İqlim dəyişikliyi kənd təsərrüfatı üçün ciddi risklərdən birinə çevrilir - AÇIQLAMA
İqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatı üçün temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması və quraqlıq, sel və digər ekstremal hava hadisələrinin artması kimi risklər yaradır. Bu amillər məhsuldarlığa və fermerlərin gəlirlərinə təsir etməklə yanaşı, ərzaq qiymətlərində də bahalaşma təzyiqi yarada bilər.
Bəs, iqlim dəyişikliyinin kənd təsərrüfatı və ümumilikdə iqtisadiyyat üçün yaratdığı əsas risklər nələrdir, su qıtlığı və ekstremal hava hadisələri məhsuldarlığa və ərzaq qiymətlərinə necə təsir edə bilər və fermerlərin bu risklərə uyğunlaşması üçün hansı dövlət dəstəyi tədbirləri görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, iqlim dəyişikliyi Azərbaycan kənd təsərrüfatı üçün ən ciddi risklərdən birinə çevrilir.
"Temperaturun yüksəlməsi, yağıntıların qeyri-sabitləşməsi, su ehtiyatlarının azalması, quraqlıq, sel, dolu və güclü küləklərin artması həm məhsuldarlığa, həm də fermerlərin gəlirlərinə birbaşa təsir edə bilər. Xüsusilə suvarmadan asılı olan ərazilərdə su çatışmazlığı əkin sahələrinin məhsuldarlığını aşağı sala və bəzi məhsulların istehsalını iqtisadi baxımdan daha az sərfəli edə bilər.
Temperaturun artması bitkilərin vegetasiya dövrünü dəyişməklə yanaşı, məhsuldarlığın azalmasına və xəstəliklərlə zərərvericilərin yayılmasının genişlənməsinə səbəb ola bilər. Məsələn, yüksək temperatur və su çatışmazlığı taxıl, pambıq, tərəvəzçilik və meyvəçilikdə məhsul itkisini artırır. Bu isə fermerin gəlirini azaldır, istehsal xərclərini yüksəldir və nəticədə məhsulun bazar qiymətinə təsir göstərir".
Ekspert bildirib ki, ərzaq qiymətləri baxımından əsas təhlükə odur ki, iqlim səbəbindən daxili istehsal azalanda bazarda təklif daralır:
"Tələb eyni qaldığı halda məhsul azaldıqda qiymət yüksələ bilər. Əgər həmin məhsul idxal hesabına əvəzlənirsə, bu zaman xarici valyutaya tələbat və dünya bazarındakı qiymət dəyişiklikləri də daxili bazara təsir göstərir. Yəni iqlim problemi təkcə fermerin problemi deyil, müəyyən mərhələdən sonra istehlakçı və ərzaq təhlükəsizliyi məsələsinə çevrilir.
Ən ciddi məsələlərdən biri su ehtiyatlarının idarə edilməsidir. Burada sadəcə yeni su mənbələri yaratmaq kifayət deyil. Mövcud suyun itkisinin azaldılması, kanalların yenilənməsi, damcı və yağmurlama kimi müasir suvarma sistemlərinin genişləndirilməsi və suyun məhsulun iqtisadi dəyərinə uyğun bölüşdürülməsi vacibdir. Fermerə suya qənaət edən texnologiya almaq üçün dəstək verilməsi də real nəticə yarada bilər".
Onun sözlərinə görə, dövlət dəstəyində də yanaşma dəyişməlidir:
"Subsidiyalar yalnız istehsalın həcminə deyil, suya qənaət, torpağın münbitliyinin qorunması, iqlimə davamlı sortlardan istifadə və müasir texnologiyaların tətbiqi kimi göstəricilərə də bağlana bilər. Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi xüsusilə vacibdir. Çünki fermer quraqlıq, dolu, sel və digər risklər nəticəsində bütün gəlirini itirirsə, növbəti istehsal mövsümünə vəsait tapmaqda çətinlik çəkir. Bununla yanaşı, fermerlərə iqlim riskləri barədə əvvəlcədən məlumat verən aqrometeoroloji sistemlərin gücləndirilməsi lazımdır. Fermer şaxta, dolu, quraqlıq və yüksək temperatur təhlükəsini əvvəlcədən bilsə, müəyyən qoruyucu tədbirlər görə bilər. Burada rəqəmsal texnologiyalar və süni intellekt də faydalı ola bilər".
Akif Nəsirli qeyd edib ki, iqtisadi baxımdan əsas məqsəd fermeri hər zərərdən sonra kompensasiya etmək yox, onun zərərə davamlılığını artırmaq olmalıdır:
"Yəni dövlət hər il yaranan itkiləri ödəməkdənsə, suya qənaət edən sistemlərə, iqlimə davamlı toxumlara, müasir aqrotexnologiyalara, sığortaya və düzgün su idarəçiliyinə investisiyanı stimullaşdırmalıdır. Əks halda iqlim dəyişikliyi ilə bağlı risklər artdıqca eyni vaxtda üç problem yarana bilər: məhsuldarlıq aşağı düşər, fermerin gəliri azalır və ərzaq qiymətləri yüksələr. Buna görə Azərbaycanda iqlim siyasəti kənd təsərrüfatından ayrıca məsələ kimi deyil, ərzaq təhlükəsizliyi, fermer gəlirləri və ümumi iqtisadi sabitliklə birlikdə nəzərdən keçirilməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı