizyona söykənən tərəfdaşlıq modelidir. Hər iki ölkə enerji təhlükəsizliyindən tutmuş müdafiə sənayesinə, rəqəmsal inkişafdan təhsil mübadiləsinə qədər geniş spektrdə qarşılıqlı fayda gətirən yeni layihələrə hazır olduqlarını nümayiş etdirir.

Türkan Cümşüdova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 512   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr