"Lazeroloq üzümü yandırıb..." - Foto

"Lazeroloq üzümü yandırıb..." - Foto"Gənclikdə yerləşən "Paris Beaute" Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır".

Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Türkan Şirinova müraciət edib.

Zərərçəkmişin sözlərinə görə, prosedur lazer mütəxəssisi Lyuba adlı xanım tərəfindən icra olunub: "Sözügedən salonda daha öncə başqa lazeroloq yanına gedirdim. Ancaq bu dəfə Lyuba adlı xanımın yanına yazıldım, onu tanımırdım, ilk dəfə idi. Bu da nəticəsi..."

T.Şirinovanın sözlərinə görə, üzü və boğaz nahiyəsi tamamilə yanıb: "Dərimdə hazırda güclü qızartı, yanma hissi və qabıqlanma müşahidə olunur. Prosedur iyulun 15-də olmuşdu. Bilmirəm neçə dərəcə ilə etdi ki, hazırda bu durumdayam, heç bir fikrim yoxdur. Sadəcə prosedur zamanı dərimin yandığını hiss etdim.

Lazeroloq üzümü yandırıb sonra dedi ki, "belə hallar az da olsa, baş verir". Həkimə getdikdə isə bildirildi ki, yanığın fərqli növüdür, hazırda müalicə alıram. Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz. Qeyri-peşəkarların salonlarda işləyərək insanların sağlamlığına zərər vurması qəbuledilməzdir".

"Lazeroloq üzümü yandırıb..." - Fotoİddialarla bağlı "Paris Beauté" Estetik Mərkəzi ilə əlaqə saxladıq. Salondan cavab olaraq bildirildi ki, Azərbaycanda lazer proseduru olduğu müddətdə belə halların olması qaçılmazdır: "Digər lazeroloqların da başına bu hadisənin gəlməsi mümkündür. Buna səbəb odur ki, çox vaxt müştəri bizə düzgün məlumat vermir. Əvvəldən bildiririk ki, üzə mütləq SPF (-red Günəşdən Qorunma Faktoru- dərini günəş şüalarının zərərli təsirlərindən qoruyan qulluq vasitəsi) çəkilməlidir, günəş vannasından istifadə varsa, deyilməlidir. Bundan öncə bir müştərimizdə bu hal baş vermişdi. Sonradan məlum oldu ki, "zaqar" alıb, amma günahı bizdə görürdü.

Mən demirəm ki, bu mövzu həmin şəxsə aiddir. T. Şirinovaya bildirdik ki, yaxınlaşsın mərkəzimizə və biz onu kosmetoloqumuza yönləndirək. Üz lazerini aşağı dərəcə ilə edirik, lakin SPF mütləqdir, bəzən allergiyalı da olur. Ancaq bu, üz dərisinin yanması deyil. Çünkü yananda üz belə olmur. Biz zəmanət vermirik, amma müştəri də gərək düzgün məlumat versin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 181   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dənizkənarı Bulvar İdarəsinin 2,5 milyon manat vergi borcu var

Dənizkənarı Bulvar İdarəsinin xüsusilə külli miqdarda vergi borcu yaranıb. Qaynarinfo xəbər verir ki, idarənin hazırda 2 583 116,68 manat vergi borcu var. Dənizkənarı Bulvar İdarəsi 2008-ci ildə yaradılıb. İdarənin rəhbəri Xanlar Ağalarovdur. O, 2024-cü ildə bu vəzifəyə təyinat alıb

21 iyul
.

Pensiya alanların DİQQƏTİNƏ!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərl

21 iyul
.

AZAL-ın donanması genişləndirilir - Foto

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə edib. xəbər verir ki, bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir. Yeni təyyarənin donanmaya əlavə olunması il

21 iyul
.

Salyandakı qəzada ölənlərin - Fotoları

Salyanda ağır yol qəzasında ölənlər daş bazarında işləyən sürücü və fəhlələr olub. "Qafqazinfo" xəbər verir ki, Salyanın Şorsulu kəndindən olan şəxslər işdən evə gedirmişlər. Hadisə nəticəsində ölənlər - Elnur Faiq oğlu Əhmədov, İlkin Qismət oğlu Qasımov və Nizami Həsənağa oğlu Qasımovun fotoların

21 iyul
.

"Media Kuboku-2026" minifutbol turniri başa çatıb

Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un baş sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib. İki gün davam edən yarışda paytaxt və regionlard

22 iyul
.

"Vital Hospital"da qalmaqal: Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir - VİDEO

Sosial şəbəkələrdə "Vital Hospital"la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Bu barədə -a Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib. Nazirlikdən qeyd edilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb:

21 iyul
.

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 22-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran

21 iyul
.

"Qarabağ"- "CSKA SOFIA" oyunundan əvvəl fan zona təşkil olunacaq

Avropa Liqasının ikinci təsnifat oyununda "Qarabağ" "CSKA SOFIA" ilə qarşılaşacaq. Qarşılaşmadan öncə azarkeşlər üçün "Azərsun Holdinq"in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq. Fan zonada əyləncəli proqram 23 iyul 18:00-dan başlayacaq

22 iyul
.

20 manat istədi, 700 manat götürdü - Bakıda qeyri-adi soyğunçuluq

Bakıda qeyri-adi soyğunçuluq hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, sərnişin kimi mindiyi avtomobildə əvvəlcə sürücüdən 20 manat istəyən qadın, pul qabı çıxarılan anda onun əlindəki vəsaiti götürüb. Ardınca isə sürücünün pulu geri tələb edəcəyi halda özünü avtomobilin altına atacağını və polis

21 iyul