Qeyri-neft sektorunda vergi gəlirləri artır - Bunun arxasında hansı amillər dayanır? - İQTİSADÇIDAN AÇIQLAMA

Qeyri-neft sektorunda vergi gəlirləri artır - Bunun arxasında hansı amillər dayanır? - İQTİSADÇIDAN AÇIQLAMASon aylarda Azərbaycanda qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmalarında artım qeydə alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə, 2026-cı ilin ilk altı ayında qeyri-neft-qaz sektorundan büdcəyə 7 milyard 67,4 milyon manat vergi daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 645,8 milyon manat və ya 10,1 faiz çoxdur.

Qeyri-neft sektorunda vergi daxilolmalarının artması iqtisadi fəallığın genişlənməsi və dövlət büdcəsinin gəlirlərinin şaxələndirilməsi baxımından diqqət çəkən tendensiya kimi qiymətləndirilir. Bəs bu artımın əsas səbəbləri nələrdir? Hazırda hansı sahələr dövlət büdcəsinə daha çox vergi ödəyir?
Qeyri-neft sektorunda vergi gəlirləri artır - Bunun arxasında hansı amillər dayanır? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, qeyri-neft-qaz sektorunda vergi daxilolmalarının proqnozu 11 faiz üstələməsini avtomatik olaraq iqtisadiyyatın güclənməsinin göstəricisi kimi təqdim etmək düzgün olmaz. Əgər iqtisadi artım tempi zəifləyirsə, qeyri-neft-qaz sektorunun inkişafı hələ kifayət qədər yüksək deyilsə və ölkənin ixracının təxminən 90 faizi neft-qaz sektorunun payına düşürsə, belə şəraitdə vergi yığımlarının sürətli artımı daha ciddi təhlil tələb edir. Onun sözlərinə görə, vergi daxilolmalarının artmasının bir səbəbi vergi inzibatçılığının yaxşılaşdırılması ola bilər: "Elektronlaşma, dövriyyələrin daha dəqiq izlənməsi, kölgə iqtisadiyyatının müəyyən hissəsinin leqallaşdırılması və vergi ödəyicilərinin uçotunun gücləndirilməsi nəticəsində əvvəl büdcədən kənarda qalan gəlirlər rəsmiləşə bilər. Bu, müsbət prosesdir. Amma yalnız vergi yığımının artmasına əsaslanaraq qeyri-neft sektorunun real inkişaf etdiyi nəticəsinə gəlmək olmaz. Digər tərəfdən, qiymətlərin və nominal dövriyyənin artması da vergi daxilolmalarını yüksəldə bilər. Yəni müəssisənin real olaraq daha çox məhsul istehsal etməsi və ya xidmət göstərməsi ilə onun pul ifadəsində dövriyyəsinin artması eyni şey deyil. İnflyasiya şəraitində nominal dövriyyə yüksəldikcə ƏDV və digər vergilər üzrə daxilolmalar da arta bilər. Bu halda büdcənin vergi gəlirinin artması əhalinin və biznesin real rifahının yüksəlməsi demək deyil.

Vergi yükünün müəyyən sahələrdə artması ehtimalını da nəzərdən qaçırmaq olmaz. Əgər biznesin xərcləri, əməkhaqqı, xidmət və digər ödənişləri artır, lakin iqtisadi artım buna uyğun genişlənmir, vergi daxilolmalarının yüksəlməsi müəyyən mənada iqtisadi fəallığın genişlənməsindən yox, mövcud iqtisadi fəaliyyətin daha çox vergiyə cəlb olunmasından qaynaqlana bilər. Büdcəyə daha çox vergi ödəyən sahələrə ticarət, xidmət, maliyyə sektoru, nəqliyyat, tikinti və digər iri dövriyyəli sahələr daxildir. Burada əsas məsələ yalnız hansı sektorun daha çox vergi ödəməsi deyil, həmin verginin iqtisadiyyatın yaratdığı real əlavə dəyərlə nə dərəcədə bağlı olmasıdır.

Əgər iqtisadiyyatın ümumi artımı zəifləyir, xarici ticarətdə müsbət saldo azalır və qeyri-neft sektorunun ixrac potensialı hələ də məhdud qalırsa, vergi daxilolmalarının proqnozdan 11 faiz yüksək olması "iqtisadiyyat sürətlə inkişaf edir" arqumentinə çevrilməməlidir. Əksinə, burada vergi yığımının artımının mənbəyini ayırmaq lazımdır: real istehsal və xidmətlərin artımı nə qədərdir, qiymət amilinin payı nə qədərdir, vergi inzibatçılığının hesabına nə qədər əlavə vəsait toplanıb və biznesin üzərinə düşən faktiki vergi yükü nə qədər dəyişib.

Azərbaycan kimi ixracının böyük hissəsi neft-qaz sektorundan formalaşan ölkə üçün qeyri-neft vergilərinin artması əlbəttə müsbət haldır. Lakin bu artım dayanıqlı qeyri-neft iqtisadiyyatının formalaşması ilə müşayiət olunmursa, yalnız büdcəyə daha çox vergi toplamaqla iqtisadi şaxələndirmə problemini həll etmək mümkün deyil.

Əsas göstərici verginin nə qədər yığılması yox, bu verginin hansı iqtisadi fəaliyyət nəticəsində yaranmasıdır. Əgər vergi daxilolmaları artır, amma istehsal, qeyri-neft ixracı, investisiya və məhsuldarlıq eyni tempdə artmırsa, burada iqtisadiyyatın keyfiyyətcə böyüməsindən çox fiskal inzibatçılığın sərtləşməsi və nominal dövriyyənin genişlənməsi amilləri üstün ola bilər. Bu baxımdan 11 faizlik artımı ciddi iqtisadi uğur kimi təqdim etməkdənsə, onun strukturunu və real iqtisadi artımla əlaqəsini araşdırmaq daha doğru olar".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 630   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

İqlim dəyişikliyi kənd təsərrüfatı üçün ciddi risklərdən birinə çevrilir - AÇIQLAMA

İqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatı üçün temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması və quraqlıq, sel və digər ekstremal hava hadisələrinin artması kimi risklər yaradır. Bu amillər məhsuldarlığa və fermerlərin gəlirlərinə təsir etməklə yanaşı, ərzaq qiymətlərində də bahalaşma təzyiq

9 sentyabr
.

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb. bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 , rayonlararas

4 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr