Azərbaycanın "yumşaq güc" siyasəti və beynəlxalq platformaya çevrilən Qlobal Media Forumu

Azərbaycanın "yumşaq güc" siyasəti və beynəlxalq platformaya çevrilən Qlobal Media ForumuSon illər Azərbaycanın evsahibliyi ilə keçirilən bir sıra tədbirlər artıq qlobal miqyaslı platformalarda öz yerini alıb. Qlobal Bakı Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və bu kimi beynəlxalq əhəmiyyətli tədbirlər sırasına Qlobal Media Forumu da əlavə olunub. Artıq Bakının "yumşaq güc" və uğurlu xarici siyasət strategiyasına media diplomatiyası da əlavə olunub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə öz işinə başlayan IV Şuşa Qlobal Media Forumu da bu qəbildəndir. Dünyanın bir çox ölkəsindən 160-dan artıq media təmsilçiləri və tanınmış ekspertlərin iştirakı ilə keçirilən Forum 3 əsas məqamı ilə diqqət çəkir. Bunlardan birincisi Qlobal Media Forumunun bu sahədə əməkdaşlıq platformasına çevrilməsidir.

Artıq dördüncü dəfə keçirilən foruma iştirakçı marağının artması və tədbirə qatılanların say tərkibinin geniş olması bunu təsdiqləyir. Əgər üçüncü forumda 52 ölkədən 140-a yaxın iştirakçı qatılmışdısa, bu dəfəki forumda iştirakçı sayı 160-dan çox təşkil edir. Eyni zamanda iştirakçı ölkələrin siyahısında da artım tendensiyası müşahidə edilməkdədir. Bu da öz-özlüyündə dünyanın aparıcı media qurumları və tanınmış simalarının Qlobal Media Forumuna bu sahədə əməkdaşlığa töhfə verən bir platforma kimi baxdıqlarının göstəricisidir. Bu gün sirr deyil ki, dəqiq və qərzsiz informasiya ilə yanaşı, dezinformasiya, saxta xəbərlər, kibertəhlükələr kimi problemlər qlobal xarakter daşıyaraq sərhəd tanımır. Bu baxımdan media sahəsində beynəlxalq əməkdaşlıq və birgə fəaliyyət sadaladığımız problemlərin həllində mühüm rol oynaya bilər. Bunun üçün də Azərbaycan bu sahədə əməkdaşlığa xidmət edən platforma təqdim edib. Tədbir boyunca forum iştirakçıları müxtəlif ölkələrin təcrübələrini bölüşməklə yanaşı, müasir jurnalistikanın inkişaf istiqamətlərini müzakirə edir və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirirlər.

Forumu əhəmiyyətli edən digər bir məqam onun azad Qarabağda keçirilməsidir. Qlobal Media Forumunun 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad etdiyi şəhər və rayonlarda həyata keçirdiyi infrastruktur layihələri, şəhərsalma, Böyük Qayıdış prosesinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm önəmi var. Forum iştirakçıları Azərbaycanın regionda yaratdığı yeni reallıqları öz gözləri ilə görərək bunu çalışdıqları media qurumları vasitəsilə həm yaşadıqları ölkələrin cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdıracaqlar ki, bu da ümumilikdə ölkəmizin təqdimatı baxımından müsbət addımdır. Nəzərə alsaq ki, Qlobal Media Forumu mədəniyyət ocağımız sayılan Şuşada keçirilir, bu həm də Qarabağın mədəni irsinin iştirakçılar tərəfindən öyrənilməsi deməkdir. Eyni zamanda, Şuşada belə nüfuzlu beynəlxalq tədbirin keçirilməsi şəhərin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu daha da gücləndirir. Onu da qeyd etmək lazımdır ki, tarixi və mədəni əhəmiyyətə malik olan Şuşa son illərdə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu mənada müxtəlif formatlı tədbirlərdə iştirak edən nümayəndələrin şəhərlə yaxından tanış olması Azərbaycanın mədəni irsi və regionun inkişafı haqqında birbaşa məlumat əldə etmələrinə də imkan yaradır.

Nəhayət, Qlobal Media Forumunun diqqət çəkən məqamlarından biri də tədbirin adı və ona uyğun olaraq Şuşadan verilən sülh mesajları oldu. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən forumda da Cənab Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq sülh gündəliyini bir daha açıqladı, bəşəriyyəti sülhə səslədi.

Prezident İlham Əliyev bildirdi ki, hazırda həm şimalımızda, həm də cənubumuzdakı qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir:

"Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doğurur. Eyni zamanda əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Tezliklə münaqişəyə son qoyulacağına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir. Azərbaycan bu məsələdə yalnız sülh istəyir. Bizim sərhədlərimizin hüdudları boyunca sabitlik var. Ancaq sərhədləriniz boyunca münaqişələr varsa, özünüzü təhlükəsiz hiss edə bilməzsiniz. Azərbaycan bir ildən azdır ki, sülh şəraitində yaşayır. Biz sərhədlərimizin şimalında da, cənubunda da sülh olmasını istəyirik".

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 385   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr