"Mövhumat, xurafat dinlə yanaşı siyasətdə, ədəbiyyatda, sosial ideologiyalarda meydana çıxan təzahürlərdir" - DEPUTAT

"Mövhumat, xurafat dinlə yanaşı siyasətdə, ədəbiyyatda, sosial ideologiyalarda meydana çıxan təzahürlərdir" - DEPUTAT"Dövlətini gözləyən təhlükədən rahatsız olan bəzi düşünən insanlar dini xurafatın, mövhumatın ayrıca təzahürlərinə qarşı hansısa fikir bildirir, hansısa real hadisəni, xurafatçı obrazları tənqid edirlər. Qaragürühun bu məsələdə müqavimətinin necə olacağı öncədən bəllidir. Ancaq qəfildən sosial məkanda müasir libasda və yenilikçi obrazda tanınan hansısa diplomlu şəxs, yazar, filosof, sosioloq, kulturoloq, ilahiyyatçı, idmançı, bloger və s. peyda olaraq məhz bu cəhalətə, nadanlığa haqq qazandırmaq üçün, eyni zamanda sosial şəbəkə qaragüruhunun sevimlisinə çevrilmək üçün fürsət təpməyə başlayırlar".

Bunu Sonxeber.az-a danışan Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, dini xurafatı, mövhumatı, başqa ölkələrin dini-ideoloji təbliğatını qanunvericilik səviyyəsində müəyyən dərəcədə məhdudlaşdırmaq mümkündür, ancaq qarşısının alınması üçün ən azı cəmiyyətimizin aydın təbəqəsinin həssaslığı, cəsarəti və səfərbərliyi önəmlidir:

"Yəni məsələ yalnız dövlətin üzərindəki vəzifə olaraq görülməməlidir. Üstəlik də bir çox hallarda dövlət bürokratiyasını təmsil edənlərin bu mənfi təzahürlərə qarşı bilgisizliyi və laqeydliyi quru statistik yanaşmadan başqa bir şey vəd etmirsə, o halda məsələyə Vətənin və millətin sağlam gələcəyini qorumaq missiyası kimi yanaşmağa borclu olan aydınların çalışmaları, çağırışları daha böyük önəm kəsb edir. Yəni, sözün kəsəsi, Kefli İsgəndərin çağırışını dinləməklə 9 yaşlı qız uşağının namusunu qorumaq, ona təhsil verib şəxsiyyətli bir anaya çevirmək mümkün olar, lakin Şeyx Nəsrullahın çağırışının arxasınca getməklə Vətənin, millətin və o uşağın namusuna təcavüzün, insan alveri qurbanına çevrilməsinin həm iştirakçısı, həm də dəstəkçisi olmaq mümkündür. Əlbəttə, mənəviyyatın mənbəyi elm, kitab, bilgi, mədəniyyətlə yanaşı sağlam düşüncəyə, insan sevgisinə səsləyən din də, ənənə də ola bilər. Ancaq heç bir halda bir savadsız mollanın, din tüccarının, vəhşilik içərən məzhəb və ya təriqət xəstələrinin, insan haqlarına, çağdaşlığa qarşı çıxan hər cür ənənə qoruyucularının sözləri və davranışları mənəviyyat meyarı ola bilməz. Bu səbəbdən də istər akademik, istər professor, istər çeşidli ixtisaslarda fəlsəfə doktoru, istərsə də sosioloq, filosof, kulturoloq, yazar, ilahiyyatçı, sənətçi, idmançı, blogger kimliyi ilə tanınan ictimai şəxslər olsun- dini, xurafatı, mövhumatı, nadanlığı açıq və ya dolayı yolla dəstəkləyənlərin, hansısa savadsız mollanın sözünü alim sözündən önə çıxaranların özünün və sözünün ciddiliyini qəbul etməmək ən ciddi etiraz formalarından biridir. Şərq tarixini az-çox öyrənənlər və ya izləyənlər bu yanaşmanı daha dəqiq görə bilərlər. Cəmiyyətin gələcəyi üçün təhlükə kimi görünən o vəhşi Canavar öncə bu cür müasirlik görüntüsü ilə insanların duyğularını, zehnini manipulyasiya edən yazarların, sənətçilərin yazılarında, əsərlərində yaradılır. Sonra cəmiyyətin "Fast food" yeməyə aludə olmuş çoxluğu tərəfindən ilahlaşdırılır, öpülmək üçün əqidə daşına, daşınmaq üçün əqidə şüarına çevrilir və bu da yekunda aydınlıq ruhunun qaranlıq zindana gömülməsinə gətirib çıxarır".

Deputat vurğulayıb ki, mövhumat, xurafat yalnız dinə aid məsələ deyil:

"Həm də siyasətdə, ədəbiyyatda, sosial ideologiyalarda meydana çıxan təzahürlərdir. Şəxs olaraq İslam inancına aid bütün dini rituallara əməl etməkla yanaşı, bu düşüncəyə qarşı olan hansısa aydınladıcı fikri, yazını, kitabı oxumaqdan, təbliğ etməkdən çəkinmirəm. Hansısa millətin, hansısa siyasi görüşün təmsilçisi, hansısa dinin inancın daşıyıcısı olmasına diqqət yetirmədən qarşıma çıxan hər bir ağıllı, faydalı görüşü paylaşmağa çalışıram. Artıq mənim üçün kiminsə dindar, ateist, moltanı, imperialist, solçu, sağçı, millətçi, islamçı bölgüsü elə də ciddi əhəmiyyət daşımır, təki sağlam fikir sahibi olsun, insanlığa faydalı olan barışı, insan haqlarına sayğını, fikir özgürlüyünü içərən görüş zənginliyi təqdim edilmiş olsun. Aydınlıq ruhumuzu qorumanın yollarını doğru seçmək məcbiriyyətindəyik. Həm də bu yolun seçiminə görə həmımız məsuliyyət daşıyırıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 407   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021