"Slovakiya Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir" - Deputat

"Slovakiya Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir" - Deputat"İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri çərçivəsində Şuşada keçirilən görüş və verilən bəyanatlar iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin, siyasi dialoqun və həmçinin əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiq etdi".

Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir fikri iki ölkə arasında formalaşmış etibarlı tərəfdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mahiyyətini dolğun şəkildə ifadə etməsi üçün kifayətdir:

"2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlığın Qurulmasına dair Birgə Bəyannamənin imzalanması münasibətlər tarixində mühüm dönüş nöqtəsi olub.Slovakiya Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Son illərdə dövlət başçıları, hökumət nümayəndələri və parlamentlərarası nümayəndə heyətləri arasında intensiv təmaslar, rəsmi səfərlər, verilən bəyanatlar iki ölkə arasında siyasi əlaqələri və dostluq münasibətlərini daha da möhkəmləndirib. İki ölkə liderlərinin, eləcə də yüksək vəzifəli dövlət nümayəndələrinin qarşılıqlı səfərləri diplomatik münasibətlərlə yanaşı həm də iqtisadi, enerji, humanitar və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verir".

Deputat vurğulayıb ki, bu gün Şuşa beynəlxalq tədbirlərin və yüksək səviyyəli görüşlərin keçirildiyi nüfuzlu məkana çevrilib:

"Slovakiya Prezidentinin Şuşaya səfəri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi yüksək dəyərin göstəricisidir. Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisində iştirakının önəmi ölkəmiz üçün çox əhəmiyyətlidir. Xüsusilə də Slovakiya tərəfindən Baş Qərvənd kənd tam orta məktəb binasının inşa edilərək Azərbaycan tərəfinə hədiyyə olunması təşəbbüsü iki ölkə arasında dostluq münasibətlərinin günbəgün daha da möhkəmləndirilməsinin sübutudur.

Slovakiya-Azərbaycan arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olması digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də konstruktiv əməkdaşlıq edir, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq aparır və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeləri dəstəkləyirlər.

İki ölkə arasında qarşılıqlı etimada söykənən mövcud əlaqələr gələcək layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. Xüsusilə də enerji sahəsində.Enerji sahəsi Azərbaycan-Slovakiya münasibətlərində xüsusi yer tutur.

Son 5 ildə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə daha da artıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixrac edən Azərbaycan etibarlı enerji tərəfdaşı kimi tanınır. Slovakiya da Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edir və Avropanın enerji təminatının şaxələndirilməsinə mühüm töhfə verir. İki ölkə arasındakı mövcud münasibət bərpaolunan enerji sahəsində də yeni əməkdaşlıq imkanları yaranır. Eləcə də tcarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin gündəliyində duran əsas məsələlərdəndir.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə səfəri, Şuşadan səslənən mesajlar göstərdi ki, bu tərəfdaşlığın gələcəyi kifayət qədər geniş perspektivlərə malikdir. İki ölkə arasında dostluq və yüksək səviyyəli əməkdaşlıq qarşıdakı illərdə də siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, bərpa layihələri və regional sabitlik istiqamətində yeni uğurlara zəmin yaradacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 606   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr