"Uşaqların sosial şəbəkələrdən istifadəsi onların həm təhsilinə, həm də psixoloji inkişafına mənfi təsir göstərə bilər" - Psixoloq
"Sosial şəbəkələrdən həddindən artıq və nəzarətsiz istifadə uşaqların həm təhsilinə, həm də psixoloji inkişafına mənfi təsir göstərə bilər".
Bunu Sonxeber.az-a danışan psixoloq Leyla Alışova bildirib.
Psixoloq qeyd edib ki, uşaqların sosial şəbəkələrdən həddindən artıq çox istifadə etməsi təhsilə olan həvəsi aşağı salır:
Sosial şəbəkələrdən çox istifadə diqqətin yayınmasına, dərs zamanı və ya ev tapşırıqlarını yerinə yetirərkən sosial şəbəkələrə tez-tez baxmaq diqqətin azalmasına səbəb olur. Eləcə də, akademik göstəriciləri zəifləyir. Çünki dərs oxumağa ayrılan vaxt azalır və nəticədə qiymətlər aşağı düşə bilər. Yuxu rejiminin pozulur, gec saatlara qədər telefondan istifadə uşağın kifayət qədər yatmasına mane olur. Bu isə yaddaş, diqqət və öyrənmə qabiliyyətinə mənfi təsir edir. Bundan əlavə sosial şəbəkələr uşaqların oxuma vərdişlərinin zəiflədir. Qısa və sürətli məzmunlara alışan uşaqlar uzun mətnləri oxumaqda və mövzunu dərindən mənimsəməkdə çətinlik çəkə bilərlər.
Sosial şəbəkələrin uşaqların psixologiyasına da mənfi təsir göstərir. Daim bildirişləri yoxlamaq və sosial şəbəkələrdə vaxt keçirmək vərdiş halına gələ bilər. Uşaqlarda narahatlıq və stress yarana bilər.Bəyənmə və izləyici sayı ilə bağlı narahatlıq uşağın özünəinamına təsir göstərə bilər. Başqalarının paylaşdıqları "ideal" həyatla özünü müqayisə etmək özünə inamın azalmasına səbəb olur. Ən önəmlisi isə uşaqlar sosial şəbəkələrdə kiberzorakılığa məruz qala bilər. Təhqir, təhdid və ya lağ obyektinə çevrilmək uşaqlarda qorxu, depressiya və tənhalıq hissi yaradır".
Psixoloq vurğulayıb ki, sosial şəbəkələr uşaqların canlı ünsiyyət bacarıqlarının zəiflədir:
"Virtual ünsiyyətin üstünlük təşkil etməsi sosial münasibətlər qurmaq bacarığını zəiflədə bilər.Bu baxımdan düşünürəm ki, 16 yaşına qədər olan uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması doğru və uşaqların sağlam psixologiyada böyüməsinə, təhsilə olan marağın artırılması istiqamətində verilmiş ən doğru qərardır.
Valideynlər yaxşı olar ki, uşaqların ekran vaxtına yaşa uyğun məhdudiyyətlər qoysunlar.Telefon və planşetdən istifadə qaydaları ailə daxilində əvvəlcədən müəyyən edilməlidir. Uşaqlar idman, kitab oxuma, incəsənət və digər faydalı fəaliyyətlərə təşviq edilməlidir.Məktəblərdə rəqəmsal savadlılıq və internet təhlükəsizliyi mövzularında maarifləndirmə aparılmalıdır.Valideynlər uşaqlarla açıq ünsiyyət quraraq onların onlayn fəaliyyəti ilə maraqlanmalı və qarşılaşdıqları problemləri rahatlıqla bölüşə bilmələri üçün dəstək göstərməlidirlər.Sosial şəbəkələr düzgün və balanslı istifadə edildikdə faydalı informasiya və ünsiyyət vasitəsi ola bilər. Lakin istifadəyə nəzarət olunmadıqda, uşaqların təhsilinə, psixoloji sağlamlığına və sosial inkişafına ciddi mənfi təsirlər göstərə bilər. Ona görə də uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması qərarını alqışlayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu