İnsanlar niyə getdikcə daha az ünsiyyət qurur? - Səmərəli ünsiyyəti əngəlləyən faktorlar hansılardır və onları necə aşmaq olar? - MÜSAHİBƏ

İnsanlar niyə getdikcə daha az ünsiyyət qurur? - Səmərəli ünsiyyəti əngəlləyən faktorlar hansılardır və onları necə aşmaq olar? - MÜSAHİBƏÜnsiyyət həyatımızın ən mühüm tərəfidir.Ünsiyyət mədəniyyəti ilk növbədə insanın ana dilinə olan sevgisi və hörmətindən yola çıxaraq formalaşır. Bəs psixologiya ünsiyyət bacarıqları haqda nələri deyir?

Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov Sonxeber.az-a mövzu ilə bağlı öz fikirlərini bölüşüb.

Psixoloq bir sıra vacib məqamları oxucuların diqqətinə çatdıraraq bildirib ki, müasir insanlar əvvəlki dövrlərlə müqayisədə texniki baxımdan daha çox ünsiyyət imkanına malikdir:

"Telefon, sosial şəbəkələr və müxtəlif onlayn platformalar insanların bir-biri ilə daha asan virtual ünsiyyət qurmasını təmin edir. Təəssüf ki, ünsiyyət imkanlarımızın artmasına baxmayaraq, insanların bir-biri ilə səmimi və emosional baxımdan ünsiyyət qurmaq imkanlarının və istəklərinin azaldığını müşahidə edirik. Biz bunun bir neçə əsas səbəbinə diqqət yetirə bilərik. İlk növbədə, rəqəmsal texnologiyalar ünsiyyətin formasını dəyişib. Mesaj yazmaq, emoji göndərmək və sosial şəbəkədə reaksiya vermək real söhbətdən daha asan və daha az emosional enerji tələb edir. İnsan istənilən anda cavab verə, söhbəti yarımçıq saxlaya və hətta bəzi hallarda ümumiyyətlə cavab verməməyi seçə bilir. Bu rahatlıq müəyyən vəziyyətlərdə faydalı olsa da, uzunmüddətli periodik canlı ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb ola bilər. İkinci ən mühüm faktor zaman çatışmazlığı və xroniki stressdir. Müasir insanın iş, təhsil, ailə və maliyyə ilə bağlı məsuliyyətləri çoxdur. Gün ərzində insanın psixoloji resursları bitdikdə o, ünsiyyəti əlavə yük kimi qəbul edə bilər. Məsələn, işdən sonra insanın yaxınları ilə danışmaq istəməməsi hər zaman həmin insanlara qarşı sevgisinin və ya marağının azalması demək deyil. Bəzən bunun arxasında sadəcə yorğunluq və emosional tükənmə dayanır".

Psixoloq vurğulayıb ki, digər mühüm səbəb psixoloji müdafiə mexanizmləridir. İnsan ünsiyyət zamanı rədd edilməkdən, yanlış anlaşılmaqdan, tənqid olunmaqdan və ya zəif görünməkdən qorxa bilir:

"Xüsusilə əvvəlki münasibətlərində mənfi təcrübə yaşamış insanlar özlərini qorumaq üçün emosional məsafə saxlaya bilərlər. Ünsiyyəti çətinləşdirən və ən çox müşahidə etdiyimiz amillərdən biri insanları mühakimə etməkdir ki, bu da insanda müdafiə mövqeyi yaradır. Daha düzgün yanaşma qarşı tərəfi günahlandırmaq əvəzinə öz hiss və ehtiyaclarını ifadə etməkdir. Dediklərimizə əlavə, sosial müqayisə və mükəmməllik gözləntisi də ünsiyyətə mənfi təsir göstərir. Sosial şəbəkələrdə insanlar adətən həyatlarının ən yaxşı, ən uğurlu və ən gözəl tərəflərini nümayiş etdirirlər. Digər insanlar isə öz gündəlik həyatlarını həmin seçilmiş görüntülərlə müqayisə edə bilirlər. Nəticədə özünü kifayət qədər uğurlu, maraqlı və ya xoşbəxt hesab etməyən insan sosial təmaslardan uzaqlaşa bilər. Unutmaq olmaz ki, ünsiyyət bacarıqlarının öz-özünə formalaşacağını düşünmək yanlışdır. Dinləmək, empatiya göstərmək, fikrini aydın ifadə etmək öyrənilən bacarıqlardır. İnsan bunları inkişaf etdirmədikdə ünsiyyət zamanı çətinliklər artır. Səmərəli ünsiyyətin qarşısındakı ən böyük maneələrdən biri isə dinləməməkdir. Çox vaxt insanlar qarşı tərəfin nə dediyini anlamağa deyil, ona nə cavab verəcəklərini düşünməyə fokuslanırlar. Halbuki sağlam ünsiyyət yalnız danışmaq deyil, həm də qarşı tərəfi həqiqətən eşitməkdir. Biz buna aktiv dinləmə deyirik. Aktiv dinləmə zamanı insan sözlərin arxasındakı emosiyanı və ehtiyacı da anlamağa çalışır".

Psixoloq hesab edir ki, səmərəli ünsiyyəti bərpa etmək üçün ilk addım ünsiyyətə vaxt ayırmaqdır:

"Yaxın insanlarla gündəlik qısa, lakin keyfiyyətli söhbətlər belə münasibətləri möhkəmləndirə bilər. Əsas məsələ söhbətin saatlarla davam etməsi deyil, həmin müddətdə insanın fiziki və emosional olaraq qarşı tərəflə münasibətdə olmasıdır. Digər önəmli addım telefon və digər elektronik vasitələrdən diqqətli, yəni, daha fərqində bir şəkildə istifadə etməkdir. Xüsusilə ailə daxilində söhbət, yemək zamanı, mühüm müzakirələrdə telefonun kənara qoyulması ünsiyyətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Səmərəli ünsiyyət üçün digər məsələ aktiv dinləmə və empatiyanın inkişaf etdirilməsidir. Qarşı tərəfin sözünü kəsməmək, suallar vermək, onun dediklərini düzgün başa düşüb-düşmədiyini yoxlamaq sağlam ünsiyyətin əsas elementlərindəndir.

"Dediklərimizi ümumiləşdirsək, unutmamalıyıq ki, tək qalmaq həmişə sosial problem deyil. İnsanların introvert və ya ekstrovert olması, müəyyən dövrlərdə təkliyə ehtiyac duyması normaldır. Problem o zaman yaranır ki, sosial təcrid insanın öz seçimi olmur, onun həyat keyfiyyətinə, münasibətlərinə, təhsilinə və ya iş fəaliyyətinə mənfi təsir göstərir. İnsan üçün ünsiyyət sadəcə informasiya mübadiləsi deyil. İnsan həm də eşidilməyə, anlaşılmağa ehtiyac duyur. Buna görə müasir dövrdə əsas məsələ nə qədər insanla ünsiyyətdə olması yox, ünsiyyətdə olduğumu insanlarla nə dərəcədə həqiqi münasibət qura bilməsidir. Gözəl ünsiyyət insanı insana yaxınlaşdıran ən qısa yoldur. Bəzən bir xoş söz ,uzun bir söhbətdən daha çox şey deyir. Unutmayaq ki,həyat keçib gedən zaman deyil, geridə qoyduğumuz izdir".

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 455   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr