"Sosial şəbəkələrdən nəzarətsiz və həddindən artıq çox istifadə ailələrdə boşanma riskini artırır" - Sosioloq
Azərbaycanda 2026-cı ilin ilk 6 ayı ərzində 10 350 boşanma faktı qeydə alınıb.Əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı: 1,9 - 2,0 səviyyəsində qərarlaşıb. Bu gün boşanma səbəbləri arasında sosial şəbəkələrdən istifadə də var. Sosial şəbəkələrdən nəzarətsiz və qeyri-etik istifadə Azərbaycanda boşanma səbəbləri arasında ciddi artım göstərir.
Bununla bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, sosial şəbəkələrdən istifadə ailə münasibətlərinə mənfi təsir edir, cütlüklər arasında münasibətlərə səbəb olur:
"Nəzarətsiz və həddindən artıq istifadə isə bəzi hallarda boşanma riskini artıra bilər. Sosial şəbəkələrdə çox vaxt keçirmək artıq cütlüklər arasında ünsiyyətin zəifləməsinə gətirib çıxarır. Belə ki, həyat yoldaşlarının bir-birinə ayırdığı vaxt azalır, ailədaxili ünsiyyət zəifləyir. Sosial şəbəkələr tərəflər arasında inamsızlığa, haqlı və haqsiz qısqanclığa səbəb olur. Gizli yazışmalar, şübhəli davranışlar və ya keçmiş münasibətlərin yenidən başlaması inamsızlıq yarada bilər.
Bu da özlüyündə cütlüklər arasında münaqişələrə səbəb olur. Paylaşımlar, bəyənmələr və mesajlaşmalar səbəbindən cütlüklər arasında bir-birinə etimad və güvən azala bilər".
Sosioloq vurğulayıb ki, sosial şəbəkələr vasitəsilə qurulan emosional və ya romantik əlaqələr ailədaxili münasibətlərə mənfi təsir göstərir:
Sosial şəbəkələrə həddindən artıq vaxt ayırmaq ailə məsuliyyətlərinin və birgə vaxtın azalmasına səbəb ola bilər.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, sosial şəbəkələr boşanmanın yeganə səbəbi deyil. Boşanmalar adətən qarşılıqlı anlaşılmazlıq, maddi problemlər, xəyanət, zorakılıq, məsuliyyətsizlik və digər amillərin təsiri nəticəsində baş verir. Sosial şəbəkələr isə mövcud problemləri dərinləşdirən və xəyanət hallarını artıran amillərdən biridir.Bu riskləri azaltmaq üçün ailə üzvlərinin açıq ünsiyyət qurması, sosial şəbəkələrdən istifadə ilə bağlı qarşılıqlı razılaşdırılmış qaydalar müəyyən etməsi və birlikdə keyfiyyətli vaxt keçirməsi faydalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 516 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabrSahil Babayevə yeni müavin təyin edildi - Foto
Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy
30 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrBiznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabrİntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai
30 oktyabr