"907-ci düzəlişin ləğvi Azərbaycan diplomatiyasının ABŞ-la aparacağı strateji dialoqun əsas mövzularından birinə çevrilə bilər" - Bəhruz Qul

"907-ci düzəlişin ləğvi Azərbaycan diplomatiyasının ABŞ-la aparacağı strateji dialoqun əsas mövzularından birinə çevrilə bilər" - Bəhruz Qul"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar yeni mərhələyə qədəm qoyduğu bir vaxtda, regionda formalaşan yeni geosiyasi reallıqlar bir sıra mühüm siyasi məsələlərin də yenidən nəzərdən keçirilməsini aktuallaşdırır. Bu kontekstdə ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi "Azadlığa Dəstək Aktı"na edilmiş və Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran məşhur 907-ci düzəliş də yenidən beynəlxalq siyasi müzakirələrin predmetinə çevrilə bilər.

Azərbaycan uzun illərdir ki, bu düzəlişi ədalətsiz və köhnəlmiş siyasi qərar kimi qiymətləndirir. Çünki 44 günlük Vətən müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaranıb, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürən əsas tərəfə çevrilib".

Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, rəsmi Bakı ABŞ ilə strateji münasibətlərin gələcək inkişafı çərçivəsində 907-ci düzəlişin tamamilə ləğvini prinsipial siyasi məsələ kimi gündəmə gətirə bilər:

"Bu, hüquqi baxımdan Ermənistanla ikitərəfli sülh sazişinin birbaşa şərti deyil. Çünki 907-ci düzəliş ABŞ-ın daxili qanunvericiliyinə aid məsələdir və onun ləğvi yalnız ABŞ Konqresinin səlahiyyətinə daxildir. Lakin diplomatik müstəvidə Azərbaycan bu məsələni regionda davamlı sülhün qurulması, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi və Vaşinqtonun Cənubi Qafqaz siyasətində balanslı yanaşmasının göstəricisi kimi irəli sürə bilər".

"Əgər ABŞ həqiqətən də Cənubi Qafqazda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və yeni nəqliyyat-kommunikasiya layihələrinin tərəfdarıdırsa, artıq tarixi missiyasını itirmiş, selektiv yanaşmanı əks etdirən 907-ci düzəlişin qüvvədə saxlanılması məntiqə uyğun görünmür. Əksinə, onun ləğvi Vaşinqtonun Azərbaycana münasibətdə yeni siyasi iradəsini nümayiş etdirər və strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirər.
Bu gün Azərbaycan regionun enerji təhlükəsizliyinə, Avropanın qaz təminatına, yaşıl enerji layihələrinə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verən əsas ölkələrdən biridir. Belə bir dövlətə münasibətdə otuz ildən artıq əvvəl formalaşdırılmış siyasi məhdudiyyətin saxlanılması nə regional reallıqlara, nə də ABŞ-ın uzunmüddətli maraqlarına cavab verir.

Ona görə də yaxın perspektivdə 907-ci düzəlişin ləğvi məsələsi Azərbaycan diplomatiyasının ABŞ-la aparacağı strateji dialoqun əsas mövzularından birinə çevrilə bilər. Bu, Ermənistanla sülh sazişinin hüquqi şərti olmasa da, regionda yeni təhlükəsizlik arxitekturasının və ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinin mühüm siyasi indikatorlarından biri kimi dəyərləndirilə bilər."- deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 443   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr