Azərbaycan-ABŞ münasibətləri: Şuşadan verilən yeni siyasi mesajlar

Azərbaycan-ABŞ münasibətləri: Şuşadan verilən yeni siyasi mesajlarIV Şuşa Qlobal Media Forumu artıq regional təşəbbüs çərçivəsindən çıxaraq beynəlxalq informasiya məkanının nüfuzlu platformalarından birinə çevrilib. İldən-ilə genişlənən iştirakçı coğrafiyası Forumun qlobal əhəmiyyətinin artdığını, Azərbaycanın isə beynəlxalq media dialoqunun təşkil olunduğu etibarlı mərkəz statusunu möhkəmləndirdiyini göstərir. Bu il Forumda 53 ölkədən 160 nümayəndənin, o cümlədən 30 xəbər agentliyinin, 60-dan artıq media qurumunun, həmçinin 10 beynəlxalq təşkilat və təsisatın təmsil olunması tədbirin beynəlxalq nüfuzunun bariz göstəricisidir. Son dörd il ərzində isə Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirərək qlobal informasiya mühitində mühüm dialoq platforması kimi öz mövqeyini daha da gücləndirib.

Forumun əsas üstünlüklərindən biri onun yalnız peşəkar media müzakirələri üçün deyil, həm də Azərbaycanın müasir inkişaf modelinin, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunduğu unikal platforma olmasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşaya gələn qonaqlar artıq dağıntıları deyil, yenidən qurulan şəhərləri, yeni yaşayış məntəqələrini, doğma yurdlarına qayıdan insanları və Qarabağın sürətli inkişafını öz gözləri ilə müşahidə edirlər. Bu baxımdan Forum təkcə informasiya mübadiləsi deyil, həm də həqiqətlərin nümayiş etdirildiyi, qarşılıqlı etimadın möhkəmləndirildiyi və beynəlxalq ictimai rəyə təsir göstərən şəxslərin bir araya gəldiyi mühüm platformadır.

Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət prioritetlərini, qlobal geosiyasi proseslərə baxışını və beynəlxalq tərəfdaşlıq istiqamətlərini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda ABŞ-a tarixi səfəri və Vaşinqtonda Prezident Donald Trampla keçirdiyi görüş iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Onun sözlərinə görə, sonrakı dövrdə Davos görüşü, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan əməkdaşlıq formatları, eləcə də ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması Azərbaycan-ABŞ münasibətlərinin tarixində yeni səhifə açıb.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, hazırda iki ölkə arasında əməkdaşlıq tarixində ən yüksək səviyyəyə çatılıb. Ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq istiqamətlərində yaradılmış birgə işçi qrupları artıq konkret nəticələr verməyə başlayıb. ABŞ-ın Azərbaycana tətbiq etdiyi silah embarqosunun aradan qaldırılması, daha sonra Böyük Britaniya və Avropa İttifaqının bəzi üzv dövlətlərinin də analoji qərarlar qəbul etməsi Azərbaycanın beynəlxalq etibarlı tərəfdaş statusunun daha da möhkəmləndiyini göstərir.

Prezident İlham Əliyevin Forum zamanı toxunduğu mühüm məsələlərdən biri də Azadlığa Dəstək Aktına edilmiş məşhur "907-ci düzəliş" oldu. Onun sözlərinə görə, bu sənəd qəbul olunduğu vaxtdan etibarən Azərbaycana qarşı siyasi ayrı-seçkiliyin və ikili standartların simvoluna çevrilib. Prezident İlham Əliyevin də vurğuladığı kimi, 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə qəbul etdiyi ən ədalətsiz qərarlardan biri idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə ölkəmizin guya Ermənistana blokada tətbiq etməsi iddiası ilə əsaslandırılan bu sənəd reallığı əks etdirmirdi. Əksinə, həmin dövrdə işğala məruz qalan, torpaqları zəbt olunan və bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən məhz Azərbaycan idi.

Bu gün həmin düzəliş hüquqi və siyasi baxımdan tamamilə aktuallığını itirib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq olunan bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb, ölkə ərazisindən 40 min tondan artıq müxtəlif humanitar və kommersiya yüklərinin Ermənistana daşınmasına şərait yaradıb. Bundan əlavə, Azərbaycan artıq Ermənistana neft məhsulları ixrac edir və bu həcm 10 min tonu ötüb.
Bütün bunlar ABŞ Konqresinin 907-ci düzəlişlə bağlı mövqeyinə yenidən baxmasını zəruri edir. Həmin sənədin tam ləğvi təkcə Azərbaycan üçün deyil, ABŞ Konqresi üçün də siyasi ədalətin və dəyişən geosiyasi reallıqların qəbul edilməsi baxımından mühüm addım olardı. Bu qərar ABŞ qanunverici orqanının əvvəlki səhvlərini etiraf etmək və müasir beynəlxalq münasibətlərin tələblərinə uyğun davranmaq iradəsini nümayiş etdirərdi.
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp haqqında səsləndirdiyi fikirlərə xüsusi diqqət çəkilməlidir. Dövlət başçısı Prezident Trampı müxtəlif regionlarda sülhün və dialoqun təşviqinə çalışan lider kimi xarakterizə edib. Tramp administrasiyasının təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekun mərhələsinin uğurla başa çatdırılması, Ağ Evdə keçirilən tarixi görüş və sülh sazişinin paraflanması regionda yeni geosiyasi reallığın formalaşmasına mühüm töhfə verib.

Prezident İlham Əliyevin çıxışında əvvəlki ABŞ administrasiyası ilə hazırkı administrasiyanın yanaşmaları arasındakı fərq də aydın şəkildə göstərildi. Onun sözlərinə görə, Bayden administrasiyasının dövründə Cənubi Qafqazda münaqişələrin uzun müddət davam etməsinə hesablanan siyasət üstünlük təşkil edirdisə, Prezident Donald Tramp sülhü regional əməkdaşlıq, iqtisadi inteqrasiya və təhlükəsizliyin təmin olunmasının əsas şərti kimi qiymətləndirir. Bu yanaşma Azərbaycan tərəfindən də yüksək qiymətləndirilir və regionda uzunmüddətli sabitlik üçün yeni imkanlar yaradır.

Vurğulamaq yerinə düşər ki, IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq beynəlxalq gündəliyin formalaşmasında fəal iştirak edən, regional və qlobal proseslərə təsir göstərən dövlətlər sırasında yer alır. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi mesajlar ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərini, milli maraqlara söykənən praqmatik diplomatiyanı və beynəlxalq əməkdaşlığın gələcək istiqamətlərini bütün dünyaya bir daha nümayiş etdirdi. Şuşa Qlobal Media Forumu bundan sonra da beynəlxalq informasiya dialoqunun mühüm platformalarından biri kimi Azərbaycanın dünyaya açıq siyasətinin, sülh, əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan xarici siyasət kursunun təqdim edildiyi nüfuzlu məkan olaraq öz əhəmiyyətini daha da artıracaq.

Asif Əsgərov - Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 495   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr